Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə18/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   14   15   16   17   18   19   20   21   ...   72

69 

 

Ruzigarım buldu dövrani-fələkdən inqilab



Qan içər oldum, əyağın çəkdi bəzmimdən şərab. 

 

Şö’leyi-ah ilə yandırdım dili-sərgəştəyi, 



Bir od oldum, cizginən çevrəmdə olmazmı kəbab? 

 

Lə’lin ilə badə bəhs etmiş, zəhi gümrahlıq, 



Oldu vacib eyləmək ol biədəbdən ictinab. 

 

Verməz oldu yol vüsalə piçi-zülfün, ah, kim, 



Rişteyi-tədbirdən dövrani-kəcrov açdı tab. 

 

Olmadı ol mahə rövşən yandığm hicran günü, 



Yandığın şəb ta səhər şəm’in nə bilsin afitab. 

 

Göz ki, peykanın qapub, gögdən saçar hər yan sirişk, 



Bir sədəfdir, qətreyi-barani eylər dürri-nab. 

 

Oldu əbri-dudi-ahim pərdeyi-rüxsari-mah



Ah kim, almaz cəmalindən hənuz ol məh niqab. 

 

Kəsmədi məndən səri-kuyində azarın rəqib, 



Ey Füzuli, cənnət içrə nişə yox, derlər əzab? 


70 

 

Dərdi-eşqim dəf’inə zəhmət çəkər daim təbib, 



Şükr kim, olmuş ona zəhmət, mənə rahət nəsib. 

 

Bir zəbandır şərhi-qəm təqririnə hər bərgi-gül, 



Eyləməz bihudə gül gördükdə əfğan əndəlib. 

 

Bilsə zövqüm vəsldən firqətdə əfzun olduğun, 



Vəsldən mən’im rəva görməzdi rəşkindən rəqib. 

 

Tə’ni-qəflətdir pəritəl’ətlərə izhari-hal, 



Sanma kim, əhbab halından olur qafil həbib. 

 

Ah, bilmən neyləyim, qurtulmaq olmaz qeyddən, 



Mən hərifi-sadədil, xuban cəmali dilfirib. 

 

Şəm’ qürbilə təfaxür qılma, ey pərvanə, kim, 



Xirməni-ömrün göyər bərqi-fənadan ənqərib. 

 

Nola ağılarsa Füzuli rövzeyi-kuyin anıb, 



Lacərəm giryan olur qılğac vətən yadın qərib. 


71 

 

Payibənd oldum səri-zülfi-pərişanın görüb, 



Nitqdən düşdüm ləbi-lə’li-dürəfşanın görüb. 

 

Oda yaxdım şəm’vəş canım, baxıb rüxsarinə 



Çərxə çəkdim dudi-dil, sərvi-xuramanın görüb. 

 

Gəzdirər hər yan gözüm əşk içrə bağrım parəsin, 



Xəl’əti-gülgun ilə rəxş üzrə cövlanın görüb. 

 

Bir zaman keçməz ki, dil tiğindən olmaz çak-çak, 



Açılır hər dəm tutulmuş könlüm ehsanın görüb. 

 

Könlümü tənhalıq eylərdi pərişan sinədə, 



Olmasaydı cəm, hər yanında peykanın görüb. 

 

Bəndü zindani-qəmü möhnətdən olmuşdum xilas, 



Ah kim, düşdüm yenə, zülfü zənəxdanın görüb. 

 

Ey Füzuli, bunca kim, tutdun nihan hali-dilin, 



Aqibət fəhm etdi el çaki-giribanın görüb. 


72 

 

Qeyrə eylər bisəbəb min iltifat ol nuşləb



İltifat etməz mənə mütləq, nədir bilmən səbəb? 

 

Cövr olur adət qəzəb vəqti, nə adətdir bu kim, 



Cövrün az eylər mənə ol tündxu qılğac qəzəb. 

 

Nola qəmzən fikri düşdisə dili-suzanimə, 



Zalimin gər olsa atəş mənzili, olmaz əcəb. 

 

Dəmbədəm gər düşsə gözdən dürri-əşkim, vəchi var. 



Yaş uşaqlardır yetim, onlarda yox rəsmi-ədəb. 

 

Cövri könlümdür çəkən, gözdür görən rüxsarını, 



Allah, Allah, kam alan kimdir, çəkən kimdir təəb. 

 

Yar bidad eyləməz üşşaq fəryad etmədən, 



Hər necə ruzi müqəddər olsa, vacibdir tələb. 

 

Mütrib, ağılatma sürudinlə Füzuli xəstəni, 



Seyli-əşkindən saqın, qopmaya bünyadi-tərəb. 


73 

 

Vəslin mənə həyat verir, firqətin məmat, 



Sübhanə xaliqi xələqəl movtə vəl-həyat

1



 

Hicranına təhəmmül edən vəslini bulur, 

Tuba limən yusaidühüs-səbrü vəs-səbat

2



 

Mehrindir iqtinai-məqasid vəsiləsi, 

Ma şaə mən əradə, bihil-fovzu vən-nəcat

3



 

Tökmüş riyazi-təb’imə barani-şövqini, 

Mən ənzələl-miyahə və əhya bihin-nəbat

4



 

Həq afərinişə səbəb etdi vücudini, 

Əvcəbtə biz-zühuri zühurəl-mükəvvənat

5



 

İyzəd səriri-hüsnə səni qıldı padişah, 

Ə’la kəmalə zatikə fi əhsənis-sifat

6



 

Qıldın ədayi-nə’t, Füzuli, təmam qıl, 

Kəmmilhu bis-səlami və təmmimhu bis-səlat

7



                                                            

1

 Tərcüməsi: Pak və müqəddəsdir o yaradan ki, diriliyi və ölümü yaratmışdır. 



2

 Tərcüməsi: O adam xoşbəxtdir ki, mətanət və səbr ona kömək edir. 

3

 Tərcüməsi: Nə istərsə, kimi nəzərdə tutarsa, nəcat və müvəffəqiyyət onun vasitəsilədir. 



4

 Tərcüməsi: Yağşı yağıdırıb, bitkiləri dirildən. 

5

 Tərcüməsi: Zühurunla varlığın zühuruna səbəb oldun. 



6

 Tərcüməsi: Zatının kəmalını gözəl sifətlərlə yüksəltdi. 

7

 Tərcüməsi: Salam ilə onu tamamla, dua ilə bitir. 




74 

 

 



Yürü, yetir mənə, ey simi-əşk, bidad et, 

Gər aqçan ilə alınmış qul isəm, azad et! 

 

İtirmə itləri avazının, könül, zövqin, 



Yetər qara gecələr hərzə-hərzə fəryad et! 

 

Xərab olan könül, ey büt, sənin məqamındır, 



Təğafül eyləmə, bir qaç daş ilə abad et! 

 

Eşitmədinmi, könül, eşq müşkil olduğunu, 



Sənə bu müşkil işi kim dedi ki, bünyad et?! 

 

Xilafi-adətə çox olma, ey pəri, mail, 



Yetər füsun ilə təsxiri-adəmizad et! 

 

Səba, əsirləri qəsdin eyləmiş ol gül, 



Bizi həm onda, əgər düşsə fürsətin, yad et! 

 

Füzuli, istər isən izdiyadi-rütbeyi-fəzl, 



Diyari-Rum gözət, tərki-xaki-Bağıdad et! 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə