Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə67/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   63   64   65   66   67   68   69   70   ...   141
2017-1715

 
 


171 
5.4. Əzintidən şirənin ayrılması 
Əzintidən şirəni ayırmaq üçün presləmə, diffuziya və centrifu-
qadan keçirmə kimi üsullardan istifadə olunur.
Presləmə. Əzintidən şirəni ayırmaq üçün əsas və daha geniş ya-
yılmış üsuldur. Meyvələr qabaqcadan emal olunduqdan (əzilmə, 
fermentlərlə işləmə, qızdırma və s.) sonra preslərdə yüksək təzyiq-
də sıxılır.
İstifadə olunan preslər iş prinsipinə görə iki əsas qrupa bölünür. 
1.
Fasilə ilə işləyən preslər 
2.
Fasiləsiz işləyən preslər 
Fasiləli işləyən preslər təzyiq yaratmaq prinsipinə görə vintli və 
hidravlik, lət əziyi üçün qoyulmuş qəbuledicinin quruluşuna görə 
səbətli və pakpreslər kimi qruplaşdırılır. 
Vintli preslərdə sıxıcı qaykanı vint üzrə əl ilə hərəkət etdirmək 
(xüsusi dəstək vasitəsi ilə) lazım gəlir, buna görə də sıxılacaq küt-
ləyə düşən təzyiq 4 kq/cm
2
-a çatır. Belə preslərin işlədilməsi ağır 
fiziki əmək tələb edir. Hidravlik preslərdə təzyiq, presin iş slindri-
nə nasos vasitəsi ilə su və yağ vurulması sayəsində yaradılır. Təz-
yiqi tədricən artıra bilmək üçün hidravlik preslərdə iki porşen qo-
yulur. Onlardan birincisi 50-60 atm, ikincisi isə 200-250 atm. təz-
yiq yaradır.
Səbətli presləri işlətdikdə lət əziyi presin şəbəkəvari taxta səbə-
tinə 40 sm-ə qədər qalınlıqda doldurulur. Bu səbət çənbərlər ilə 
bir-birinə bərkidilmiş iki yarım hissədən ibarətdir. Səbəti sıxılıb 
çıxarılan şirəni axıtmaq üçün xüsusi axıdıcısı olan platformanın 
üstünə qoyub, üzərini taxta ilə örtürlər. Təzyiq həmin taxtalara dü-
şür. Şirə çıxımını artırmaq üçün, birinci sıxılmadan sonra əzinti 
qarışdırılır və ikinci dəfə preslənir. Ona görə də səbətli preslər tə-
sadüfən tətbiq olunur.
Pakpreslər çərçivəyə malikdir. Çərçivənin üzərinə seyrək to-
xunmuş möhkəm parçadan ibarət salfetkalara bükülmüş lət əziyi 
paketlərini düzürlər. Hər paketin hündürlüyü 4-8 sm-dir. Paketlər 
bir-birindən drenaj şəbəkələri (reşotkaları) ilə ayrılmalıdır. 


172 
İki platformalı 2P – 1I markalı pakpreslərdən geniş istifadə 
olunur. Almadan şirə alınmasında presin məhsuldalığı saatda 1,35 
tondur.
Son zamanlar karusel tipli ROK-200 pakpresi geniş yayılmış-
dır. Bu pres üç platformaya malik olub, məhsuldarlığı saatda 3 
tondan çoxdur. 
Bu preslərdə sıxma zamanı lət əziyi sıxılır və şirə axan kanalla-
rın bir hissəsini xılt tutur. Pakpreslərdə lət əziyi təbəqəsinin hündür-
lüyü səbətli preslərdəkindən xeyli az olur. Bununla əlaqədar olaraq 
lət əziyinin tamam preslənməsi ehtimalı azalır. Lət əziyi bir dəfədə 
presləndiyinə görə pakpreslər səbətli preslərdən üstün tutulur. 
Alma əzintisindən şirə çıxımını və pakpresin məhsuldarlığını 
yüksəltmək üçün, şirənin bir hissəsini əvvəlcədən fasiləsiz işləyən 
VSSŞ-10, RZ-VSR-10 və b. markalı sızdırıcılarda, sonra isə pakp-
reslərdə ayırmaq məsləhət görülür. Bu üsulda sızdırıcıda şirə ay-
rılması ilə presləmə arasında böyük fasilə vermək olmaz. Çünki, 
şirənin hava ilə təması nəticəsində aşı maddələrinin oksidləşməsi 
gedir və nəticədə onun tutqunlaşması baş verir.
Fasiləsiz işləyən preslər. Fasiləsiz işləyən preslər şnekli və 
lentli olmaqla iki qrupa bölünür. Bu preslər əvvəllər yalnız üzü-
mün preslənməsi üçün istifadə olunmuşlar. Tumlu meyvə və gilə-
meyvələrdən bu preslərdə keyfiyyətli şirə almaq mümkün deyildi. 
Bu məqsədlə əsasən pakpreslərdən istifadə edilirdi. Lakin, şirə is-
tehsalında mexanikləşdirilmiş və avtomatlaşdırılmış xətlərin yara-
dılması, fasiləsiz işləyən preslərin yeni modellərini işləyib hazırla-
mağı qarşıya qoydu. Gələcəkdə bu preslər elə modelləşdirilməlidir 
ki, onlarda alınan şirənin keyfiyyəti pakpreslərdə alınandan zəif 
olmasın. Bu isə öz növbəsində tumlu meyvə və giləmeyvələrdən 
şirə istehsalında, fasiləsiz işləyən preslərdən geniş istifadə olun-
masına imkan verir. Hazırda almadan şirə almaq üçün yüksəldil-
miş təzyiqli fasiləsiz işləyən PND-5M yaxud RZ-VPS-2 markalı 
şnekli preslər tətbiq olunmaqdadır.
Fasiləsiz işləyən lentli preslərdə sıxılma nazik təbəqələrlə hə-
yata keçirilir. Bu isə yüksək məhsuldarlıq üçün (saatda 50 tona qə-


173 
dər) zəmin yaradır. 
Presləmə zamanı şirənin çıxımı başlıca olaraq xammalın növ 
və keyfiyyətindən, lət əziyinin düzgün hazırlanmasından, habelə, 
presləmə texnikasından asılıdır. 
Şirənin diffuziya üsulu ilə çıxarılması. Bu üsulla şirə alınması 
əvvəllərdən məlum olmasına baxmayaraq, onun şirə sənayesində 
tətbiqi son zamanlara qədər məhdud xarakter daşıyırdı. Bu üsulda 
əzintidən ekstrakt maddələri su ilə çıxarılır. Bu halda şirəyə şəkər, 
üzvi turşular və digər həll olan maddələr keçir. Kolloidlərin çoxu 
(zülallar, pektin və rəng maddələrinin bir hissəsi və s.) diffuziya 
şirəsinə keçmədiyindən, bu şirənin tərkibi presləmə ilə alınan hü-
ceyrə şirəsindən fərqlənir. Ona görə də belə şirədə meyvə və gilə-
meyvənin təbii dadı olmur. Bu çatışmazlıqlara baxmayaraq diffu-
ziya üsulu iqtisadi cəhətdən səmərəli olması, prosesin mexanikləş-
dirilmə və avtomatlaşdırılma imkanlarının mövcudluğu onun mü-
əyyən qədər inkişaf etdirilməsinə səbəb olmuşdur. Diffuziya üsulu 
yalnız təzə meyvə əzintisindən deyil, həm də cecədən şirə ayırma-
ğa imkan verir.
Xammalın səthi, prosesin temperaturu, habelə, xammalda və 
suda həll olmuş maddələrin qatılıqları arasında fərq böyük olduq-
ca diffuziyanın sürəti də artır. Şirənin özlülüyü və diffuziya edən 
hissəciklərin ölçüləri artdıqca diffuziya yavaşıyır. 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə