Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə109/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   105   106   107   108   109   110   111   112   ...   141
2017-1715

Ya
ş
ı
l noxud
. Bu növ konservlərin hazırlanması üçün süd yetiş-
kənliyi dövründə yığılmış tərəvəz noxudunun baş sortları əlverişli-
dir. Bu mərhələdə yığıldıqda noxud dənləri hələ zərif və dadlı 
olur. Çünki onlarda nişastanın miqdarı az, şəkərin miqdarı isə 
yüksək olur. Yaşıl noxudun yetişkənlik dərəcəsini onun sıxılığına 
görə təyin etmək olar. Noxud yetişdikcə onun sıxlığıda artır. Kon-
servləşdirmək üçün yaşıl noxud dənlərinin sıxlığı 1,03-dən yüksək 
olmamalıdır. Sıxlığı müəyyən etmək üçün dən partiyası xörək 
duzunun 4,25%-li məhluluna (sıxlığı 1,03) salınır. Belə məhlulda 
dənlər batmamalıdır.
Yaşıl noxuddan konservlərin hazırlanma texnologiyası yuma-
dan; dənin 2-5 dəqiqə müddətində 90
0
C temperatura malik suda 
blanşirlənməsindən; soyuq suda soyudulmasından; bankanın 
noxudla doldurulmasından; 2-3% xörək duzu və 2-3% şəkərə 
malik isti məhlulla doldurulmasından, laklanmış tənəkə qapaqla 
bağlanmasından və aşağıdakı formula uyğun sterizlizəsindən 
ibarətdir: 

2,8. 
Noxudun blanşırlənməsi və zalivkanın hazırlanması üçün yum-
şaq sudan istifadə olunmalıdır. Çünki cod sudan istifadə olunduq-
da onun tərkibindəki yüksək miqdarda kalsium noxudların kobud 
alınmasına səbəb olur.


280 
T
ə
bii bütöv pomidor
.
Pomidor konservləri qabıqla hazırlanır və 
üzərinə xörək duzu məhlulu əlavə olunur. Yaxşı olar ki, gavalıvari 
formalı, az toxum yuvalı sortlardan istifadə olunsun. Eyni za-
manda iri meyvəli pomidor sortlarından da istifadə etmək olar. 
Lakin bu halda yaxşı olar ki, meyvədən qırmızı deyil, çəhrayı 
yetişkənlik dərəcəsində istifadə olunsun. Çünki sonuncu halda 
meyvələr daha möhkəm olur.
Yuyulmuş meyvələr səliqəli şəkildə şüşə bankalara yığılır, 2-
2,5%-li isti xörək duzu məhlulu əlavə olunur. Ağzı bağlanır və 
aşağıdakı formula uyğun sterizliə edilir (0,5 litrlik bankalar üçün)

1,8. 
Pomidorların üzərinə təzə hazırlanmış sürtgəcdən keçirilmiş 
və 2-2,5% xörək duzuna malik pomidor kütləsi əlavə olunur. 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə