Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   26   27   28   29   30   31   32   33   ...   38

________________Milli Kitabxana____________________ 
179 
 
HARA GEDİRƏM, BİLMİRƏM 
 
Hara gedirəm, gedirəm,  
Bilmirəm, hara çıxır bu yol.  
Hardan keçib, hara aşsara,  
Uçrumlara çıxır bu yol. 
 
Bu nə mənzildi sonu yox,  
Özündən bir səmtə yönü yox.  
Əgər budursa yeni yol  
Hara çıxır, hara bu yol? 
 
Bəlkə dağlı, düzlü yanan,  
Səsli yanan, sözlü yanan;  
Kül altında gizli yanan  
Ocaqlara çıxır bu yol. 
 
Çox analar ağlar qalıb,  
Sinələrdə dağlar qalıb,  
Əlim yetməz çağlar qalıb,  
O çağlara çıxır bu yol. 
 
Bilməm bilən varmı bilə  
Bilə hara çıxır bu yol?  
Bilməm görən varmı görə,  
Görən hara çıxır bu yol. 
 
24 may, 1995 
  


________________Milli Kitabxana____________________ 
180 
 
           "QOŞUL MƏNƏ GEDƏK..." DEDİN 
 
- Gəl qoşul mənə, gəl gedək. 
- Necə gedək? Hara gedək? 
- Hara? Özüm də bilmirəm. 
Bəlkə hara gəldi gedək, 
İnsan yeyir bir-birini, 
İnsan didir bir-birini. 
Gedək... 
köhnə mağarada  
Bəlkə qalır köhnə adam,  
Bəlkə hələ ağlı qalan  
Köllə qalır mağarada.  
Kəllə qalır,  
İnsan çıxıb ağlı kəsik,  
Bəlkə tapaq, bəlkə deyək:  
Mağaradan çıxan insan:  
Ağlın qalıb mağarada.  
"Qayıt, ağlı kəsik adam!  
Qayıt, ağlına sahib ol,  
Qayıt, qan tökməyi yadırğa!  
Odun sönüb mağarada  
Qayıt, dünyanı yandırma!" –  
Gedək, dedim, gedək, vallah,  
Beş-on insan qalır hələ,  
Kif atıbdı çox ağıllar,  
Gedək ağıl dalısınca... 
22 avqust, 1995 
  


________________Milli Kitabxana____________________ 
181 
 
AD GÜNÜMƏ 
 
Heç gün çatmaz bu gün mənim ad günümə,  
Nəvələrim gəlmişdilər ad günümə.  
Nəvələrim Toğrul, Tuncay - nəvələrim  
Ürəyimin hayına hay - nəvələrini!  
Bu gün mənim qapım açıq,  
Qəlbim açıq;  
Yer üzündən qorxu qaçıb,  
Ölüm qaçıb. 
Yerüzündən qovulubdu aclıq, qəhər;  
Astanamda aylı gecə, nurlu səhər...  
Nəvələrim gəlmişdilər ad günümə,  
Gəlmişdilər ağ günümə, şad günümə.  
Bu gün bütün yamanlıqlar qolu bağlı,  
Bu gün bütün nadanlıqlar qolu bağlı .  
Bü gün bütün uşaq payı uşaqların,  
Yer üzünün günü, ayı uşaqların:  
Qəhqəhələr ağ işıqdı, ağ sulardı,  
Arzular da buxov bilməz arzulardı.  
Nəvələrim gəlmişdilər ad günümə...  
Baş qaldırıb onlar gələn yola baxdım,  
Onlar baxan göyə baxdım, yerə baxdım.  
Yerdən qalxan oda baxdım, külə baxdım,  
Aya baxdım, günə baxdım.  
Allah, uşaq taleyinə bomba yağır,  
Yanır uşaq təbəssümü, uşaq səsi.  
Allah, uşaq gülüşünü oddan qoru,  
Allah, uşaq oyununu oddan qoru,  
Allah, uşaq nəfəsini oddan qoru.  
Allah, uşaq nəğməsini oddan qoru. 
 Nə yaxşı ki, həsadlərin yolu bağlı,  
Nə yaxşı ki, qibtələrin yolu bağlı.  
Nə yaxşı ki, yalan dillər laldı bu gün,  
Qaçanlar da ayaq altda qaldı bu gün.  
Nəvələrim gəlmişdilər ad günümə... 
oktyabr, 1995 
 


________________Milli Kitabxana____________________ 
182 
 
YOXDU SÖZÜM, YOXDU DAHA 
 
Vallah, sözüm tükənibdi,  
Vallah, sözüm yoxdu daha. 
 Adam var daşla danışır,  
Quru ağacla danışır.  
Mən bilməm nədən danışım,  
Bilməm nəyinən danışım,  
Buxovlu atnan danışım,  
Südsüz inəynən danışım?  
Qurdnan-qoyunnan danışım,  
Ya bunlar arasında  
Gedən oyundan danışım...  
Vallah sozüm tükənibdi. 
 
Diri sözü dildən qapıb  
Samanlığa təpənləri,  
Görmürəm, görə bilmirəm.  
Təpib, təpib  
Üstünə su səpənləri  
Görmürəm, görə bilmirəm.  
Zaman sürür köhlənini,  
Sürür bələdan-bələya.  
Nə zaman samanı saxladı,  
Nə saman zamanı saxladı,  
Nə qapan qapanı saxladı,  
Nə yaman yamanı saxladı.  
Bircə ovuc dənim vardı,  
Qapıb nəyəsə qatdılar,  
Qapıb kiməsə satdılar.  
Adam var daşla danışır,  
Quru ağacla danışır. 
 
Bircə ovuc dənim vardı,  
Dənliyə tökülmədi,  
Torpağa əkilmədi.  
Daha mən nədən danışım?  
Vallah sözüm tükənibdi 
 
8 dekabr, 1995 
 


________________Milli Kitabxana____________________ 
183 
 
KƏLBƏCƏR QAÇQINLARINA 
 
Yüz də desək, min də desək 
cavab budu:  
O torpağı biz uduzduq,  
Sənli, mənli, biz uduzduq;  
Keçməzliyə keçid olan,  
Çəhlimlərin açarını,  
Qıfıllanmış yarğanların,  
Uçrumların açarını  
Biz özümüz uduzduq.  
Hər qalası səngər olan, 
 Hər qayası əsgər olan  
Dərələri biz özümüz uduzduq.  
Dəlidağa söykənmədik,  
Ona sınıq vüqar qoyub gəldik.  
İtmiş qürur qoyub gəldik.  
Ormanları, talaları biz uduzduq.  
Günahı var çəlik tutan qocanın da,  
Günahı var: 
Yuınruq boyda daş gətiran uşağın da.  
Çox döyüşü döyüşmədən uduzduq.  
Günahkarıq, biz hamımız günahkar.  
Alimi də, şairi də,  
Çobanı da günahkar. 
Lap iti də, pişiyi də günahkar.  
İndi daha əl axtarma,  
İndi daha ətək gəzmə!  
Əlin də var, ətəyin də.  
Öz əlindən, ətəyindən  
Yapış, qardaş, yapış sən,  
Göydən sizə əl uzatmaz mələklər. 
dekabr, 1995 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə