268
Keyfiyyətinin müəyyən edilməsinə taranın
və onun markalan-
masını yoxlamaqdan başlamaq lazımıdır. Qablaşdırılmış meyvə-
giləmeyvə şirniyyatı əvvəlcə çini fincana
və ya başqa bir dayaz
qaba tökülməlidir.
10.3.3. Orqanoleptik göstəricilərin təyini
Orqanoleptik üsulla meyvə-giləmeyvə şirniyyatının
xarici gö-
rünüşü, dadı, iyi, rəngi və konsistensiyası müəyyən edilir.
Mürəbbənin xarici görünüşü yoxlanılarkən, onun meyvəsinin
bircinsli olmasına fikir verilir. Şərbətin şəffaflığını və onun daxi-
lində olan asılı hissəciklərin olmasını yoxlamaq üçün şərbət süzü-
lür və açıq şüşədən stəkanda gündüz işığında nəzərdən keçirilir.
Bütün məmulat növləri üçün xarlama və qıcqırma
əlamətlərinin
olması müəyyən edilməlidir.
Povidlonu yoxlayarkən onun eynicinsli olmasıma, əzilməmiş
hissənin, tumun və qabıq hissəsinin olub-olmamasına fikir vermək
lazımdır.
Dad və iyi yoxlayarkən, onun hazırlandığı meyvənin də və iyi-
nə müvafiq olması dərəcəsi, kənar dad və iyin, eləcə də karamel-
ləşmiş şəkər dadının olması müəyyən edilməlidir.
Rəngini yoxlayarkən hazırlandığı
meyvə-giləmeyvənin rənginə
uyğun olması nəzərə alınmalıdır. Mürəbbə isə əlavə olaraq ləkəli və
üzərində qara nöqtə olan meyvələrin sayı müəyyənləşdirilməlidir.
Konsistensiyasını təyin etmək üçün məhsulu qarışdırırlar. Po-
vidlo və cemdən fərqli olaraq mürəbbədə meyvənin və şərbətin
konsistensiyası ayrıldıqda yoxlanılır. Meyvənin konsistensiyasını
yeməklə müəyyən edirlər.
Dostları ilə paylaş: