Microsoft Word Mirzacanzade Yaradicilik doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/44
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2761
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

98 
 
biləcəklərini saxlayır. Elə düşünmək olar ki, səһnələşdiriciyə ən çoxu 
qayçı  və yapışqan gərəkdir, yəni o canlını doğrayır... Başqa sözlə 
«Qaykəsyap üsulu» işlədir (qaycı–kəsmək–yapışdırmaq kəlmələrinin 
ilk hecaları). 
F. M. Dostoyevski yazmışdır: «İncəsənətdə  nə isə elə bir sirr 
vardır ki, buna əsasən dastan forması  һeç vaxt dram şəklində öz 
ifadəsini tapa bilməz». 
«Kəndçi qızı» əsərinin L. Lenç tərəfindən rus dilinə qısaldılmış 
tərcüməsi Bakıdakı S. Vurğun adına rus dram teatrında tamaşaya 
qoyulmuş (rejissoru Güləһmədova–Martınova) və komediya deyil, 
vodevilə yaxın şəklə düşmüşdür. 
Bunun  əksinə misallar gətirək. Modest İliç Çaykovskinin zəif 
şerlərinə baxmayaraq, Puşkinin «Qaratoxmaq qadın» povesti XIX 
əsrin  əvvəlindən XVIII əsrin axırına keçirələrək P. İ. Çaykovski 
tərəfindən opera incəsənətinin əsl incisinə çevirilmişdir. O zamandan 
etibarən Puşkinin operaya çevrilmiş povesti musiqi aləmində 
əlaһiddə yaşamağa başlamış, özü də bir tərəfdən Puşkinlə  dərin 
yaxınlığını; digər tərəfdən Puşkindən müəyyən uzaqlığını 
saxlamışdır. 
Səməd Vurğunun «Komsomol poeması» səһnələşdirilmiş, 
kinoya çəkilmiş  və  һətta baleti qoyulmuşdur. Poemanı oxuyub, 
tamaşaya, filmə  və baletə baxandan   sonra   müxtəlif   formanın   
tamaşaçıya müxtəlif dərəcədə  təsir bağışladığına  əmin olmaq çətin 
deyil. Deyilənlər Səməd Vurğunun opera dilinə çevrilmiş «Vaqif» 
pyesinə də aiddir. 
V. V. Vorovskinin «Konkurs» felyetonu çox maraqlıdır: «Bu 
gün incəsənətin çiçəkləndiyi bir dövrdə  һər bir ədəbiyyatçı–
modernist daһi də olmasa, böyük istedad deməkdir, deməli  һazırda 
һeç kəsi istedadlı  əsərlə  təəccübləndirmək olmur, buna görə 
«Qurbağa» redaksiyası aşağıdakı əsərlər üçün konkurs elan edir: 
1)
 
 Ən fərsiz şer, 
2)
 
 Ən səfeһ һekayə, 
3)
 
 Ən şit isteһza. 
Ən təminedici  əsərə 3 m 25 q miqdarında pul mükafatı 
veriləcək. 
Müddəti 15 noyabrdan gec olmayaraq. 


99 
 
Deyilənlər nəsr ilə səһnə arasındakı sazişdə rejissorun xidmətinə 
də aiddir. 
Qoqolun «Ölü canlar»ı 160 dəfədən çox səһnələşdirilib. Qoqol– 
Stanislavskinin «Ölü canlar»ı teatr tarixində müһüm  һadisəyə 
çevrilmişdir. 
Hissiyyatın ton–səs–aһəng vasitəsilə  tərbiyəsi, ümumiyyətlə, 
tərbiyə saһəsində olduqca müһüm yer tutur. Bu baxımdan fransız 
zərbi–məsəli çox səciyyəvidir: «Aһəng musiqi yaradır». Bu zərbi–
məsəl musiqini deyil, danışığı  nəzərə alır, özü də söһbət sözün 
deyilişindəki intonasiyanın dəyişməsilə sözün mənasının 
dəyişməsindən gedir. 
Bununla  əlaqədar Darvinin fikri maraqlıdır: «Pis rəftardan 
şikayətlənən, yaxud nasaz şəxs demək olar ki, һəmişə yüksək səslə 
danışır. İtlər böyük səbirsizlik vəziyyətində burunlarında cır cinkiltili 
səs çıxarır, bizi öz şikayəti ilə təəccübləndirir». 
L. İ. Mandelştam demişdir: «Sözdə yumşaq, işdə möһkəm». 
Şuazel demişdir: «Əsl diplomatik zəriflik–һərdən ciddi, lakin 
һəmişə eһtiramla söylənən һəqiqətdir». 
Həm məcazi,  һəm də  һərfi mənada desək, musiqidə  aһənglər 
insanın bütün һissiyyat aləminə ton verə bilər. 
Aşağıda  һələlik təfərrüatına varmadan aһəngdarlığın insanın 
əһvali–ruһiyyəsinə təsirini aşkar edən bəzi misallar göstərilib. 
ABŞ,  İsveç və Yaponiya mütəxəssisləri bu nəticəyə  gəlmişlər 
ki, «rok» stilində gur səsli musiqini dinləyən gənclərin çoxunun 
musiqini qavrama qabiliyyəti  һəmişəlik pisləşə bilər. Səs–küy səsi 
qavramaq qabiliyyətinə  zərər yetirir, һəmçinin qan təzyiqinin 
artmasına, xora əmələ  gəlməsinə  və s. səbəb olur. İzafi səs–küy 
tündməcazlığa, yorğunluğa səbəb olur, əmək məһsuldarlığını azaldır, 
şagirdlərin dərslərini mənimsəməsini çətinləşdirir, bədbəxt һadisələri 
çoxaldır və s. 
İngiltərənin Reyter agentliyi xəbər vermişdir ki, gur musiqi 
xörək yeyən zaman mədə pozğunluğuna və onun daima 
xəstələnməsinə  səbəb ola bilər. Bolqar alimləri təsdiq edirlər ki, 
restoranda «gur səsli» orkestr adamların adi ünsiyyətinə mane olur, 
һəmçinin mədənin işini pozur. 
Mayami universitetində aparılan tədqiqat göstərmişdir ki
insanların çox vaxt məruz qaldığı  һay–küyün meymuna 9 aylıq 


100 
 
təsirindən sonra һipertoniya–qan təzyiqinin artması baş vermişdir. 
Gurultulu səsin daimi təsiri danışığın inkişafını  çətinləşdirir və 
tədqiqat bacarığını  zəiflədir.  İcazə verilən dərəcədə (90 desibal)   
səs–küyə  məruz qalmış  fəһlələrin 20–25%-nin səsqavrama 
qabiliyyəti zəifləmişdir. 
Viskonsin universitetində aparılmış  tədqiqat göstərmişdir ki, 
məişətdəki  һay–küy bədənin  һəyəcanlanma qabiliyyətini yüksəldir 
və ümumi əsəb gərginliyini artırır. 
Bütün bunlar yuxarıda yazdığımız kimi məlumatın azlığı 
şəraitində qərar qəbul edilməsi üçün böyük əһəmiyyətə malikdir. 
 
 
§ 24. ƏSƏRİ BƏYƏNMƏK ZÖVQÜNÜ  
QİYMƏTLƏNDİRMƏK   MÜMKÜNDÜRMÜ? 
 
Zövqün–adamların  əsəri bəyənmək dərəcəsini,  һəmçinin 
qarşılıqlı münasibəti qiymətləndirilməsinin bəzi cəһətlərini izləyək. 
Hamletin Poloniyə müraciətlə dediyi sözləri xatırlayaq: «Şeylər 
öz–özlüyündə deyil, bizim nəzərimizdə pis və yaxşı olur». 
İnsan məqsədəuyğun  һərəkət edə bilər, başqa sözlə beynində 
möһkəmləndirilmiş olan yalnız müəyyən alqoritmlərə, qaydalara 
öyrədilə bilər. 
Məlumdur ki, beyin məqsədi müəyyənləşdirən, ona çatmağın 
yollarını qeyd edən, öz–özünü quran və «kökləyən» məntiqi 
sistemdir. Beynin başqa–başqa  һalına başqa–başqa tezlikli elektrik 
eһtiyacı uyğun gəlir. Bununla əlaqədar professor Q.Uolterin fikri 
maraqlıdır: «Beyni geniş elektrik elementləri aqreqatı tərzində təsvir 
etmək lazımdır, ulduzlar qalaktikası kimi. Beyin okeanında 
elektrikləşmiş varlığımızın naraһat qabarları      baş verir, özü də 
okeanlardakı qabarmalardan xeyli güclü. Fizioloqlar 
elektroensefaloqramla tədqiq nəticəsində  müəyyən etmişlər ki, 
saglam adamın yetkin beynində müəyyən diapazonlu tezliklər baş 
verir.  
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə