Microsoft Word maq diss budce xercleri tekst docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix02.04.2018
ölçüsü0,68 Mb.
#35777
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

69 

 

olan  OECD-nin  muəyyən  etdiyi  6  əsas  korporativ  idarəetmə  prinsipləri 



aşağıdakılardır: 

1. Effektiv korporativ idarəetmə strukturu üzün əsasların təmin edilməsi; 

2. Payzıların hüquqlarına və əsas mulkiyyət funksiyalarına əməl etmək; 

3. Səhmdarlara bərabərhuquqlu munasibət; 

4. Korporativ idarəetmədə tərəflərin(steykholderlər) rolu; 

5. Azıqlıq və şəffaflıq; 

6.  darə heyətinin dəqiq muəyyən edilmiş səlahiyyətləri; 

  Beynəlxalq  Muhasiblər  Federasiyasının  (International  Federation  of 

Accountants -IFAC) və Dünya Bankının beynəlxalq mühasibat uzotu standartlarına 

kezid tədrici, ancaq eyni zamanda ardıcıl proses olmalıdır. 

Dövlət maliyyəsi ölkənin maliyyə sisteminin əsas dayağı olub, iqtisadi, sosial 

və siyasi funksiyalarının yerinə yetirilməsi üçün onu pul vəsaitləri ilə təmin etmək 

sahəsində  ən  mühüm  alətdir.  Ölkəni  idarə  etmək  üçün  dövlətin  kifayət  qədər 

mərkəzləşdirilmiş  pul  vəsaiti  fondu  olmalıdır.  Ona  görə  də  ölkənin  milli  gəlirinin 

ə

həmiyyətli  hissəsi  dövlət  büdcəsində  cəmləşdirilir.  Dövlət  büdcəsi  dövlətin 



mərkəzləşdirilmiş  pul  vəsaiti  fondlarının  yaradılması  və  istifadə  edilməsinin  əsas 

maliyyə  planıdır.  Dövlət  büdcəsi  dövlətin  mövcud  gəlirləri  ilə  xərcləri  arasındakı 

balansı  əks  etdirir.  Iqtisadi  mahiyyətinə  görə  dövlət  büdcəsi  milli  gəlirin 

bölüşdürülməsi  üçün  dövlətlə  hüquqi  və  fiziki  şəxslər  arasında  yaranan 

munasibətlərdir. Büdcə dövlət təşkilatlarının müəyyən dövr üçün məqsədlərinə nail 

olmalarını,  siyasətlərini  və  proqramlarının  reallaşdırılmasını  təmin  edən  bir 

plandır.Büdcəiqtisadi  məqsədlərə  nail  olmaq  baxımından  çox  təsirli  bir  iqtisadi 

siyasət  vasitəsi kimi  qiymətləndirilir.Büdcə  tarazlığı büdcə daxilində  mövcud  gəlir 

və xərclərin tarazlığını bildirir. Büdcə tarazlığı iqtisadi tarazlığa nail olmaq üçün də 

istifadə  edilə  bilər.  Iqtisadi  tarazlığa  malik  olan  ölkələrdə  büdcə  problemləri  sadə 

olur  və  bu  problemlərin  həlli  yolları  da  asanlıqla  müəyyən  edilir.  Büdcə 

mexanizminin düzgün qurulması sosail və iqtisadi sferanın artımına, elmi – texniki 

tərəqqinin  sürətləndirməsinə  təsir  edir.  Dövlət  büdcəsi  sosial  və  iqtisadi  sferanın 

inkişafında əsas vasitə hesab edilir. Büdcə dövlətin bütün digər maliyyə planları ilə 




70 

 

qarşılıqlı əlaqədədir və planlarına nısbətən aparıcı rol oynayır. Çünki büdcə dövlətin 



iqtisadi  vəzifələrinin,  sosial  –  mədəni  vəzifələrinin,  idarəetmə  və  müdafiə 

vəzifələrinin yerinə yetirilməsi üçün lazım olan pul vəsaiti fondlarının səfərbərliyə 

alınmasını təmin edir. Dövlət xərclərinin idarəedilməsi sisteminin tam səmərəliliyini 

təmin etmək üçün büdcə vergi və maliyyə intizamının dörd forması tələb olunur: 

1.

 makroiqtisadi məhdudiyyətlərə uyğunluğu təmin etmək üçün məcmuu xərclərə 



nəzarət; 

2.

 xərc  sahəsində  siyasətin  prioritetliyinə  uyğun  olaraq  vəsaitlərin  bölüşdürülmə 



effektivliyi; 

3.

 dövlət xidmətlərinin göstərilmə effektivliyi (istehsal effektivliyi); 



4.

 büdcənin  idarəedilməsinin  maliyyə  məsrəflərinin  minimuma  endirilməsi,başqa 

sözlə büdcənin səmərəli icra edilməsi və kassa vəsaitləri və borcların idarəedilməsi 

üzrə effektiv metodların tətbiq edilməsi. 

      Dövlətin maliyyə mexanizmində mühüm yer tutan dövlət büdcəsi dövlətin 

məqsədlərini və vəzifələrini özündə əks etdirir. Dövlət büdcəsi milli gəliri yenidən 

bölüşdürərək  sosial  –  iqtisadi  tədbirləri  inkişaf  etdirir,  idarə  xərclərini 

müəyyənləşdirir və ölkənin müdafiə qüdrətini artırır.Büdcənin əsas vəzifələri onun 

tərtibi  zamanı  əks  olunur.  Büdcənin  optimal  tərtib  edilməsi  üçün  bir  sıra  şərtlər 

labüddür ki,bu şərtlər də aşağıdakılardan ibarətdir: 

-  büdcənin  tərtibi  və  icrası  üzrə  qərarların  qəbul  edilməsi  prosesinin  unifikasiya 

edilməsi; 

- büdcənin reallıqlar əsasında tərtib edilməsi; 

- büdcənin tərtibinin bütün mərhələlərində məhdudiyyətlərin sərt qaydada tətbiqi; 

- siyasətin dəyişməsinə diqqətin cəmləşdirilməsi. 

  Dövlət  büdcəsi  bölüşdürücü  və  nəzarət  funksiyalarını  yerinə  yetirir.  Nəzarət 

funksiyası  bölgü  funksiyası  ilə  sıx  əlaqədardır.  Hər  hansı  bölgü  nəzarətsiz  həyata 

keçirilmir, yəni pul vəsaiti ayrı – ayrı sahəlrə yönəldikdən sonra onun öz təyinatına 

uyğun  qənaətlə  xərclənməsinə  ciddi  nəzarət  edilir.  Bütün  bunlar  dövlət  büdcəsi 

mexanizmini  yaradır.  Dövlət  büdcə  mexanizmi  ilə  özünün  sosial  –  iqtisadi  məsə-

lələrini  həll  edir,  maddi  istehsal  və qeyri  –  istehsal  sferasının  inkişaf  etdirilməsidə 



71 

 

ə



sas  və  həlledici  rol  oynayır.  Dövlət  büdcəsi  maliyyənin  ən  mühüm  tərkib  hissəsi 

olmaqla  bir  neçə  vacib  funksiyanı  yerinə  yetirir.  Bu  funksiyalar  dövlət  büdcəsinin 

mahiyyətini  özündə  əks  etdirir.  Yerinə  yetirdiyi  funksiyalar  ümumiqtisadi 

ə

həmiyyətə  malikdir  və  iqtisadiyyatın  bütün  sahələri  ilə  sıx  surətdə  bağlıdır.  Bu 



funksiyalar əsas etibarı ilə bölgü və nəzarət funksiyası kimi qəbul olunub.  

       Bölgü funksiyası milli gəlirin bölgüsündə mühüm rol oynayır və bölgünün 

təsir  dairəsi  çox  genişdir.  Belə  ki,  bu  zaman  bütün  istehsalçılar  və  ya  istehsalın 

bütün  iştirakçıları  büdcə  ilə  münasibətlərdə  olurlar.  Dövlət  büdcəsinin  yenidən 

bölgünün  əsas  obyekti  xalis  gəlirdir.  Vergilər  və  digər  dövlət  gəlirləri  vasitəsi  ilə 

dövlət  büdcəsindən  səfərbərliyə  alınan  vəsaitlər  büdcə  vasitəsi  ilə  yenidən 

bölüşdürülərək,  milli  iqtisadiyyatın  inkişafının  müxtəlif  istiqamətlərinə  yönəldilir. 

Büdcə  xalq  təsərrüfatının  bütün  sahələrini  özü  ilə  əlaqələndirir.  əksər  ölkələrdə 

Ümumi  Daxili  Məhsulun  20  –  50%-ə  qədəri  büdcə  vasitəsi  ilə  bölüşdürülür. 

Mərkəzləşdirilmiş plan iqtisadiyyatına malik olan ölkələrdə bu rəqəm daha yüksək, 

sərbəst bazar iqtisadiyyatlı ölkələrdə isə aşağı olur.  

     Qeyd  etdiyimiz  kimi,  dövlət  büdcəsinin  ənənəvi  funksiyalarından  biri  də 

nəzarət funksiyasıdır. Büdcə - nəzarət finksiyası Ingiltərə və Fransa kimi ölkələrdə 

xalq hərəkatlarının siyasi təzyiqinin nəticəsi kimi meydana çıxmışdır. 1215 – ci ildə 

Kral  Con  tərəfindən  imzalanan  sənədlərdə  büdcə  yaradılması  fikirləri  səslənirdi. 

Gələcəkdə  müəyyən  bir  dövrdə  həyata  keçiriləcək  dövlət  xərclərinin  və  bunları 

təmin edən dövlət gəlirlərinin hesablanmasını və toplanmasını nəzarət altına almaq 

üçün  dövlət  ölkənin  büdcəsini  təsdiq  edir.  Iqtisadiyyatın  bütün  sahələrində  pul 

hərəkətində,  alqı  –  satqı  əməliyyatlarında  büdcə  nəzarəti  var,  çünki  bütün  bu 

ə

məliyyatlar  büdcənin  gəlirlərini  təşkil  edir.  Toplanmış  gəlirlər  büdcə  gəlirləri 



adlandırılır.  Büdcəni  idarə  edən  hökumət  və  ya  digər  orqanlar  büdcənin  icrasına 

nəzarət edir. Bu orqanlar büdcənin icrası zamanı hər hansı əyriliyə və ya laqeyidliyə 

yol  verməməyə  borcludurlar.  Dövlətin  özünə,  nüfuzuna  nəzarət  etməsi,  büdcənin 

icrası  dövründə  büdcənin  xərclərinin  və  gəlirlərinin  miqdar  və  genişliyinin 

məhdudlaşdırılması  vasitəsi  ilə  təmin  edilir.  Dövlət  bedcəsi  müəyyən  dövr  üçün 

tərtib edilir və müddəti bir qayda olaraq bir il müəyyənləşdirilir. Həmin ilə dünyanın 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə