Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə21/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   17   18   19   20   21   22   23   24   ...   72

89 

 

Əgər murad isə vermək səfayi-cövhəri-ruh



Fələk misal yürüt sağəri-şərabi-səbuh. 

 

Buyurma tövbə mənə ol şərabdan naseh 



Ki, görsə onu tutar cəzm tərki-tövbə Nəsuh. 

 

Hücumi-qəmdə mənə onu etdi zövrəqi-mey 



Kim, etmədi onu tufan olanda kəştiyi-Nuh. 

 

Müdam çeşmimə qan doldurur xədəngi-qəmin, 



Yuva başımda tutan quşları edib məcruh. 

 

Dil oldu daği-fəraqinlə şərhə-şərhə, vəli 



Nə sud, çün sənə olmadı hali-dil məşruh. 

 

Tənimdə sancılı navəklərinlə şadəm kim, 



Dəri-bəla bu kilid ilədir mənə məftuh. 

 

Füzuli oldu belin fikri ilə muy misal, 



Hənuz bulmadı ol sirrə ehtimali-vüzuh. 


90 

 

Qansı mahin, bilməzəm, mehrilə olmuş zar sübh



Hər gün eylər xəlqə bir daği-nihan izhar sübh. 

 

Batdı əncüm, çıxdı gün, ya bir əsiri-eşqdir, 



Tökdü dürri-əşki, çəkdi ahi-atəşbar sübh. 

 

Nola gər əmvatə ehya versə sübhün dəmləri, 



Zikri-lə’lindir kim, eylər dəmbədəm təkrar sübh. 

 

Bir müsəvvirdir ki, zərrin kilk ilə hər gün çəkər, 



Səfheyi-gərdunə nəqşi-arizi-dildar sübh. 

 

Müjdə bir xurşiddən vermiş məgər badi-səhər 



Kim, nisar eylər ona yüz min düri-şəhvar sübh. 

 

Aşiqi-sadiqdir, izhari-qəm eylər hər səhər



Ah ilə xəlqi yuxusundan qılır bidar sübh. 

 

Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid, 



Bir təsəllidir sənə ol söz ki, derlər var sübh. 


91 

 

Ol mişkbu qəzalə ixlasım eylə vazeh, 



Bəlliğ, səba, səlamən miskiyyətər-rəvayeh

1



 

Olğac həbibə vasil, bizdən həm olma qafil

Latəqtəir-rəsail, latəktəmis-sərayeh

2



 

Yüzdə sirişk qani, söylər qəmi-nihani, 

Qəd təzhərül-mə’ani bil-xətti fil ləvayeh

3



 

Mən mübtəlayi-hicran, məndən iraq canan. 

Vəl-ömrü keyfə ma kan mislür-riyahi rayeh

4



 

Eşqin, Füzuliyi-zar, tərk etmək oldu düşvar 

Ya arifən bima sar, la tüksirin-nəsayeh

5



 

                                                            

1

 Tərcüməsi: Ey səhər yeli, məndən mişk qoxulu salam yetir. 



2

 Tərcüməsi: Məktubları məndən kəsmə, əzab-əziyyətlərini gizlətmə! 

3

 Tərcüməsi: Mənalar lövhələr üzərində xətt ilə zahir olur. 



4

 Tərcüməsi: Ömür nə cür olursa-olsun külək kimi əsib gedəndir. 

5

 Tərcüməsi: ey olan şeyləri bilən, çox nəsihət etmə! 




92 

 

Kimsədə rüxsarına taqəti-nəzzarə yox



Aşiqi öldürdü şövq, bir nəzərə çarə yox. 

 

Bağrı bütünlər mənə tə’nə edərlər müdam, 



Halımı şərh etməyə bir cigəri parə yox. 

 

Yığıdı mənim başıma dəhr qəmin, neyləsin, 



Badiyeyi-eşqdə mən kimi avarə yox. 

 

Dəhrdə həmta sənə var pərirüx desəm 



Var gözəl çox, vəli sən kimi xunxarə yox. 

 

Gözdə gəzib cizginir qətreyi-əşkim müdam, 



Qətreyi-əşkim kimi çərxdə səyyarə yox. 

 

Çak görüb köksümü qılma ilacım, təbib, 



Zaye’ olur mərhəmin, məndə bitər yarə yox. 

 

Zarlığm eşqdən var, Füzuli, vəli, 



Ol məhi-bimehrdən rəhm məni-zarə yox. 


93 

 

Nola gər qucsa miyanın kəməri-zər küstax, 



Gətirib çoxları ortayə zər, eylər küstax. 

 

Xaki-sağər, Cəmü Cəmşiddir, ey piri-müğan, 



Xəbər et saqiyə kim, tutmaya sağər küstax! 

 

Rəşk odilə yaxılır rişteyi-canım ki, neçün 



Dəgər ol arizə geysuyi-müənbər küstax. 

 

Rövzənindən qoma kim, gün düşə xəlvətgəhinə



Hərəmi-şahə nə layiq girə çakər küstax. 

 

Saxla, ey əşk, ədəb, getmə səri-kuyinə çox 



Ki, düşər gözdənü üzdən sürülər hər küstax. 

 

Həvəsim badeyi-gülgunə bu ümmid ilədir 



Kim, olam məstü tutam daməni-dilbər küstax. 

 

Bənzədirsən özünü itlərinə hər saət, 



Ey Füzuli, ola bilməz sənə bənzər küstax. 


94 

 

Rəngi-ruyindən dəm urmuş sağəri-səhbayə bax! 



Afitab ilə qılır də’va, tutulmuş ayə bax! 

 

Şəm’ başından çıxarmış dud şövqi-kakilin, 



Böylə kutah ömr ilə başindəki sevdayə bax! 

 

Ey səlamət əhli, ol rüxsarə baxma zinhar! 



Ehtiraz eylə məlamətdən, məni-rüsvayə bax! 

 

Bildi eşqində nəmədpuş olduğum ayinə tək, 



Rəhm edib bir gəz mənə baxmaz, bu istiğınayə bax! 

 

Sinəmi çak eylə, gör dil iztirabın eşqdən, 



Rövzən aç, hər dəm həvadən mövc uran dəryayə bax! 

 

Ey deyən kim, şami-iqbalın nə üzdən tirədir? 



Sayə salmış ayə ol geysuyi-ənbərsayə bax. 

 

Ey Füzuli, hər necə mən’ eyləsə naseh səni, 



Baxma onun qovlinə, bir surəti-zibayə bax. 


95 

 

Ləblərin tək lə’lü ləfzin tək düri-şəhvar yox, 



Lə’lü gövhər çox, ləbin tək lə’li-gövhərbar yox. 

 

Səndən etmən dad: “cövrün var, lütfün yox” deyib, 



Məsti-zövqi-şövqünəm, birdir yanımda var, yox. 

 

Kimə izhar eyləyim bilmən, bu pünhan dərdi kim, 



Var yüz min dərdi-pünhan, qüdrəti-izhar yox. 

 

Dövr sərməsti-şərabi-qəflət etmiş aləmi, 



Bunca sərməstin təmaşasinə bir hüşyar yox. 

 

Xəlqi mədhuş eyləmiş xabi-şəbi-tuli-əməl, 



Sübh təhqiqi əlamətinə bir bidar yox. 

 

Surəti zibasənəmlər yox demən bütxanədə, 



Var çox, əmma sənə bənzər büti-xunxar yox. 

 

Ey Füzuli, səhldir hər qəm ki, qəmxari ola, 



Qəm budur kim, məndə min qəm var, bir qəmxar yox. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə