Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə23/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   19   20   21   22   23   24   25   26   ...   72

103 

 

Səbuh üçün mənə dürdi-meyi-şəbanə yetər, 



Əsər ki var, xərab olmağa bəhanə yetər. 

 

Cəfa oxun mənə yağıdırman ancaq, ey əflak, 



Demin ki, yeddi kəmandarə bir nişanə yetər. 

 

Bəyanə yetməyə dərdü qəmim fəsanələri, 



Zəbanım atəşi-dildən çıxan zəbanə yetər. 

 

Qopardı mərdümi-çeşmim könül binasın kim, 



Hübabi-əşk həva nəqdinə xəzanə yetər. 

 

Ləbin xəyalı ilə parə-parə oldu cigər, 



Güvahi-hal mənə əşki-danə-danə yetər. 

 

Hərifi-bəzmi-qəmim, xuni-dil şərabım olub, 



Təraneyi-tərəbim ahi-aşiqanə yetər. 

 

Füzuli, istəməzəm məsnədi-Cəmü Cəmşid



Mənə nişiməni-dövlət şərabxanə yetər. 


104 

 

Gah gözdə, gəh könüldə xədəngin məkan tutar, 



Hər qanda olsa qanlını, əlbəttə, qan tutar. 

 

Dil çəksə, nola, canü təni xaki-kuyinə, 



Xarü xəs iltər onda ki, quş aşiyan tutar. 

 

Zikri-ləbinlə zülfünə can buldu dəstrəs, 



Onun kimi ki, oxuyub əfsun ilan tutar. 

 

Dil tutdu qönçə ilə bərabər dəhanını, 



Bu əqli-naqis ilə özün xurdədan tutar. 

 

Xurşid xirməninə ura şö’lə-şö’lə od, 



Ahım ki, ləhzə-ləhzə rəhi-asiman tutar. 

 

Can eylədikdə meyli-təmaşayi-qamətin, 



Göz rövzənin sirişki-rəvanım rəvan tutar. 

 

Tutmaq dilər qapında Füzuli məqam, leyk 



Bu sirri kimsəyə aça bilməz, nihan tutar. 


105 

 

Xoşam kim, dəmbədəm giryan gözüm ol xaki-padəndir. 



Ziyanı olmaz ol göz yaşının kim, tutiyadəndir. 

 

Dəmadəm mərdümi-çeşmim içər qan zülfü xalından, 



Bəli əksər mə’aşi əhli-dəryanın qəradəndir. 

 

Demə Fərhad qanın tökmüş ancaq eşq şəmşiri, 



Mənim gör qanlı yaşım kim, bu həm ol macəradəndir. 

 

Müənbər sünbülündən almadan bu, olmadım rüsva, 



Bu rüsvalıq mənə səndən degil, badi-səbadəndir. 

 

Hübabi-əşk içində muyi-julidəmlə xoşhaləm, 



Başımda bu humayun sayə ol ali binadəndir. 

 

Vəfa rəsmin unutmuşsan deyə, incinməzəm zira, 



Bu kim, məndən cəfa kəm eyləməzsən, həm vəfadəndir. 

 

Kəmali-hüsni-məşrəb, ari olmaqdır təərrüzdən, 



Riya əhlinə həm çox e’tiraz etmək riyadəndir. 

 

Füzuli, tökmə çox yaş, ehtiyat et getməsin nagəh 



Gözündən sürmə kim, xaki-rəhi-əhli-səfadəndir. 


106 

 

Pərişan xəlqi-aləm ahü əfqan etdigimdəndir, 



Pərişan olduğum, xəlqi pərişan etdigimdəndir. 

 

Təni-zarimdə dərdi-eşq gün-gündən füzun olmaq 



Yetən bidərd tədbirilə dərman etdigimdəndir. 

 

Gözüm kim, bağrımın qanın tökər pərkalə-pərkalə, 



Dəmadəm aruziyi-lə’li-canan etdigimdəndir. 

 

Degil bihudə, gər yağsa fələkdən başimə daşlar



Binasın tişeyi-ahimlə viran etdigimdəndir. 

 

Qaçan rusva olurdum, qan udub səbr edə bilseydim, 



Məlamət çəkdigim bihudə əfğan etdigimdəndir. 

 

Xəta səndən degil, cismim oxundan binəsib olsa, 



Hübabi-əşki-gülgun içrə pünhan etdigimdəndir. 

 

Füzuli, ixtilati-mərdümi-aləmdən ikrahim, 



Pərivəşlər xəyalın munisi-can etdigimdəndir. 


107 

 

Qəbrim daşinə kim, qəm odundan zəbanədir, 



Tə’n oxun atma kim, xətəri çox nişanədir. 

 

Eylər qədəh zəmanə qəmin dəf’, qaliba, 



Dövri-qədəh müxalifi-dövri-zəmanədir. 

 

Qaldırdı əşk dün məni ol asitanədən 



Kim, məqsədim mənim dəxi ol asitanədir. 

 

Vaiz sözünə tutma qulaq, qafil olma kim, 



Qəflət yuxusunun səbəbi ol fəsanədir. 

 

Nəzr etmişəm fəraqinə kim, yox nihayəti, 



Nəqdi-sirişkimi ki, tükənməz xəzanədir. 

 

Can verməyimmi qürbətə kim, bimi-tə’nədən 



Yadi-vətən fəğanıma sənsiz bəhanədir. 

 

Ey dil, həzər qıl atəşi-ahinlə yanmasın 



Cismim ki, dərd quşlarına aşiyanədir. 

 

Məndən, Füzuli, istəmə əş’ari-mədhü zəmm, 



Mən aşiqəm, həmişə sözüm aşiqanədir. 


108 

 

Canı kim cananı üçün sevsə, cananın sevər, 



Canı üçün kim ki, cananın sevər, canın sevər. 

 

Hər kimin aləmdə miqdarıncadır təb’ində meyl, 



Mən ləbi-cananimi, Xizr abi-heyvanın sevər. 

 

Başə dəm düşdükcə təqsir eyləməz, eylər mədəd, 



Ol səbəbdən müttəsil çeşmim cigər qanın sevər. 

 

Mişki-Çin avarə olmuşdur vətəndən mən kimi, 



Qansı şuxun, bilməzəm, zülfi-pərişanın sevər. 

 

Su ki, sərgərdan gəzər, başında vardır bir həva



Qaliba, bir gülrüxün sərvi-xuramının sevər. 

 

Aqibət rusva olub mey tək, düşər xəlq ağızına, 



Kim ki, bir sərməst sali lə’li-xəndanın sevər. 

 

Nolacaqdır, tərki-eşq etmə Füzuli, vəhm edib, 



Qayəti derlər, ola bir bəndə sultanın sevər. 


109 

 

Mehri könlümdə nihan olduğun ol mah bilir, 



Kimsə bilməz, füqəra sirri-dilin şah bilir. 

 

Sorman ol mahilə hali-dilimi, Tanrı üçün, 



Biləli onu, özüm bilməzəm, Allah bilir. 

 

Gah yüz lütf qılır, gah təğafül, guya 



Gah bilməz bu giriftarlığm, gah bilir. 

 

Can fəda eyləməyi yara həmin mən bilirəm, 



Bu təriqi demə hər qafilü gümrah bilir. 

 

Nəzəri-lütf diriğ etmə Füzulidən kim, 



Sənə sidqilə özün bəndeyi-dərgah bilir. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə