Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1


Şirənin qarışıqlardan təmizlənməsi və duruldulması



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə68/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   64   65   66   67   68   69   70   71   ...   141
2017-1715

5.5. Şirənin qarışıqlardan təmizlənməsi və duruldulması 
Təzə sıxılıb çıxarılmış şirə özünü asılqan şəkildə olan iri və xır-
da hissəciklərin mürəkkəb yarımdispers sistemi kimi göstərir. Ası-
lı şəkildə olan iri hissəciklər lət və qabıq qırıntılarından, daş hü-
ceyrələrindən, bütöv və əzilmiş toxumlardan və s ibarətdir. Bu 
hissəciklər şirənin maye fazası ilə zəif əlaqəli olub, müxtəlif me-
xaniki təsirlərlə - sepersiya etməklə, kobud filtrasiya, çökdürmə 
və s. kənar oluna bilər. 
Lətin kiçik hissəcikləri və həll olan kolloid maddələri (pektin, 
zülallar, aşı və rəng maddələri və s.) uzun müddət asılı vəziyyətdə 


174 
qalaraq, şirəni bulanıq edir. Onları kənar etmək üçün yalnız mexa-
niki təsirlər kifayət etməyib, durultmanın xüsusi metodları tələb 
olunur. 
Durultmanın fermentativ metodu pektin maddələri ilə zəngin 
olan şirələr üçün tətbiq olunur. Yuxarıda göstərildiyi kimi pektoli-
tik fermentlərin təsiri altında pektin molekulu suda həll olan qa-
lakturon turşusuna qədər parçalanır. Pektin qüvvətli hidrofillik qa-
biliyyətinə malik olub, kiçik hissəcikləri asılı vəziyyətdə saxlayır. 
Məhz ona görə də, onun kənar edilməsi bu hissəciklərin ayrılması-
nı və çökməsini sürətləndirir.
Fiziki-kimyəvi durultma olduqca müxtəlifdir. Buraya, elektrik 
yüklü hissəciklərin əks yükə malik maddələr (jelatin və taninlə ya-
pışqanlama, bentonitlə işlənmə ) əlavə etməklə neytrallaşdırılma-
sı, termiki təsir (qızdırma və dondurma), elektriklə işlənmə, müx-
təlif durulducu maddələrin tətbiqi və s daxildir.
Fiziki-kimyəvi üsullar xeyli miqdarda aşı, zülal və nisbətən çox 
olmayan pektin maddələrinə malik şirələri durultmaq üçün tətbiq 
olunur. Ion həll olan maddələr - şəkər, üzvi turşular, mineral duz-
lar, vitaminlər və s şirənin tərkib hissəsi olub, onun qida və orqa-
noleptik keyfiyyətini müəyyən edir. Ona görə də demək olar ki, 
tamamilə şirədə saxlanmalıdır. 
Bütün növ lətsiz şirələr hazırlandıqda şirənin xarici görünüşünü 
pozan və onun gələcək işlənməsini çətinləşdirən, iri asılqan hissə-
ciklərin kənar olunması lazımdır. Bu proses şirənin təmizlənməsi 
adlanır.
Kolloid maddələr, şəffaf “duruldulmuş” şirələr hazırlandıqda 
kənar olunurlar. “Duruldulmamış” lopalı şirə alınmasında yalnız 
şirənin təmizlənməsi tətbiq olunub, kolloid maddələr və xırda his-
səciklər kənar olunmur.
Kobud süzülmə. Şirəni ona kobud ot təmi verən iri qarışıqlar-
dan təmizləmək üçün kobud süzülmədən istifadə olunur. Bu əmə-
liyyatın tətbiqi şirənin keyfiyyətini yüksəltməkdən əlavə, şirəni 
sonuncu dəfə durultmaq üçün istifadə edilən seperatorların işinin 
səmərəsini xüyli yüksəldir. Şirəni kobud durultmaq üçün KS-4 


175 
markalı filtrdən və KS-12/OQP-12 markalı kobud qarışıqları ayı-
randan istifadə olunur. Onların məhsuldarlığı uyğun olaraq saatda 
4 və 12 tondur. Bu avadanlıqlarda məsamələrin diametri 0,8-1,3 
mm olan top arakəsmələrdən istifadə olunur.
Ayırıcının əsas işçi orqanı dəlinmiş silindrdən ibarətdir. Şirə si-
lindr daxilinə verilir və onun divarlarında olan deşiklərdən topla-
yıcıya axır. 
Silindrin fırlanması nəticəsində, onun daxili səthinə çökmüş iri 
hissəciklər fasiləsiz axınla barabandan çıxarılır.
Iri asılqan hissəciklər ayrlıdıqdan sonra şirə gələcək durulmala-
ra verilir.
 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə