Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə63/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   59   60   61   62   63   64   65   66   ...   141
2017-1715

 
 


158 
BEŞİNCİ FƏSİL 
 
MEYVƏ-GİLƏMEYVƏ ŞİRƏLƏRİNİN iSTEHSAL 
TEXNOLOGİYASI 
5.1. Şirələrin çeşidi və təsnifatı 
Çox istifadə olunan meyvə və giləmeyvə şirələri, qida maddə-
ləri ilə zəngin olmaqla, yüksək dad keyfiyyəti ilə fərqlənir. Şirələr 
özləri içki kimi buraxılmaqla bərabər, həm də bəzi məhsulların 
hazırlanmasında başlanğıc xammal rolunu oynayır. Məsələn, on-
lardan istifadə etməklə şərbətlər, qazlaşdırılmış içkilər və s. hazır-
lamaq mümkündür. 
İstehsal olunan meyvə-giləmeyvə şirələri aşağıdakı qaydaya 
uyğun sistemləşdirilir. Təbii şirələr bir xammal növündən hazırla-
nır. Üzərinə digər meyvə şirələri, şəkər və ya konservant əlavə 
edilməsinə icazə verilmir. Bu şirələr yüksək keyfiyyətli, əla çeşid-
li, nümunəvi olması ilə fərqlənməklə hazirlandiği meyvə, yaxud 
giləmeyvələrin bütün göstəricilərini özündə əks etdirməlidir. 
Kupaj edilmiş şirələr - əsas şirənin dad, rəng və qidalılıq xüsu-
siyyətini yüksəltmək üçün, başqa meyvə və giləmeyvə şirələri ilə 
qarışdırılmasından hazırlanır. Bu zaman şirənin tərkib göstəricilə-
rinin (turşuluq, şəkərlik və s.) də kondisiyaya uyğun tənzimlənmə-
si gedir. 
Şəkər və şərab qatılan şirələr. Bəzi meyvə və giləmeyvələrdən 
alınan şirələr lazımi tələbata cavab vermirsə məsələn, həddindən 
artıq turş dada malikdirsə onlara şəkər, yaxud şərbət qatılır. 
Saturasiya edilmiş şirələr. Bu şirələrə karbon qazı ilə doydurul-
muş şirələr də deyilir. Karbon qazı şirənin dadını yaxşılaşdırmaq-
la, ona təravətləndirici xüsusiyyət bəxş edir. 
Şirələr tərkibində meyvə toxuması olub olmamasına görə: lət-
siz və lətli şirələr olmaqla iki qrupa bölünür. 
Lətsiz şirələr də öz növbəsində şəffaf və tünd şirələrə bölünür. 
Lətsiz şəffaf şirələr öz xarici görnüşü və dadı ilə daha çox cəlbedi-


159 
ci olur və buna görə də onları adətən əla məhsul çeşidlərinə aid 
edirlər. I ceşidli şirələr üçün şəffaflıq zəruri deyildir. Bundan əla-
və, rəngi çətinliklə açıqlaşan xammal növlərindən (qara qarağat, 
firəng üzümü, moruq, heyva və s.) hazirlanan məhsullar üçün şəf-
faflıq zəruri deyildir. Lətli şirələri başlıca olaraq karotinlə zəngin 
olan xammal növlərindən (ərikdən, narıngidən) istehsal edirlər. 
Lətli şirələrin bir növü də “maye meyvələr”dir. Onlar şirənin çox 
narin doğranmış meyvə ləti ilə qarışığından ibarətdir. “Maye mey-
vələr” hazırlamaq üçün ərik, gavalı, alma, çiyələk, qara qarağat, 
firəng üzümü və bir sıra digər meyvə və giləmeyvələrdən istifadə 
edilir. 
Şirələr konservləşdirilmə üsullarına görə aşağıdakı kimi qrup-
laşdırılır: pasterizə edilmiş şirələr; sterizə edilib süzülmüş şirələr; 
soyuqda saxlanmış şirələr; spirtli şirələr; sulfidləşdirilmiş şirələr. 
Spirtli və sulfidləşdirilmiş şirələrdən bir içki deyil, yarımfabri-
kat kimi ancaq şərbət, likor və s. məhsullar emalında istifadə olu-
nur. 
Meyvə və giləmeyvələrdən alınan şirələrin bir növü də qatılaş-
dırılmış şirələrdir. Onlar meyvə və giləmeyvə şirəsini tələb olunan 
miqdarda quru maddə yaranana qədər müxtəlif üsullarla qaynadı-
lıb, buxarlandırılmasından hazırlanır. Bu məsələlər həqqında yu-
xarıda bəhs edildiyindən, meyvə-giləmeyvə şirələri istehsalının 
spesifik texnologiyasına diqqət edək. 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə