Microsoft Word maq diss budce xercleri tekst docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix02.04.2018
ölçüsü0,68 Mb.
#35777
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

42 

 

təsdiq  edilmiş  dövlət  proqramlarının  və  tədbirlərin  icrası  üçün  dövlət  büdcəsindən 



tələb olunan məbləğdə vəsait ayrılmışdır.

 

“Ali  təhsil  müəssisələrində  yeni  maliyyələşdirilmə  mexanizminin  tətbiq 

edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 

220  nömrəli  Sərəncamının  icrası  olaraq  ali  təhsil  müəssisələrinə  dövlət  sifarişi 

ə

sasında  tələbə  qəbulu  ilə  bağlı  müvafiq  maliyyələşmələrin  həyata  keçirilməsi 



davam  etdirilmişdir.  Hesabat  ilində  təhsil  xərclərinə  1437,7  mln.  manat  vəsait 

yönəldilməklə, dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 7,5 faiz təşkil etmişdir. 

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də nəzərə alınmaqla, 

təhsil  xərclərinə  dövlət  büdcəsi  xərclərinin  11,6  faizi  həcmində  və  yaxud  2222,5 

mln. manat vəsait ayrılmışdır.  

Funksional təsnifata uyğun olaraq təhsil xərcləri üzrə istifadə olunmuş vəsaitin 

775,9 mln. manatı və yaxud 54,0 faizi natamam və orta təhsil xərclərinin (2012-ci 

illə müqayisədə 9,5 mln. manat və yaxud 1,2 faiz çox), 257,7 mln. manatı və yaxud 

17,9 faizi təhsil sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlərin, 138,7 mln. manatı 

və  yaxud  9,6  faizi  ali  təhsil  xərclərinin,  143,8  mln.  manatı  və  yaxud  10,0  faizi 

məktəbəqədər və ibtidai təhsil xərclərinin (2012-ci illə müqayisədə 41,7 mln. manat 

və  yaxud  40,8  faiz  çox),  72,7  mln.  manatı  və  yaxud  5,1  faizi  texniki-peşə 

məktəblərinin  və  liseylərin  (2012-ci  illə  müqayisədə  1,0  mln.  manat  və  yaxud  1,4 

faiz  çox),  49,0  mln.  manatı  və  yaxud  3,4  faizi  internat  və  xüsusi  məktəblərin 

maliyyələşdirilməsinə yönəldilmişdir. 

qtisadi  təsnifata  müvafiq  olaraq  təhsil  xərclərindən  əməyin  ödənişinə  927,6 

mln. manat, malların (işlərin və xidmətlərin) satın alınmasına 212,3 mln. manat və 

yaxud  2012-ci  illə  müqayisədə  50,0  mln.  manat  (30,8  faiz)  çox,  təqaüd  və  sosial 

müavinətlərə 51,1 mln. manat  və yaxud 2012-ci illə müqayisədə 18,2 mln. manat 

(1,6  dəfə)  çox,  digər  xərclərə  (sosialmədəni  və  məişət  təyinatlı  obyektlərin  əsaslı 

təmiri və yenidən qurulmasına, icarə xərclərinə, bank xərclərinə) 202,6 mln. manat, 

qeyri-maliyyə  aktivlərinin  alınmasına  (əsas  vəsaitlərin,  maşın  və  avadanlıqların, 

qurğu və digər istehsal obyektlərinin alınmasına, bina və qurğuların tikintisinə və s.) 



43 

 

44,1 mln. manat və yaxud 2012-ci illə müqayisədə 23,2 mln. manat (2,1 dəfə) çox 



vəsait ayrılmışdır. 

2013-cü ildə səhiyyənin inkişafı üçün artımla proqnozlaşdırılmış büdcə vəsaiti 

onun  maddi-texniki  bazasının  gücləndirilməsinə,  müasir  tibbi  avadanlıq  və 

qurğularla  təchizatının    yaxşılaşdırılmasına,  yeni  tibb  mərkəzlərinin  yaradılmasına 

imkan vermişdir.  Ötən il səhiyyə xərcləri üzrə icra 618,9 mln. manat olmuşdur ki, 

bu da 2012-ci illə müqayisədə 9,6 mln. manat və yaxud 1,6 faiz çoxdur. 

2014-cü  il  üzrə  büdcə  təşkilatlarının  təqdim  etdikləri  xərc  sifarişləri  üzrə 

xəzinədarlıq  orqanları  tərəfindən  qəbul  edilmiş  öhdəliklər  tam  və  vaxtında 

maliyyələşdirilmişdir. 

Dövlət  büdcəsinin  kəsiri  298,8  mln.  manat  təşkil  etmişdir  və  kəsir  maliyyələşmə 

mənbələri hesabına bağlanmışdır. 

Cari  ilin  üç  ayında  dövlət  əsaslı  vəsait  qoyuluşu  xərclərindən  elm,  təhsil, 

səhiyyə,  sosial,  mədəniyyət,  idman  və  digər  sosial-mədəni  və  məişət  təyinatlı 

obyektlərin tikintisinə və yenidən qurulmasına 507,7 mln. manat, enerji, su və qaz 

təchizatı,  nəqliyyat,  kommunal,  meliorasiya  infrastrukturlarının  tikintisinə, 

yenidənqurulmasına  və  digər  sahələrə  911,6  mln.  manat  vəsait  yönəldilmişdir. 

Naxçıvan  Muxtar  Respublikasında  həyata  keçirilən  investisiya  layihələrinin 

maliyyələşdirilməsinə 10,2 mln. manat vəsait sərf edilmişdir. 

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də nəzərə alınmaqla, 

səhiyyə  xərclərinə  dövlət  büdcəsi  xərclərinin  4,8  faizi  həcmində  və  yaxud  912,3 

mln. manat vəsait ayrılmışdır.   

qtisadi  təsnifata  uyğun  olaraq  səhiyyə  xərcləri  üzrə  əməyin  ödənişinə  301,9 

mln. manat, malların (işlərin və xidmətlərin) satın alınmasına 258,2 mln. manat və 

yaxud  2012-ci  illə  müqayisədə  39,0  mln.  manat  (17,8  faiz)  çox,  təqaüd  və  sosial 

müavinətlərə 1,5 mln. manat və yaxud 2012-ci illə müqayisədə 0,1 mln. manat (7,1 

faiz) çox, digər xərclərə (sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri 

və  yenidən  qurulmasına, icarə  və  bank  xərclərinə) 27,7  mln.  manat,  qeyri-maliyyə 

aktivlərinin  alınmasına  (əsas  vəsaitlərin,  maşın  və  avadanlıqların,  qurğu  və  digər 

maddi  istehsal  obyektlərinin  alınmasına,  bina  və  qurğuların  tikintisinə  və  s.)  29,6 



44 

 

mln. manat və yaxud 2012-ci illə müqayisədə 3,1 mln. manat (11,7 faiz) çox vəsait 



ayrılmışdır. 

2013-cü ildə stasionar müəssisələrin, ambulator və imtiyazlı xəstələrin dərman 

preparatları  ilə  təminatı  daha  da  yaxşılaşdırılmış,  bu  məqsədə  158,0  mln.  manat 

vəsait sərf  edilmişdir ki, bu da 2012-ci illə müqayisədə 23,5 mln. manat və yaxud 

17,5 faiz çoxdur. 

2013-cü  ildə  mədəniyyət  və  turizmə,  gənclərlə  iş  və  idmana  qayğı,  milli 

mədəniyyətin  və    turizmin  potensialının  dünya  mədəniyyət  və  turizm  məkanına 

inteqrasiya olunması, milli mədəni irsin, dəyər və sərvətlərin qorunub saxlanılması, 

gənc  nəslin  cəmiyyətin  fəal  və  aparıcı  qüvvəsinə  çevrilməsi,  peşəkar  idmanın 

inkişafında müsbət nəticələr əldə edilmişdir. 

2013-cü  ildə  dövlət  büdcəsinin  mədəniyyət,  incəsənət,  informasiya,  bədən 

tərbiyəsi və   digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə 289,7 

mln. manat proqnoza qarşı icra 274,9 mln. manat və yaxud 94,9 faiz olmuşdur ki, bu 

da 2012-ci illə müqayisədə 34,1 mln. manat (14,1) faiz çoxdur.  Dövlət əsaslı vəsait 

qoyuluşu  xərclərindən  ayrılmış  vəsait  də  nəzərə  alınmaqla,  dövlət  büdcəsinin 

mədəniyyət,  incəsənət,  informasiya,  bədən  tərbiyəsi  və  digər  kateqoriyalara  aid 

edilməyən sahədə fəaliyyət xərclərinə dövlət büdcəsi xərclərinin 5,4 faizi həcmində 

və yaxud  1037,1 mln. manat vəsait ayrılmışdır. 

Funksional  təsnifata  uyğun  olaraq  2013-cü  ildə  mədəniyyət,  incəsənət, 

informasiya,bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 

xərcləri  üzrə  istifadə  olunmuş  vəsaitin  123,4  mln.  manatı  və  yaxud  44,9  faizi 

mədəniyyət  və  incəsənət  sahəsində  fəaliyyət  (2012-ci  illə  müqayisədə  10,7  mln. 

manat və yaxud 9,5 faiz çox), 64,9 mln. manatı və yaxud 23,6 faizi radio, televiziya 

və nəşriyyat (2012-ci illə müqayisədə 4,6 mln. manat və yaxud 7,6 faiz çox), 86,6 

mln.  manatı  və  yaxud  31,5  faizi  bədən  tərbiyəsi,  gənclər  siyasəti,  turizm  və  digər 

kateqoriyalara aid edilməyən fəaliyyət (2012-ci illə müqayisədə 18,7 mln. manat və 

yaxud  27,5  faiz  çox)  xərclərinə  yönəldilmişdir.  qtisadi  təsnifata  uyğun  olaraq  bu 

bölmə  üzrə  xərclərdən  əməyin  ödənişinə  52,1  mln.  manat  və  yaxud  2012-ci  illə 

müqayisədə  0,4  mln.  manat  (0,8  faiz)  çox,  malların  (işlərin  və    xidmətlərin)  satın 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə