Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə19/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   15   16   17   18   19   20   21   22   ...   72

75 

 

Əksi-rüxsarın ilə oldu müzəyyən mir’at, 



Bədəni-mürdəyə feyzi-nəzərin verdi həyat. 

 

Bənzədərdim qədi-mövzuninə fil-cümlə əgər



Can içində əlif etsəydi qəbuli-hərəkat. 

 

Xət bu məzmun ilədir tərfi-zənəxdanında 



Ki, bu zindanın əsirinə yox ümmidi-nəcat. 

 

Kakilin qıldı müqərrər mənə sərgəştəliyi, 



Deməsin kimsə ki, var gərdişi-gərdunə səbat. 

 

Qəmzə peykanin edər aşiqə çeşmin sədəqə, 



Öylə kim, mərdümi-mün’im verə möhtacə zəkat. 

 

Afərin cövhəri-məqbulinə kim, aləmdə 



Mümkün olmaz bu sifat ilə ki, sənsən bir zat. 

 

Ey Füzuli, vərə’ü zöhd ilə mö’tad oldun, 



Bilmədin halını, bihudə keçirdin ovqat. 

 



76 

 

Ey əsiri-dami-qəm, bir guşeyi-meyxanə tut! 



Tutma zöhhadın müxalif pəndini, peymanə tut! 

 

Dişlədimsə lə’lin, ey qanım tökən, qəhr eyləmə, 



Tut ki, qan etdim, ədalət eylə, qanı qanə tut! 

 

Cizginirkən başına, şəm’i-rüxündən canımı, 



Mən’ qılma, anı həm ol şəm’ə bir pərvanə tut! 

 

Gər sənə əfğanimi bihudə dersə müddəi, 



Ol sözə tutma qulaq, mən çəkdigim əfğanə tut! 

 

Tutmazam zənciri-zülfü tərkin, ey naseh, məni 



Xah bir aqil xəyal et, xah bir divanə tut. 

 

Ey olub sultan, deyən dünyadə məndən qeyri yox, 



Sən səni bir cüğıd bil, dünyanı bir viranə tut. 

 

Ey Füzuli, dəhr zalinin firibindən saqın, 



Olma qafil, ər kimi təprən, işin mərdanə tut! 


77 

 

Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyani unut! 



Baliğ oldun, gəl rəhimdən içdigin qani unut! 

 

Verdi rehlətdən xəbər muyi-səfidü ruyi-zərd



Çöhreyi-gülgun ilə zülfi-pərişani unut! 

 

Çək nədamətdən gögə dudi-dilin, tək qanlı yaş, 



Sərvi-nazin tərk tut gülbərgi-xəndani unut! 

 

Gör qənimət fəqr mülkündə gədalıq şivəsin, 



E’tibari-mənsəbü dərgahi-sultani unut! 

 

Çəkmə aləm qeydini, ey sərbüləndi-fəqr olan, 



Səltənət təxtinə irdin, bəndü zindani unut! 

 

Lövhi-xatir surəti-cananə qıl ayinədar, 



Onu yad et, hər nə kim yadındadır, ani unut! 

 

Mə’siyət dərsin yetər təkrar qıl, döndər vərəq, 



Özgə hərfin məşqin et, ol dərs-ünvani unut. 

 

Ey Füzuli, çək məlamət rəhgüzarından qədəm 



Ləhzə-ləhzə çəkdigin bihudə əfğani unut! 


78 

 

Mürdə cismim iltifatından bulur hər dəm həyat



Ölərəm, gər qılmasan hər dəm mənə bir iltifat. 

 

Yazə bilməz ləblərin vəsfin təmami-ömrdə, 



Abi-heyvan versə Xizrə kilkü zülmətdən dəvat. 

 

Mən fəqirəm, sən qəni, vergil zəkati-hüsn kim, 



Şər’ içində həm mənədir həm sənə vacib zəkat. 

 

Görməyincə hüsnünü imanə gəlməz aşiqin, 



Yüz peyəmbər cəm olub, göstərsələr min mö’cüzat. 

 

Məzhəri-asari-qüdrətdir vücudi-kamilin, 



Feyzi-fitrətdən qərəz sənsən, tüfeylin kainat. 

 

Cövhəri-zatindədir məcmui-övsafi-kəmal, 



Bu sifat ilə ki, sənsən, qandadır bir pak zat? 

 

Eşqə ta düşdüm, Füzuli, çəkmədim dünya qəmin; 



Bil ki, qeydi-eşq imiş dami-təəllüqdən nəcat. 


79 

 

Səba, əğyardan pünhan, qəmim dildarə izhar et! 



Xəbərsiz yarımı hali-xərabimdən xəbərdar et! 

 

Gətir yadım onun yanında, vər görsən ki, qəhr eylər, 



Xəmuş olma, yenə düşnam təqribilə təkrar et! 

 

Könül, qəm günlərin tənha keçirmə, istə bir həmdəm, 



Əcəl xabından, əfqanlar çəkib, Məcnunu bidar et! 

 

Çü yox, eşq atəşi bir şö’lə çəksə, taqətin, ey ney, 



Baş ağrıtma, dəmi-eşq urma, ancaq naleyi-zar et! 

 

Məni rəşk oduna pərvanə tək, ey şəm’, yandırma, 



Yetər xurşidi-rüxsarın çiraği-bəzmi-əğyar et! 

 

Giriftari-qəmi-eşq olalı azadeyi-dəhrəm, 



Qəmi-eşqə məni bundan bətər, yarəb, giriftar et! 

 

Füzuli, baxmaq olur ol günəş yadilə xurşidə, 



Nə vəch ilə kim, olsa gün keçər, fikri-şəbi-tar et. 


80 

 

Xətti-rüxsarın edər lütfdə reyhan ilə bəhs, 



Hüsni-surətdə cəmalın güli-xəndan ilə bəhs. 

 

Cənnəti kuyinə zöhd əhli münasib desələr, 



Nə münasib ki, qılam bir neçə nadan ilə bəhs. 

 

Yüzünə durmasın ayinə urub lafi-səfa, 



Nə rəva məh qıla xurşidi-dirəxşan ilə bəhs. 

 

Gərçi şümşaddə çox lafi-lətafət vardır, 



Yorulur eyləsə ol sərvi-xuraman ilə bəhs. 

 

Qılsa can lə’lin ilən feyz yetirmək bəhsin



Canibi-lə’lini tut, ey könül, et can ilə bəhs! 

 

Düşər od şəm’ dilinə bu səbəbdən ki, qılır 



Dil uzadıb gecələr ol məhi-taban ilə bəhs. 

 

Sifəti-hüsnün edər xəstə Füzuli, nə əcəb, 



Hüsni-göftardə gər eyləsə Həssan ilə bəhs. 


81 

 

Cəhan içrə hər fitnə kim, olsa hadis, 



Ona sərvi-qəddindir, əlbəttə, bais. 

 

Mədarisdə təhqiqi-muyi-miyanın, 



Dəqayiqdən ortayə salmış məbahis. 

 

Müvəhhidlərə qılma inkar, zahid, 



Meyi-vəhdəti sanma ümmül-xəbais

1



 

Iki didəsiz aləmə Yusifü sən, 

Sizə yox cəhan içrə imkani-salis. 

 

Mənə cəm olur qanda kim, var bir qəm, 



Mənəm mülki-qəm içrə Məcnunə varis. 

 

Töküb əşk kuyində, vəslin dilər dil, 



Saçar nəf’ üçün danə toprağə haris

2



 

Üzarü ləbin vəsfin eylər Füzuli

Ona həm müfəssir derəm, həm mühəddis. 

 

 



                                                            

1

Ümmül-xəbais – pisliklər anası 



2

 H a r i s – əkinçi 




Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə