Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   23   24   25   26   27   28   29   30   ...   38

________________Milli Kitabxana____________________ 
161 
 
DÜŞMƏN QABAĞINDAN  
QAÇAN "KİŞİLƏR
 
Başını qorudu boş papağınan,  
Pay verdi düşmənə zər tabağınan:  
Tökdü namusunu it qabağına  
Düşmən qabağından qaçan "kişilər". 
 
Əl versə, əlindən əlim yapışmaz,  
Yansaq bir ocaqda külüm yapışmaz.  
Adını tutmağa dilim yapışmaz...  
Döyüş meydanından qaçan "kişilər". 
 
Dərədə quzğuna leş olsa yaxşı,  
Özü öz başma daş olsa yaxşı,  
Mal kimi naxıra qoşulsa yaxşı  
Düşmən qabağından qaçan “kişilər”. 
 
Qaçır varlığından, varından qaçır,  
Qaçır qeyrətindən, arından qaçır.  
Oğlundan, qızından, yarından qaçır  
Döyüş meydanından qaçan "kişilər". 
 
Ha qaçsın - hardasa dirənər dağa,  
Haqqı yox özünə qəbir qazmağa.  
Haqqı yox bu yurda ayaq basmağa – 
Düşmən qabağından qaçan "kişilər". 
 
Qəsdə, xəyanətə quyruq olandır,  
Buyruqçu olandır, buyruq olandır.  
Yurdsuz duyğulara duyğu olandır  
Düşmən qabağından qaçan "kişilər". 
 
Qaçır hiddət dolu nifrətə doğru,  
Qaçır nifrət dolu hiddətə doğru.  
Qaçır düşmənlərə xidmətə doğru  
Döyüş meydanındart qaçan "kişilər". 
 
2 noyabr, 1993 
  


________________Milli Kitabxana____________________ 
162 
 
AH, BU QISA SEVDA YOLU 
 
Ah, hu uzun sevda yolu  
Vurulurmu başa, könül...  
Mikayıl Müşfiq 
 
Ah, bu qısa sevda yolu  
Vurulmadı başa, könül.  
Halal qəlbə yol axtardm,  
Çıxdı yolun daşa, könül. 
 
Dönnəm ömrün qürubundan  
Yön alsam mərd qürurundan,  
Vəfalıya canım qurban,  
Vəfasızdan haşa, könül. 
 
Bu olacaq heçdən oldu,  
Namərd atan daşdan oldu...  
Sənin ağlın başdan oldu.  
Nadan keçdi başa, könül. 
 
Bir də hardan bizi anlar  
O zamanlar, o məkanlar?  
Əlimizə o xoş anlar  
Bir də çətin düşə, könül. 
 
Günahkarı mənmi, sənmi? – 
Gör anlaya bilərsənmi? – 
Gör yaşaya bilərsənmi? – 
Yaşa mənsiz, yaşa, könül... 
 
15 yanvar, 1994 
  


________________Milli Kitabxana____________________ 
163 
 
QARĞIMA 
 
Bu qurğunu mən qurmadım,  
Ağzına qıfıl vurmadım,  
Dəhnə yırtıb, bənd qırmadım,  
Qarğıma məni, qarğıma. 
 
Bu yurdda Əli yatağan,  
Bu yurdda Vəli yatağan,  
Heç yatmaz dəli yatağan;  
Qarğıma məni qarğıma. 
 
Sən özünü öyən millət,  
Sən özünü söyən millət,  
Didən millət, yeyən millət,  
Qarğıma məni, qarğıma. 
 
Mən tale satan deyiləm,  
Dalca daş atan deyiləm,  
Kölgədə yatan deyiləm,  
Qarğıma məni, qarğıma. 
 
Mən özüm tikdim odamı,  
Sən dartıb yıxdın o damı,  
Ay əsrin bədbəxt adamı,  
Qarğıma məni, qarğıma. 
 
15 yanvar, 1994 
  


________________Milli Kitabxana____________________ 
164 
 
ARTIRAN SÖZ QƏDRİNİ... 
 
Biz artıra bilmədik sözün qədrini, ustad!  
Əydik də qamış kimi sözün qəddini, ustad! 
 
Yalanı dirək vurduq "göyü saxlamaq" üçün, 
 İtirdik nəfsimizin sərhəd xəttini, ustad! 
 
Hürənə dəm tutanı yalaq başında gördük,  
Həddinə göstərmədik sözün həddini, ustad! 
 
Beş-on çır-çırpı yığdıq "söz çələngi" adında,  
Əlimizilə uçurtduq sözün səddini, ustad! 
 
Qoca kimi sızladı, uşaq kimi bağırdı – 
Sözün bayramı sandıq sözün dərdini, ustad! 
 
Sözə əhyə vermədik, sözü şeypur elədik:  
Biz düzəldə bilmədik sözün qəddini, ustad! 
 
8 sentyabr, 1994 
  


________________Milli Kitabxana____________________ 
165 
 
MƏNİ ÖLMƏYƏ QOYMURLAR 
 
Dostum Heydər Həsənoğluna 
 
Tənha çağımda yığışır,  
Dostlarım, haxdan danışır,  
Kimi taxtımdan yapışır,  
Kimi toqqamdan yapışır,  
Yerə gəlməyə qoymurlar.  
Ölüm-qalım savaşında,  
Məni ölməyə qoymurlar.  
Dözə doğru düz gedənlər  
Məni ölməyə qoymurlar. 
 
Bəxti nahaq yatmışların  
Dərdini kim yaza, Allah?!  
Yazda ölüm asan olur,  
Saxla məni yaza, Allah!  
Zarımağı, sürünməyi  
Eylə mənə yasaq, Allah!  
Ünvanıma əssə, nə qəm,  
Ölüm səsli sazaq, Allah – 
Məni ölməyə qoymurlar... 
Mən deyəni kim deyəcək?  
Çox yollara çıxar bu iz.  
Söz döyüşdə ölməliykən,  
Söz ciblərdə paslı kilid...  
Yurdun əlsiz yazarları,  
Əlsiz, dilsiz yazarları,  
Məni ölməyə qoymurlar.  
Adsız şəhid məzarları,  
Məni ölməyə qoymurlar. 
 
Millət dananlar azalır,  
Millət sevərlər çoxalır. 
 


________________Milli Kitabxana____________________ 
166 
 
Bu millətin ovqatında  
Hümmət sevərlər çoxalır.    
Açıq-aşkar az olsa da,  
Xəlvət sevərlər çoxalır,  
Bu sevərlər arasında  
Məmməd sevərlər çoxalır,  
Məni ölməyə qoymurlar... 
 
18 sentyabr, 1994 
  


________________Milli Kitabxana____________________ 
167 
 
SUALLAR, CAVABLAR 
 
Unudulmaz şairimiz X.R. Ulutürkün 
      tərcümətində rus şairi 
Y.Yevtuşenkonun "Zaman" 
          şerindən təsssürat 
 
Ömür bir sualdır, ömür bir cavab,  
"Niyələr", başlanğıc, "çünkilər" axır.  
"Niyə" bu dünyaya gəlib bu cavan?..  
Bu su hardan gəlib, haraya axır?.. 
 
İnsan yox, kölgələr çıxır qarşıma,  
Kölgələr dil açıb söz deyə bilmir.  
"Niyələr" qılınc tək enir başıma,  
"Çünkilər" qalxanlıq eyləyə bilmir. 
 
"Niyələr" bir qaya, bir uçrum daşı,  
Qopdu öz yerindən qayıtmaz daha,  
"Çünkilər" söz gəzir, dili dolaşır,  
O da qayıtmazdı, dönməzdi daha... 
 
Kim tapdı bu evdə qonaq qalmağı?  
Mən sual verənəm, mən cavab yazan.  
Bir yoluq yolçudan cavab almağım  
Zamandan aldığım cavabdan asan... 
 
Zamanın uçrumu dərindən dərin,  
İnsanı udmağı bircə an olmur.  
Zaman xəlbirindən keçməyənlərin,  
Sonrakı taleyi çox yaman olur. 
 
Hər insan dünyası sirli bir ada,  
Söz əyə bilsə də söz udmur məni. 
Özümün verdiyim suallara da  
Özümün cavabı ovutmur məni. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə