Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1


Şirə üçün xammala verilən tələblər



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə64/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   60   61   62   63   64   65   66   67   ...   141
2017-1715

5.2. Şirə üçün xammala verilən tələblər 
Şirə istehsalı üçün meyvə və giləmeyvələr optimal yetişkənlik 
vəziyyətində yığılmalıdır. Yetişməmiş meyvələr zəif rəngə, yük-
sək turşuluğa və möhkəm lətə malik olur. Yetişib ötmüş meyvə-
lərdən istifadə etmək isə xüsusilə ziyanlıdır. Çünki bu zaman pek-
tin maddələrinin hidrolizi nəticəsində mühitdə metil spirti toplana 
bilir. Belə meyvələrdən şirə alınması zamanı filtr materialının gö-
zü tutulduğundan prosesin gedişi çətinləşmiş olur. Şirə çətin süzü-
lür, pis durulur və ona görə də bulanlıq qalır. 


160 
Xammalda ətir və rəng maddələrinin miqdarı nə qədər yüksək 
olarsa, hazır məhsul bir o qədər keyfiyətli alınır. Rəngli qabıq və 
rəngsiz şirəyə malik albalı sortları təbii şirə emalı üçün yararlı sayılır. 
Şirənin dadını müəyyən edən maddələrin, xüsusilə də şəkər və turşu-
ların miqdarı xüsusi əhəmiyyət kəsb edir. Yüksək turşuluq və aşağı 
şəkərliyə malik xammaldan, keyfiyyətsiz şirə alınır. Bu halda şirəyə 
şəkər əlavə olunur. 
Şirə emal etmək üçün, zədələnmiş qabığa malik meyvələrdən 
də istifadə etmək olar. Meyvənin iriliyi və forması adətən əhəmiy-
yət kəsb etmir. Lakin çürümüş meyvələrdən istifadə yol verilməz-
dir. Çünki emalda iştirak edən belə meyvələr son məhsula çox pis 
dad verə bilir. 
Ərik. Lətli şirə emal etmək üçün istifadə olunur. Ən yaxşı sort-
ları iri, zərif lətli və bərk olmayan meyvələrə malik sortlar hesab 
olunur. Bunlara Nikita əriyi, Şindaxlan, Iri macar əriyi, Kansler 
əriyi, Salgil əriyi və b. aiddir. 
Albalı. Yalnız intensiv rəngli şirələr üçün istifadə olunur. Yaxşı 
yetişmiş vəziyyətdə yığılır. Demək olar ki, bütün sortlarında tur-
şuluğu yüksək olduğuna görə, şirələr şəkər və yaxud şəkər şərbəti 
ilə hazırlanır. Bəzi hallarda təbii şirələr də alınır. Belə sortlara, 
Anadolu albalısı, Şpanka, Lyubskaya aiddir. Tez yetişən Ingilis al-
balısı, Prusskaya, Podbelskaya, Vladimirskaya sortlarından key-
fiyyətli rəngdə şirə alınır. 
Gilas. Əsasən albalı şirəsi ilə kupaj edilən şirə alımaq üçün isti-
fadə edilir. Şirə üçün ən yaxşı sortları Droqan gilası, Denissen gi-
lası, Qoşe gilasıdır. 
Gavalı. Çətin durulan şirə verdiyinə görə, ondan durulmamış 
yaxud lətli şirələr istehsalında istifadə olunur. Yüksək şəkərli 
meyvələrdən –təbii, az şəkərlilərdən-şəkərləşdirilmiş şirələr alınır. 
Çiyələk. Tammailə yetişmiş olmalıdır. Yetişməmiş vəziyyətdə 
acı və büzüşdürücü dad verir. Turşuluq hamısında yüksək olur. 
Moruq. İntensiv rənglilərindən istifadə olunur. Meyvələrin şə-
kərliyi 6%-dən az, turşuluğu 2%-dən çox olmamalıdır.
Firəng üzümü. Şirə emal etmək üçün tam yetişmiş (lakin yetişib 


161 
ötməmiş) vəziyyətdə yığılır. Ən yaxşı sortları sarı rəngli lətə malik-
dir. Qırmızı meyvələrdən alınan şirə saxlanmada rəngini dəyişir. 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə