Microsoft Word maq diss budce xercleri tekst docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix02.04.2018
ölçüsü0,68 Mb.
#35777
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

54 

 

sistemi  tətbiq  edə  bilərlər.  Bu  halda  federal  və  hər  bir  ştatın  höküməti  büdcənin 



formalaşdırılması üçün sərbəst olaraq özlərinin vergi bazasını formalaşdırırlar. ABŞ 

konstitusiyasına görə, yalnız federal və regional hökümətlər sərbəst olaraq vergiləri 

təyin  edə  bilər.  Yerli  bələdiyyə  orqanları  isə  regional  hökümətin  razılığı  ilə  yerli 

vergiləri müəyyən edirlər. 

Federal      büdcəyə,  ştatların  büdcəsinə  və  yerli  orqanların  büdcəsinə  eyni 

zamanda  müxtəlif  proposiyalar  üzrə  daxilolmalar  bu  vergilər  hesabına  həyata 

keçirilir:  

(1)


  birbaşa  vergilər  –  fiziki  şəxslərdən  gəlir  vergisi,  korporasiyalardan    gəlir 

vergisi, miras və bağışlama vergisi; 

(2)

  dolayı vergilər – aksizlər  (universal aksizlər və ya satışdan vergi) və gömrük  



rüsumları.  

Ə

mlak  vergisi  yerli  hökümət  orqanlarının  və  ştatların  büdcəsinə,  sosial  sığorta 



vergiləri isə ştatların və federal hökümətin büdcəsinə ödənilir. 

Qeyd etmək lazımdır ki, ABŞ-da ümumi vergi daxilolmalarının 70 faizə qədərini 

fiziki şəxslərdən gəlir vergisi, sosial vergi və korporasiyaların gəlirlərindən vergilər 

təşkil edir. ABŞ-da 3 səviyyə büdcə sistemi mövcuddur: 

(1)

 federal büdcə; (2) ştatların büdcəsi; (3) yerli hökümət orqanlarının büdcəsi. 



2.Federal büdcənin gəlir və xərclər hissəsinin formalaşdırılması 

 ABŞ-ın federal büdcəsinin gəlirlər hissəsinin quruluşuna  nəzər salaq. 

ABŞ-ın  federal  büdcəsinin  xərclər  hissəsi  20  əsas  kateqoriyaya,  o  cümlədən 

müdafiəyə, beynəlxalq işin aparılmasına, kənd təsərrüfatına, nəqliyyata, energetika-

nın  inkişafına,  səhiyyəyə,  sosial  sığortaya,  dövlət  borcları  üzrə  faizlərin 

ödənilməsinə  və  başqalarına  bölünür.  Ümumi  dövlət  xərclərinin  60  faizinə  qədəri 

federal  büdcə,  40  faizinə  qədəri  ştat  və  yerli    hökümət  orqanlarının  büdcələri 

vasitəsilə bölüşdürülür.  



Cədvəl 4   

ABŞ federal büdcəsinin gəlirləri 

 Mədaxil maddələrinin adı 

Büdcə  mədaxilində  xüsusi 

çəkisi,  %-lə           




55 

 

Fiziki şəxslərin gəlirlərindən vergi 



41 

Sosial sığorta ayrırmaları  

34 

Korporasiyaların gəlirlərindən  vergilər 



10 

Aksiz yığımları 

Borc vəsaitləri 



Sair vergi daxilolmalarına aid olan digər 

gəlirlər 

Mənbə: Beynəlxalq Valyuta Fondu 2013 



www.imf.org

 

Qeyd: Son 2 onillikdə bu quruluş, əsasən, dəyişməz qalmaqdadır. 



Ş

tatların vergilərinin strukturu və vergi dərəcələri heç bir də bütün ştatlar üzrə 

eyni  deyildir.  Məsələn,  bizdə  əlavə  dəyər  vergisi  funksiyasını  oynayan  və  onun 

analoqu  olan  satış  vergisinin  dərəcələri  müxtəlif  ştatlar  üzrə  3  faizdən  (Kolorado, 

Corciya,  Kanzas,  Şimali  Karolina  ştatlarında)    7.5  (Luiziana  və  digərlərində)  

faizədək fərqlənir. Əksər ştatlarda orta göstərici 4-5% intervalındadır. 

ABŞ-da maliyyə resurslarının yenidən bölüşdürülməsi aşağı səviyyəli büdcələrlə 

yuxarıdan aşağıya subsidiyalaşdırma və dotasiya vasitəsilə həyata keçirilir. Müxtəlif 

ş

tatlar  üzrə  həyat  səviyyəsinin  fərqli  olmasına  baxmayaraq,  dotasiya,  subsidiya  və 



digər  yenidən  bölüşdürmə  alətləri  vasitəsilə  ABŞ-da  fiskal  bərabərləşdirmə  (fiscal 

equalization)  nəzərdə  tutulmur.  Lakin  bunun  müqabilində  ABŞ-da  tətbiq  olunan 

büdcələrarası  tarazlaşdırma  sistemi,  əsasən,  müxtəlif  səviyyəli  büdcələr  tərəfindən 

ayrılan  qrantlar  hesabına  formalaşır.  Belə  ki,  hələ  1991-ci  ildə  federal  büdcə 

tərəfindən  ayrılan  qrantlar konsolidə edilmiş büdcənin 17.6%-ni təşkil edirdi. Yerli 

büdcələrin  isə  xərclərinin  34.4%-i  regional  büdcələr  tərəfindən  maliyyələşdirilirdi. 

ABŞ-da  aşağı  səviyyəli  büdcələrə  kömək  həm  məqsədli,  həm  də  ümumi  (yəni 

konkret  məqsədli  göstərilməyən)  olur.  Hazırda  federal  büdcə  tərəfindən  ümumi 

yardım  həyata  keçirilmir.  Bu  tip  yardım  ancaq  regional  büdcələr  tərəfindən  yerli 

hökümət orqanlarının büdcələrinə edilir . 

Məqsədli yardım isə 2 tip qrant formasında nəzərdə tutulur: 

Birinci  tip  qrant  (blok  qrantı),  əsasən,  regional  büdcələri  tarazlaşdımaq,  sosial 

təminat və bu tip digər xərc maddələri maliyyələşdirmək  məqsədi güdür; 

Ikinci tip qrant (kateqoriya qrantı) isə konkret layihələrin maliyyələşdirilməsinə 

yönəldilir. 



56 

 

Məqsədli yardımın, demək olar ki, yarısından çoxu pay prinsipi əsasında ayrılır. 



Bu prinsipə əsasən yuxarı səviyyədə duran büdcə aşağı səviyyəli büdcələrə o şərtlə 

məqsədli  yardım  ayrılır  ki,  ayrılmış  yardımın  obyekti  olan  xərclər  maddəsinin  bir 

hissəsi regional və ya yerli büdcə tərəfindən maliyyələşdirilsin. 

Kanada modeli əsas xüsusiyyətləri aşağıdakılardır: 

1.

  Qanunverici baza 



Kanadanın  vergi  siyasəti  Maliyyə  Nazirliyinin  “Büdcə  siyasəti  və  iqtisadi 

təhlili”  şöbəsi  tərəfindən  işlənir.  Kanada  üçpilləli  mərkəzləşdirilməmiş  vergi 

sisteminə  malikdir.  Bu  çərçivədə  federal  hökümətin,  əyalət  hökümətinin  və 

bələdiyyələrin  vergi  sistemi  fəaliyyət  göstərir.  Kanadanın  konstitusiyasında  hər  üç 

sistem  tərəfindən  yığılan  vergilərin  tipi  müəyyənləşdirilib.  Bu  sənəddə  eyni 

zamanda idarəetmənin müxtəlif səviyyələrinə cavabdeh olan orqanların (Kanada 12 

federativ  subyektdən  ibarətdir:  10  əyalət  və  2  ərazi  subyekti.  Bundan  əlavə, 

Kanadada  5000-ə  yaxın  bələdiyyə  vardır  ki,  burada  şəhərlər,  kəndlər,  tuanşiplər 

(xüsusi  ərazi subyektləri),  qraflıqlar və xüsusi xidmət  rayonlarının  (special service 

districts)  daxildir)  səlahiyyətləri  də  dəqiqləşdirilib.  Federal  hökümətin  səlahiy-

yətlərinə  sülh  və  müharibə,  milli  təhlükəsizlik,  dövlət  borcunun  tənzimlənməsi, 

dövlət  mülkiyyətinin  idarə olunması,  pul-kredit siyasəti və bank sisteminin  forma-

laşdırılması  və  bütün  səviyyədə  vergiləri  məsələlərinin  həlli  daxildir.  Əyalət  və 

bələdiyyə  idarəetmə  orqanlarının  səlahiyyətlərinə  isə  xarakterli  məsələlərin  (təhsil, 

ə

dliyyə və s.) və həmçinin özəl sahikarlıqla bağlı bütün məsələlərin həlli aiddir. 



Kanadanın  federal  höküməti,  əyalət  höküməti  və  bələdiyyələri  bir-birndən 

asılı olmayaraq, öz büdcələrinin planlaşdırılması ilə məşğul olur, vergi tutulan gəlir 

və  əmtəə  növləri  üzrə  vergi  dərəcələri  və  vergi  güzəştləri  sisteminə  dair  müstəqil 

surətdə  qərarlar  qəbul  edilir.  Bu  məsələlərə  dair  icra  orqanlarının  hazırladıqları 

təkliflərə  baxılmaq  üçün  ölkə  parlamentinə  və  ya  aşağı  səviyyəli  idarəetmə 

institutlarının  qanunverici  orqanlarına  təqdim  olunur.  Qanunverici  orqanların 

müzakirəsindən  sonra  müvafiq  normativ  sənədlər  qəbul  edilir.  Dövlət  hakimiyyət 

orqanlarından  hər  birinin  yalnız  öz  əraziləri  çərçivəsində  vergiqoyma    səlahiyyəti 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə