Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə24/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   20   21   22   23   24   25   26   27   ...   72

110 

 

Müjəm sərçeşmələr mənzil qılan aşüftə məcnundur, 



Anınçun bəsteyi-zənciri-seyli-əşki-gülgundur. 

 

Səvadi-nöqteyi-girdabə bənzər mərdümi-çeşmim 



Ki, daim qərqeyi-girdabi-çeşmi-əşki-pürxundur. 

 

Eşit dərdi-dilim, əfsaneyi-Məcnunə meyl etmə 



Kim, ol əfsanədən həm anlanan mütləq bu məzmundur. 

 

Fərəhbəxşi-dili-mə’şuq olur şərhi-qəmi-aşiq, 



Sürudi-bəzmi-Şirin naleyi-Fərhadi-məhzundur. 

 

Kəməndi-çini-zülfün vəhmi getməz zar könlümdən



Mənə ol rişteyi əjdər qılan bilmən nə əfsundur. 

 

Xəmidə qamətim kim, daği-dildən qanə qərq olmuş, 



Içində nöqtəsi guya ki, qan altındakı nundur. 

 

Füzuli, vermədi tə’n oxları göz yaşinə təskin, 



Önün bənd etmək olmaz xarü xaşak ilə, Ceyhundur. 


111 

 

Qübari-səcdeyi-rahin xəti-lövhi-cəbinimdir, 



Sücudi-dərgəhin sərmayeyi-dünyavü dinimdir. 

 

Əgər əzmi-rəh etsəm, şövqi-vəslin hadiyi-rahim, 



Və gör aram həm dutsam, xəyalın həmnişinimdir. 

 

Həvayi-rövzeyi-kuyin, bahari-gülşəni-canim, 



Nihali-qamətin sərvim, üzarın yasəminimdir. 

 

Yəqinimdir ki, məqsudum olur hasil sənə yetsəm, 



Bihəmdillah, mənə səndən yana rəhbər yəqinimdir. 

 

Tələbkari-vüsaləm, müjdeyi-vəslin diriğ etmə 



Kim, ol müjdə fərəhbəxşi-dili-ənduhginimdir. 

 

Çıxardı zövqi-vəslin xatirimdən rövzə pərvasın, 



Sözün kövsər, münəvvər məclisin xüldi-bərinimdir. 

 

Mənə üz göstərər hər ləhzə yüz min şahidi-dövlət 



Çü mir’ati-rüxün, mənzuri-çeşmi-pakbinimdir. 

 

Səriri-səltənət zövqindən əfzundur mənə ol söz 



Ki, lütf ilən demişsən: bir qulami-kəmtərinimdir. 

 

Bəri oldum, Füzuli, qeyrdən, ol dilrüba ancaq, 



Ənisim, munisim, yarım, nigarım, nazəninimdir. 


112 

 

Demiş hər qönçəyə aşiqligim razın səba derlər, 



El ağızın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər. 

 

Əsiri-dərdi-eşqü məsti-cami-hüsn çox əmma 



Bizüz məşhur olan, Leyli sənə, Məcnun mana derlər. 

 

Sənin mehrü vəfa göstərdigin əğyarə çox gördüm, 



Qələtdir kim, səni bimehr oxurlar, bivəfa derlər. 

 

Sənə derlər büti-Çin, zülfünə zünnar söylərlər, 



Zəhi imanı yoxlar küff söylərlər, xəta derlər. 

 

Mənə derlərdi əvvəl: bir mələkdir sevdigin, hala 



Görənlər, mən fəqirə göydən enmiş bir bəla, derlər. 

 

Mərizi-eşq iqdi-zülfün eylər arizu, zira 



Müaliclər bu mühlik dərdə müşkildir dəva derlər. 

 

Füzuli, aşiqə onlar ki, derlər tərki-eşq eylə, 



Deməzlərmi xəta, təğyir qıl hökmi-qəza, derlər. 


113 

 

Səbadən gül üzündə sünbüli-pürpiçü tab oynar, 



Sanasan pər açıb, gülşəndə bir mişkin qürab oynar. 

 

Xəyali-arizin cövlan edər bu çeşmi-pürnəmdə, 



Nəçük kim, mövclənmiş suda əksi-afitab oynar. 

 

Rüxün görgəc olur suzi-dərunü dudi-dil hasil, 



Bahar əyyami sıçrar bərqi-rəxşəndə, səhab oynar. 

 

Irağ olsun yaman gözdən, nə xoş saətdir ol saət 



Ki, mə’şuqilə aşiq eyləyib nazü itab oynar. 

 

Riyayi-zahidi-xüşkün sima’indən nolur hasil, 



Xoş ol kim, rindi-meyxarə, içib cami-şərab oynar. 

 

Bu qəmlər kim, mənim vardır, bə’irin başinə qoysan, 



Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar. 

 

Qılır göz pərdəsin xunabi-həsrət çak hər dəm kim, 



Rüxündə ləzzəti-didar zövqindən niqab oynar. 

 

Füzuli, rəşkdən titrər dili-pürxuni üşşaqın, 



Binaguşində yarın hər zaman kim, lə’li-nab oynar. 


114 

 

Ah eylədigim sərvi-xuramanın üçündür, 



Qan ağıladığm qönçeyi-xəndanın üçündür. 

 

Sərgəştəligim kakili-mişkinin ucundan, 



Aşüftəligim zülfi-pərişanın üçündür. 

 

Bimar tənim nərgisi-məstin ələmindən, 



Xunin cigərim lə’li-dürəfşanın üçündür. 

 

Yaqdım tənimi vəsl günü şəm, tək, əmma, 



Bil kim, bu tədarük şəbi-hicranın üçündür. 

 

Qurtarmağa yəğmayi-qəmindən dilü canı, 



Sə’yim nəzəri-nərgisi-fəttanın üçündür. 

 

Can ver, könül, ol qəmzəyə kim, bunca zamanlar, 



Can içrə səni bəslədigim anın üçündür. 

 

Vaiz bizə dün duzəxi vəsf etdi, Füzuli, 



Ol vəsf sənin külbeyi-əhzanın üçündür. 


115 

 

Qansı gülşən gülbüni sərvi-xuramanınca var? 



Qansı gülbün üzrə qönçə, lə’li-xəndanınca var? 

 

Qansı gülzar içrə bir gül açılır hüsnün kimi, 



Qansı gül bərgi ləbi-lə’li-dürəfşanınca var? 

 

Qansı bağın var bir nəxli, qədin tək barvər, 



Qansı nəxlin hasili sibi-zənəxdanınca var? 

 

Qansı xuni sən kimi cəlladə olmuşdur əsir



Qansı cəlladın qılıncı tiği-müjganınca var? 

 

Qansı bəzm olmuş münəvvər bir qədin tək şəm’dən, 



Qansı şəm’in şö’ləsi rüxsari-tabanınca var? 

 

Qansı yerdə bulunur nisbət sənə bir gənci-hüsn, 



Qansı gəncin əjdəri zülfi-pərişanınca var? 

 

Qansı gülşən bülbülün derlər, Füzuli, sən kimi, 



Qansı bülbülün sürudi ahü əfğanınca var? 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə