Microsoft Word maq diss budce xercleri tekst docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix02.04.2018
ölçüsü0,68 Mb.
#35777
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

51 

 

Dövlət  büdcəsinin  kəsiri  298,8  mln.  manat  təşkil  etmişdir  və  kəsir  maliyyələşmə 



mənbələri hesabına bağlanmışdır. 

2015-cü ilin üç ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 89,9 faiz 

və yaxud 4189,8 mln. manat icra olunmuşdur. 

qtisadi  təsnifata  uyğun  olaraq  cari  ilin  üç  ayında  dövlət  büdcəsi  xərclərinin 

33,0  faizi  və  yaxud  1380,6  mln.  manatı  sosialyönümlü  xərclərin  (əməyin  ödənişi 

fondu, 


təqaüd 

və 


sosial 

müavinətlər, 

dərman 

və 


ə

rzaq 


xərcləri) 

maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 

8,5 faiz və yaxud 108,7 mln. manat çoxdur. 

Funksional təsnifata uyğun olaraq  2015-ci  ilin üç  ayında ötən ilin eyni  dövrü 

ilə müqayisədə müdafiə xərclərinə 24,2 faiz (96,5 mln.  manat), iqtisadi fəaliyyətlə 

bağlı  xərclərə  13,0  faiz  (7,7  mln.  manat),  səhiyyə  xərclərinə  7,0  faiz  (7,8  mln. 

manat),  sosial  müdafiə  və  sosial  təminat  xərclərinə  0,7  faiz  (3,6  mln.  manat)  çox 

vəsait yönəldilmişdir. 

Cari  ilin  üç  ayında  dövlət  əsaslı  vəsait  qoyuluşu  xərclərindən  elm,  təhsil, 

səhiyyə,  sosial,  mədəniyyət,  idman  və  digər  sosial-mədəni  və  məişət  təyinatlı 

obyektlərin tikintisinə və yenidən qurulmasına 507,7 mln. manat, enerji, su və qaz 

təchizatı,  nəqliyyat,  kommunal,  meliorasiya  infrastrukturlarının  tikintisinə, 

yenidənqurulmasına  və  digər  sahələrə  911,6  mln.  manat  vəsait  yönəldilmişdir. 

Naxçıvan  Muxtar  Respublikasında  həyata  keçirilən  investisiya  layihələrinin 

maliyyələşdirilməsinə 10,2 mln. manat vəsait sərf edilmişdir. 

2015-ci ilin üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə 

xəzinədarlıq  orqanları  tərəfindən  qəbul  edilmiş  öhdəliklər  tam  və  vaxtında 

maliyyələşdirilmişdir. 

Cari ilin 1-ci rübündə dövlət büdcəsində 251,0 mln. manat kəsir yaranmışdır ki, bu 

da  mövcud  qanunvericiliyə  uyğun  olaraq  2015-ci  il  1  yanvar  tarixə  dövlət 

büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına 

örtülmüşdür. 

 

 



52 

 

2.2 Büdcə xərclərinin düzgün istiqamətləndirilməsi və beynəlxalq təcrübə 



 

Belə olan halda büdcələrarası münasibətlərdə yaranan həm üfüqi, həm də şaquli 

uyğunsuzluq  vergi  bazasının  bölüşdürülməsi,  transferlər,  qrantlar,  yaxud  da  borc 

mexanizmi  kimi  vasitələrdən  biri  (bəzi  hallarda  bir  neçəsi)  vasitəsilə  aradan 

qaldırılır.  Məsələn,  Kanada,  ABŞ  və  Avstraliyada  yerli  və  regional  büdcələrdəki 

kəsiri  aradan  qaldırmaq  üçün  vahid  tarazlaşdırıcı  transferlərdən  və  xüsusi 

qrantlardan  istifadə  olunur.  Lakin  inkişaf  etmiş  ölkələrdə  milli  büdcədən  yerli 

büdcələrə tarazlaşdırıcı vəsaitlər verilərkən bir sıra meyarlar əsas götürülür. Həmin 

meyarlar aşağdakılardır: 

1.

  Yerli  büdcənin  xərc  tələbatı  və  gəlir  imkanları  maksimum  düzgün 



qiymətləndirilir.  Xərc  ehtiyaclarının  obyektiv  qiymətləndirilməsi  üçün  təcrübədə 

“xərc tələbatının faktor təhlili” metodundan istifadə olunur. Bu zaman regionlardakı 

dövlət xidmətlərinin dəyərini müəyyənləşdirən amillər əsas götürülür. 

2.

  Tarazlaşdırıcı  transferlərə  yerli  büdcənin  gəlir  və  xərcləri  arasında  fərqi 



ötürən  mexaniki  vasitə  kimi  baxılmır.  Çünki  bölgü  sistemi  elə  qurulur  ki,  yerli 

hakimiyyət  xərc  siyasəti  sahəsində  qərarları  ilə  transferlərin  həcminə  təsir  göstərə 

bilmir. 

Bununla  əlaqədar  olaraq,  belə  qənaətə  gəlmək  olur  ki,  büdcələrarası 

münasibətlərin  formalaşdırılmasının  əsası  şəraiti  və  prinsiplərdən  çox  böyük 

dərəcədə,  ilk  növbədə,  bu  prosesin  hansı  məqsədlərə  və  ya  məqsədlər  qrupuna 

ünvanlanmasından asılıdır. Bu məqsədlərə daha çox aşağıdakılar aid edilir: 

-

  ərazinin inkişafının tarazlaşdırılması; 



-

  ümumdövlət xarakterli məsələlərin həlli və ümummilli maraqların təmini; 

-

  ayrıca ərazi üzrə təşəbbüslərin inkişafı üçün stimulların yaradılması. 



-

  Azərbaycanda  bu  siyahını  aşağıdakı  məqsədlər  hesabına  daha  da 

genişləndirmək mümkündür: 

-

  ayrıca ərazilər üzrə sosial-mədəni inkişafın stimullaşdırılması; 



-

  regionlararasında rəqabət mühitinin yaradılması; 

-

  regionlararası inkişaf tarazlığının təminatı. 




53 

 

Büdcələrarası  münasibətlərin  tədqiqatının  əsas  aspektlərindən  biri  müxtəlif 



səviyyəli  büdcə  münasibətləri  modellərinin  fəaliyyəti  şəraitində  vergi  gəlirlərinin 

yığılması  və  yenidən  bölüşdürülməsi  prinsiplərinə  baxışdır.  Odur  ki,  müxtəlif 

ölkələr üzrə büdcə vəsaitlərinin formalaşdırılması və bölüşdürülməsinin, bütövlükdə 

büdcə prosesinin başlıca məqamlarına diqqət yetirək. 

Amerika modelini aşağıdakı kimi xarakterizə etmək olar: 

1.  Qanunverici baza     

ABŞ federativ dövlətdir. Onun konstitusiyasına görə, dövlət hakimiyyəti federal 

hökümətlə ştat hakimiyyəti arasında bölüşdürülür: sonuncusu, öx növbəsində, vergi 

qoyuluşu üzrə konstitusiya hüququndan istifadə edir. Beləliklə də ABŞ-da müstəqil 

olaraq ayrıca federal və ştat vergi sistemləri mövcuddur. Yerli idarəetmənin inzibati 

vahidi  ştatların  tərkib  hissəsi  sayılır,  həmçinin  ştatın  quruluşuna  uyğun  olaraq 

müəyyənləşdirilən vergi sisteminə malik olur. Hazırda ABŞ-da 50 ştat və 87000-ə 

yaxın  bələdiyyə  orqanı  var.  Onlardan  3043-ü  qraflıqlar,  19296-sı  bələdiyyələr, 

16666-sı taunşiplər, 14556-sı məktəb dairələri, 33131-i xüsusi dairələrdir. 

ABŞ-ın büdcə sistemi federal büdcədən, ştatların büdcəsindən və yerli bələdiyyə 

büdcələrindən  ibarətdir.  Bu  ölkədə  bələdiyyələr  korporasiya  hüququ  əsasında 

formalaşır.  Yəni  bu  qurumlar  şəxsi  əmlaka  malik  ola,  özəl  firmalarla  müqavilələr 

bağlaya, işgüzar əməliyyatlar apara bilər və s.  

Qeyd  edək  ki,  ABŞ  konstitusiyasında  vergi  qoyuluşu  məsələlərinə  əhəmiyyətli 

dərəcədə geniş yer ayrılır. Xüsusilə, diqqəti cəlb edən məqamlar belədir: 

(1)


  istənilən federal vergilər, yığımlar, rüsumlar bütün ölkə ərazisi üzrə mütləq 

vahid formada olmalıdır; 

(2)

  birbaşa vergilər yalnız əhalinin siyahıya alınması vasitəsilə təyin olunur; 



(3)

  istənilən  ştatdan  gətirilən  mallar  heç  bir  vergi  və  rüsumlara  cəlb  edilə 

bilməz. 

Bunu  belə  şərh  etmək  olar  ki,  ABŞ  konstitusiyasının  qəbul  olunduğu  gündən 

indiyə  qədər  bütün  ölkə  ərazi  vahid  vergi  məkanı  sayılır.  Bununla  belə, 

konstitusiyada  vergiqoyma  məsələlərində  ştatların  qanunverici  orqanlarının  rolu 

şə

rtləndirilməmişdir.  Odur  ki,  onlar  ştat  ərazisində  müstəqil  surətdə  vergiqoyma 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə