Microsoft Word maq diss budce xercleri tekst docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix02.04.2018
ölçüsü0,68 Mb.
#35777
1   ...   20   21   22   23   24   25   26   27   28

75 

 

Performans  ölçməsini,  performans  göstəriciləri  vasitəsilə  reallaşdırılar. 



Performans  göstəriciləri,  idarələr  tərəfindən  strateji  məqsəd  və  hədəflər  ilə 

performans  hədəflərinə  çatmaq  məqsədiylə  icra  edilən  fəaliyyətlərin  nəticələrini 

ölçmək, izləmək və qiymətləndirmək üçün istifadə edilən vasitələrdir.  

  Iqtisadi    və  vətəndaşların  ictimai  performansı  yaxşılaşdırmaq  üçün  artan 

tələbləri  nəticəsində  yeni  büdcə  doktarinası  gəlirlər  üzərində  cəmlənən  büdcə 

sistemindən  nəticə  üzərində  cəmlənən  sistemə  konertasiyanı  dəstəkləyir.  Gəlir 

yönümlü  (ənənəvi)  büdcədə  maliyyələşmənin  artan  səviyyəsi  ilə  arakterizə 

olunurdusa  ,  performans  büdcəsi  başlıca  olaraq  nəticəlilik  ilə  xarakterizə  olunur. 

Hesabatlı  (ənənəvi)  büdcənin  əsas  mənfi  cəhəti  siyasət  strategiyaları  və  ya  qərar 

qəbulu haqqında məlumatları göstərməməsidir. Bundan əlavə , bu  dəyişən iqtisadi 

situasiyalara  qarşı  kifayət  qədər  elastikliyi  olmadığından  q-effektiv  və  düzgün 

bölüşdürülməmə  ilə  nəticələnə  bilir  və  adətən  ilin  sonunda  “ya  istifadə  et  ya  itir” 

situasiyası ilə üz üzə qalır.  

  Performans  büdcəsi  pulun  nə  üçün  xərclənməsini  izah  edir  .  Bu  ,  proqram 

məqsədlərinə  və  ölçülə  bilən  nəticələrə  əsaslanan  spesifik  məqsədlərə  nail  olmaq 

üçün  açar  söz    “nəticə”dir.  Bu  metodla  bütün  planlaşdırma  və  büdcələmə  nəticə 

yönümlüdür  .  Bu  məqsədlərə  nail  olmaq  üçün  bütün  dəyərləndirmələrdən 

formalaşan    məqsədlər  və  fəaliyyətlər  vardır  .  Performans  büdcəsi  özündə  3 

elementi birləşdirir  

• Nəticəlilik 

• Strategiya (son nəticəyə nail olmaq üçün müxtəlif yollar ) 

• Fəaliyyət / xərclər (son nəticəni əldə etmək üçün həqiqətdə nə edilir) 

  Bu  qurluş  daxilində  fəaliyyətlərin  səbəbləri  arasında  əlaqə  var  .  Bu 

məlumatlarla  ,  arzu  olunan  nəticələrə  nail  olmaq  baxmından  hansının  dəyərli 

olmağının başa düşülməsi mümkündür. 

  OECD (iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı) performans büdcəsini ölçülə 

bilən  nəticələrin  maliyyələşməsi    ilə  əlaqəsi  olan  büdcənamə  kimi  müəyyən  edib.  

Performans büdcəsinin  3 növü vardır  

Təqdimatlı büdcələmə 



76 

 

Performans-məlumatlı büdcələmə (performans məlumatları istifadə olunur) 



Birbaşa performans büdcəsi  

  Təqdimatlı büdcələmə (Presentational Performance Budgeting) 

  Performans  büdcəsinin  ilk  səviyyəsi  təqdimatlı  performans  büdcəsidir 

(Presentational  Performance  Budgeting)  (məs  .  ABŞ)  hansı  ki  ,  performans 

məlumatları  büdcə  sənədində  əks  olunur  və  bu  qərar  qəbulunda    rol  oynamır  . 

Doğrusu  bu  məlumatların  sənədlərdə  göstərilməkdən  başqabir  şey  deyil.  Ona  görə 

də bu sistem özünü çox da doğrultmur. Lakin bu heç də bu sistemdən imtina demək 

deyil. Belə ki , bu növ performans büdcəsininin ilk tətbiqi mərhələsində olan ölkələr 

üçün əhəmiyyətlidir.  

  Performans-məlumatlı  (Performance  Informed  or  Indirect  Performance 

Budgeting) 

  Sonrakı  səviyyə    performans-məlumatlı  (performans  məlumatları  istifadə 

olunur)  büdcədir  (məs.  Avstraliya)  hansı  ki  ,  resurslar  keçmişdə  və  ya  gələcəkdə 

nəzərdə tutulmuş performansla birbaşa əlaqələnmir. Performans məlumatları büdcə 

qərarlarının  hazırlanmasında  çox  əhəmiyyətlidir.  Lakin  bölüşdürülən  resursların 

miqdarını    müəyyən  etmir  və  qərarlarda  əvvəlcədən  müəyyən  olunmuş  çəkisi 

yoxdur.  Performans  məlumatları  qərar  qəbul  qəbulu  prosesində  və  vəsaitlərin 

bölüşdürülməsində  digər  məlumatlarla  birgə  istifadə  olunur.  Performans  məlumatı 

ilə birlikdə siyasi prioritetləri əks etdirən hökumət sənədlərindən də faydalanılır. Bu 

üsula  görə  performansı  çox  yüksək  olan  bir  dövlət  fəaliyyətinə  mütləq  daha  çox 

vəsait  ayrılacağı  nəticəsi  başlıca  deyildir.  Bu  dövlət  fəaliyyəti  əgər  ölkənin  siyasi 

prioritetləri arasında iştirak etmirsə və bəlkə də irəlidə strateji olaraq son verilməsi 

lazımdırsa,  yüksək  performans  nəticələrinə  baxmayaraq  bu  fəaliyyət  üçün  daha  az 

qaynaq ayrılması lazım olacaq. Dünyada tətbiq olunan nümunələri araşdırdığımızda, 

dövlət  daxilində  istifadə  edilən  ən  məşhur  üsulun  bilvasitə  performans 

məlumatlarında istifadə ilə qurulan büdcələmə olduğu görülməkdədir. 

  Inkişaf  etmiş  səviyyə  əldə  olunmuş  nəticələrə  görə  resursların 

bölüşdürülməsini əks etdirən birbaşa performans büdcəsidir. Bu büdcələmə növündə 

agentliklərin performansları onlara vəsaitlərin bölüşdürülməsində  birbaşa məlumat 



77 

 

mənbəyidir.  Lakin  ,  performans  büdcəsinin  bu  forması  nadirən  istifadə  olunandır 



(yalnız OECD-nin bir neçə ölkələrində spesifik sektorlarda  məs. Yeni Zellandiya) . 

Birbaşa  performans büdcəsinin tətbiqi  resursların bölüşdürülməsi  üçün performans 

məlumatlarının  istifadəsi  kimi  də  xarakterizə  oluna  bilər.  Fərq  ictimai  büdcənin  2 

izahatı  arasında  oluna  bilər  .  Ümümi  izah  etsək  ,  performans  büdcəsi  agentliklərə 

ayrılan pulla nə ediblər və ya edəcəklər haqqında məlumatları özündə birləşdirən hər 

hansı büdcədir. Dəqiq desək , performans büdcəsi resurslarda hər artımın xərclərdə 

olan artımına və ya dirgər nəticələrə aydın bağlanan bir büdcədir. Ümumi konsept 

performans büdcəsini təqdimat müddətində nəzərdən keçirirrsə, dəqiq versiyası onu 

bölüşdürmə  baxımından  nəzərdən  keçirir.  Əsasən  ,  dövlətlərin  büdcə  islahatları 

ümümi  qaydanı  üstün  tutur(daha  dəqiq  təqdimatlı  büdcə  və  ya  performans-

məlumatlı  büdcələmə)  və  çox  az  bir  hissəsi  dəqiq  müəyyənləşməni  (birbaşa 

performans büdcəsi). 

Belə  ki  ,  maliyyələşmə  aparılarkən  haslabma  əməliyyatı  2  üsulla  düstür 

şə

klində  ve  düstürsuz  hesablanır.  Düstürsuz  hesablama  zamanı  hedefler  ve 



performans  arasındakı  ferqe  görə  maliyyə  mükafatı  və  ya  cəzası  tətbiq  edilir.  Bu 

mənada , daha yaxşı performans göstərən daha çox maliyyələşmə ve əksinə olduğu 

halda  ,  maliyyə  mükafatının  və  ya  cəzasının  hansı  miqdarda  olmasını  təsdiqləyən 

heç  bir  düstur  yoxdur.  Lakin  düstür  tətbiqi  zamanı  fəaliyyətin  dəyərləndirilməsi 

daha  rahat  olmaqla  yanaşı  maliyyə  mükafatının  hesablanması  da  dəqiqdir.  Buna 

görə  də  bir  çox  beynəlxalq  ölkələrdə  birbaşa  performans  büdcəsinin  düstürlu 

formasından istifadə olunur.  

Bazar iqtisadiyyatlı ölkələrdə dövlət vergi  nəzarəti sistemi yaradılarkən hər bir 

ölkənin  təşəkkül  tarixi,  milli  ənənələri,  iqtisadi  inkişaf  səviyyəsi,  vətəndaşların 

qanuna itaətkarlıq dərəcəsi, siyasi rejim tipi və hüquqi sistemi, dövlətin konstitutsiya 

ə

sasları,  habelə  nəzarət  orqanlarının    məqsədləri  və  təsis  olunması  üsulları,hüquqi 



status,  müstəqillik  dərəcəsi,  daxili  strukturu,  nəzarət-təftiş  tədbirlərinin  predmeti, 

vəzifələri,  forması  və  həmin  tədbirlərin  keçirilməsi  sahələri,  nəhayət,  hesabat 

verilməsinin qayda və forması baxımından nəzərə alınmışdır.  



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə