Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1


Pomidordan şirələr və digər məhsullar istehsalı



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə106/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   102   103   104   105   106   107   108   109   ...   141
2017-1715

10.6. Pomidordan şirələr və digər məhsullar istehsalı 
 
İşin məqsədi
. Meyvə və tərəvəzlərdən şirə emalı texnologiyası 
ilə tanışlıq. Pomidor şirəsi və püresinin hazırlanması, toxumunun 
çıxarılması ilə tanışlıq. 
Tapşırıq
. Laboratoriyada pomidor şirəsi və püresi hazırlamaqla 
toxum və şirə çıxımını müəyyən etməli, refraktometrin köməyi ilə 
hazır məhsulda quru maddələrin miqdarının müəyyən olunması.
İşin gedişi
. Yuma, yoxlama, sortlaşdırma, meyvə və giləmey-
vələrin əzilməsi, şirənin ayrılması və onun konservləşdirilməsi 
texnoloji proseslərini öyrənməli. Bu zaman yetişməmiş, normal və 
yetişib ötmüş almalardan şirə alınmasına diqqət yetirməli. 
Pomidor 
ş
ir
ə
sinin haz
ı
rlanmas
ı
. Bu dərs müəllimlə birgə yeri-
nə yetirilməklə toxum pomidordan çıxarılır və səpin üçün istifadə 
olunur. Təzə yığılmış, yaxşı yetişmiş bir pomoloji sorta aid pomi-
dorlar sortlaşdırılır, xəstə və qeyri bitkilər kənar edilir, çəkilir və 
təmiz suda yuyulur. Əgər meyvələrin saplağında yaşıl xallara təsa-
düf olunarsa həmin yerlər kəsilir. Pomidorlar ağac toxmaqla əzilir, 
paslanmayan poladdan olan metal ələkdən keçirilir, şirə əvvəlcə-
dən çəkilmiş və ələk altına qoyulmuş emallı kasaya toplanır (to-
xum və qabıq ələkdə qalır). Kasa şirə ilə birgə çəkilir. 
Şirə ilə kasanın birgə kütləsindən kasanın kütləsini çıxmaqla 
pomidorun kütləsinə görə faizlə ifadə olunur. Bununla da şirə çı-


275 
xımı müəyyən olunur. Şirə çıxımının X (%) hesablanması aşağı-
dakı formulla yerinə yetirilir: 
X= 100, 
burada: a – pomidorunkütləsi, kq; 
b – şirəninkütləsi, kq. 
Misal.
3 kq pomidor emal olunduqdan sonra 2,1kq şirə alın-
mışdır. Bu halda şirə çıxımı aşağıdakı kimi olur:
X=
,
100=70%. 
Pomidordan şirə çıxımını artırmaq üçün onu tənzif kisəyə, yaxud 
metal tora dolduraraq 1-2 dəqiqə müddətində qaynar suya salırlar. 
Bu iş ohesabla aparılır ki, qabıq yansada lət yanmasın. Bu, toxum-
ların cücərmə qabiliyyətinin saxlaması məqsədilə belə edilir. 
Toxum qabıq və lət qalıqlarından suda yuyularaq ayrılır, sonra 
onu qurudur və emala verilən pomidordan toxum çıxımını təyin 
etmək üçün çəkirlər.
Alınan şirə qarışdırılır və refraktometrlə onda olan quru maddələ-
rin miqdarı təyin edilir (4,5%-dən az olmamalıdır). Sonra şirə 90
0

temperatura qədər qızdırılır, qablara doldurulur, hazırlanmış qablar 
avtoklavda 120
0
C temperaturda 20-30 dəqiqə sterilizə olunur.

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə