Microsoft Word maq diss budce xercleri tekst docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix02.04.2018
ölçüsü0,68 Mb.
#35777
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

40 

 

Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-



dən 17,6 faiz artırılaraq 85 manatdan 100 manata çatdırılmış və bu artım 1210,0 min 

nəfərə  yaxın  əmək  pensiyaçısını  əhatə  etmişdir.  Qeyd  olunan  əməkhaqqı 

artımlarının  məntiqi  davamı  olaraq  Azərbaycan  Respublikası  üzrə  minimum  aylıq 

ə

məkhaqqının  məbləği  93,5  manatdan  2013-cü  il  sentyabrın  1-dən  12,3  faiz 



artırılaraq 105,0 manat həddinə çatdırılmışdır. 

Ünvanlı  dövlət  sosial  yardımının  təyin  olunması  üçün  istifadə  edilən  ehtiyac 

meyarının  həddi  2013-cü  ilin  əvvəlindən  93  manat,  yaşayış  minimumunun  həddi 

116  manat,  əmək  qabiliyyətli  əhali  üçün  136  manat,  pensiyaçılar  üçün  94  manat, 

uşaqlar üçün 93 manat məbləğində müəyyən edilmişdir. 

Bütün bu artımlar hesabat ilində öz maliyyə təminatını tapmışdır. Sosialyönlü 

xərclərin strukturuna aid olan əməyin ödənişi üzrə xərclərə 2750,9 mln. manat vəsait 

yönəldilmişdir ki, bu da 2012-ci illə müqayisədə 103,5 mln. manat və yaxud 3,9 faiz 

çox,  təqaüd  və  sosial  müavinət  üzrə  xərclərə  1705,4  mln.  manat  vəsait 

yönəldilmişdir ki, bu da 2012-ci illə müqayisədə 1,5 mln. manat və yaxud 0,1 faiz 

çox, dərman, sarğı ləvazimatları və materiallarının alınması üzrə xərclərə 173,2 mln. 

manat vəsait yönəldilmişdir ki, bu da 2012- ci illə müqayisədə 26,2 mln. manat və 

yaxud 17,8 faiz çox və ərzaq məhsullarının alınması  üzrə xərclərə 276,9 mln. manat 

vəsait  yönəldilmişdir  ki,  bu da 2012-ci illə  müqayisədə  35,1 mln.  manat  və  yaxud 

14,5 faiz çoxdur. 

2013-cü ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, 

incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə 

fəaliyyət xərclərinə cəmi 4198,9 mln. manat vəsait yönəldilmişdir ki, bu da 2012-ci 

ilə nisbətən 9,2 mln. manat və yaxud 0,2 faiz çox olmuşdur. Həmin xərclərin dövlət 

büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 21,9 faiz təşkil etmişdir. 

Dövlət  əsaslı  vəsait  qoyuluşu  xərclərindən  ayrılmış  vəsait  də  (1969,8  mln. 

manat)  nəzərə  alınmaqla,  qeyd  olunan  sahələr  üzrə  xərclərin  məbləği  6168,7  mln. 

manat, dövlət büdcəsi xərclərində xüsusi çəkisi isə 32,2 faiz təşkil etmişdir. 

 

Cədvəl 3 

Dövlət büdcəsi. Xərclər (büdcədə xüsusi çəkisi) 



41 

 

 

 

 

 



 

 

 



 

 

 



 

Cədvəldən görünür ki,  2010-2014-cü illərdə dövlətin səhiyyə, təhsil, iqtisadi, 

və s.xərcləriüvuvən  sabit qalmışdır. 

2013-cü ildə elm xərcləri üzrə icra 117,0 mln. manat olmuşdur ki, bu da 2012-

ci  illə  müqayisədə  263,0  min  manat  və  yaxud  0,2  faiz  çoxdur.Dövlət  əsaslı  vəsait 

qoyuluşu  xərclərindən  ayrılmış  vəsait  də  nəzərə  alınmaqla,  elm  xərclərinə  dövlət 

büdcəsi xərclərinin 0,9 faizi həcmində və yaxud 167,6 mln. manat vəsait ayrılmışdır. 

2013-cü ildə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı 

üzrə  Milli  Strategiyanın  həyata  keçirilməsi  ilə  bağlı  Dövlət  Proqramı”na  uyğun 

olaraq  elm  müəssisələrinin  maddi-texniki  bazasının  genişləndirilməsi  və  elmi 

fəaliyyətin  stimullaşdırılması  üçün  dövlət  büdcəsindən  vəsaitin  ayrılması  təmin 

edilmişdir. 

2013-cü  ildə  də  təhsil  sektoru  üzrə  dövlət  xərclərinin  stabil  icrası  təmin 

edilmiş, bir sıra təhsil infrastrukturlarının bərpasına və yenidən qurulmasına, təhsil 

müəssisələrinin  madditexniki  təminatının  yaxşılaşdırılmasına  nail  olunmuşdur. 

Bununla  yanaşı  uşaq  bağçalarının,  xüsusi  uşaq  bağçaları  və  uşaq  evlərinin  müasir 

tələblər  səviyyəsində  qurulması,  həmin  müəssisələrə  cəlb  edilən  uşaqlara  müasir 

tələblərə uyğun olaraq şəraitin yaradılması öz maliyyə təminatını tapmışdır. 

Ümumtəhsil  müəssisələrinin  şagirdlərinin  dərsliklərlə  pulsuz  təmin  olunması 

istiqamətində  tədbirlər  davam  etdirilmiş,  bu  məqsədlə  və  təhsilin  inkişafı  ilə  bağlı 



Göstərici 

2010  2011  2012  2013  2014 

qtisadiyyata (faiz

41.6  44.2  40.7  42.9  40.6 



Təhsilə (faiz

10.0 


8.2 

7.7 


7.5 

8.3 


Səhiyyəyə (faiz

3.7 


3.2 

3.3 


3.2 

3.6 


Elmə (faiz

0.8 


0.7 

0.6 


0.6 

0.7 


Dövlət hakimiyyəti və idarəetmə orqanlarının 

saxlanılmasına (faiz

2.6 


1.8 

1.9 


1.8 

2.4 


Mədəniyyət.incəsənət və kütləvi informasiya 

vasitələrinə və idmana(faiz

1.4 


1.2 

1.4 


1.4 

1.6 


Sosial müdafiyəyə və təminata (faiz

9.5 


9.7 

10.0 


9.2 

10.5 


Huquq-mühafizə.məhkəmə və prokurorluğun 

saxlanılmasına (faiz

5.7 


4.6 

5.3 


5.5 

5.9 


Dövlətin xarici borclarının ödənilməsinə (faiz

0.7 


1.5 

0.0 


3.2 

0.0 


Dövlətin daxili borclarının ödənilməsinə (faiz

0.1 


0.8 

0.0 


0.6 

0.0 


Sair xərclər (faiz

23.9  24.1  29.1  27.9  26.4 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə