Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   22   23   24   25   26   27   28   29   ...   38

________________Milli Kitabxana____________________ 
154 
 
Gözümün aynası, oyat nurunu,  
Boylan ürəyimə bir səhar çağı,  
Gəzdirib sinəmdə boyat nurunu,  
İnsanı harayla, insanı çağır. 
 
Bir gör ürəyimda insan yatırmı?  
İnsanla baş-başa insaf yatırmı?  
İlahi, sən saxla, kallaşır insan,  
Kallaşa-kallaşa karlaşır insan... 
 
5 sentyabr, 1992 
 
 


________________Milli Kitabxana____________________ 
155 
 
         
BU MİLLƏTƏ NƏ VERDİK Kİ? 
 
Bu millətə nə verdik ki? 
Kimsə qapdı ziyasını,  
Kimsə pozdu sırasını,  
Duzla yuduq yarasını,  
Xörəyinə duz vermədik. 
 
Bu millətə nə verdik ki? 
İnamını noxtaladıq,  
İnadını axtaladıq,  
Var-yoxunu qarmaladıq,  
Bir çeynəm saqqız vermədik. 
 
Bu millətə nə verdik ki?  
Halal tikə qənddi, - dedik,  
Yoxsuluna dərdli, - dedik,  
Kasıbına mərddi, - dedik,  
Mərd kasıba qız vermədik. 
 
Bu millətə nə verdik ki?  
Çiyninə mindik, - öyrəşdi,  
Bir dillə min dil öyrətdik,  
Neçə fəndi-fel öyrətdik,  
Milyon aldıq, yüz vermədik. 
 
Bu millətə nə verdik ki?  
Biz səhv etdik, batdı qana  
Millət ata, millət ana,  
İlacı qalsın bir yana,  
Dərdi də ucuz vermədik. 
 
Bu millətə na verdik ki?  
Bu millətin səbri böyük,  
Dözür: dözüm həddinəcən,  
Dözür: dözüm səddinəcən,  
Dözür: dözüm xəttinəcən... 
 
Sonra... daha sonra olmur,  
Sonra qara tufan olur,  
Sonra "qullar dünyasının 
İntiqamı yaman olur"... 
 
16 noyabr, 1992 


________________Milli Kitabxana____________________ 
156 
 
 
 
YAŞAMAĞA NƏ VAR Kİ? 
 
Özündən azca uzağı  
Məni görməyə qoymurlar.  
Özümün sərhəd xəttimdə 
Məni ölməyə qoymurlar.  
Nə içimdə ağlamağa,  
Nə də gülməyə qoymurlar.  
Gözlərini satır dargöz,  
Bəxşiş vermək istər mənə.  
Nə ki könlümə yatmazdı  
Tezcə tapar, pislər mənə.  
Qanmaz qansa ki, qanmazdı,  
Yaşamağa nə var, qardaş! 
 
Min arşın quyu dibində,  
Tamahkar əli cibində  
Gözlər ki, ulduz yağacaq,  
Ulduzla qızıl yağacaq.  
Bu hikməti babam deyib:  
"Girsiz dostdan bir qara daş... 
" Məni məndən gizlədərmiş  
Mən çəkdirən divar, qardaş!  
Qanan qandırsa qanmazı  
Yaşamağa nə var, qardaş! 
Bu dünya bir sınıq gəmi...  
Tərsi hara, düzü hara...  
Məni alıb yedəyinə,  
Üzgü bilməz, üzür hara? – 
Hər şey sirli, hər şey aydın,  
Pişik hürür, it yerinə,  
İt cumur toyuq yeminə.  
İçimdəki dava qoymur  
Çölümdə davanı görəm.  
Çətin burda anlamazı 
Görən adamı görəm. 
 
Bu toydan başım çıxmadı,  
Bu yasdan başım çıxmadı,  


________________Milli Kitabxana____________________ 
157 
 
Evlənən kimdi, bilmədim;  
Və ölən kimdi, bilmədim.  
Bu dünya bir sınıq gəmi,  
Öz qollarım avar, qardaş,  
Yaşamaq nədi, bilməsən  
Yaşamağa nə var, qardaş! 
1993 
  


________________Milli Kitabxana____________________ 
158 
 
AY YAZIQ 
 
Göz ki, gördüyün demədi  
O gözü oyub tullaram.  
Ağılsıza yedək ağlı  
Sapanda qoyub tullaram.  
Özümü səndə quylaram,  
Bəs səni neynim, ay yazıq! 
 
Nə yazıqlar cərgəsində,  
Nə pozuqlar cərgəsində  
İzin yox, lopirin yox,  
Daşırı yox, dəmirin yox,  
Ələyin yox, xəlbirin yox,  
Mən səni neynim, ay yazıq! 
 
Düzün kəhəri sürüşkən,  
Mənsəb yəhəri sürüşkən,  
Sənin doğrun yalan olmaz,  
Səni alsam, satan olmaz,  
Səni satsam, alan olmaz,  
Mən səni neynim, ay yaziq! 
 
Əyilib ayaq yalamaz,  
Hər görünəni görməzsən.  
Qurda qoşulub ulamaz,  
İtə qoşulub hürməzsən,  
Tələ qurub, tər hörməzsən...  
Mən səni neynim, ay yazıq! 
Sənə sarı səs-soraqlı  
Gələn yollar yolu bağlı.  
Nə göydə Allah eşidir,  
Nə də yerdə bəndə səni,  
Heç duymadım mən də səni...  
Yazıq ürəyim, ay yazıq!.. 
14 fevral, 1993  
 


________________Milli Kitabxana____________________ 
159 
 
SÖZNƏN ZARAFAT EYLƏMƏ 
 
Bu sözdü - dərddi, qəhərdi,  
Sonu işıqdı, səhərdi,  
Atdı, cilovdu, yəhərdi,  
Söznən zarafat eyləmə! 
 
Bu, taleyin bəd yoludu,  
Tozlu-qumlu kənd yoludu,  
Kiməsə cənnət yoludu,  
Söznən zarafat eyləmə! 
 
Sözün sözü pozmağı var,  
Qayalara yazmağı var.  
Dəvə kimi qızmağı var,  
Söznən zarafat eyləmə! 
 
Qılınc kimi suvar sözü,  
Döyüşlərə apar sözü,  
Qorxar sözdən "məzar" sözü,  
Söznən zarafat eyləmə! 
 
Hardasa ərzin yaşıdı,  
Qəsd-qərəz bilməz - naşıdı,  
Hardasa əhlət daşıdı,  
Söznən zarafat eyləmə! 
 
26 mart, 1993 
  


________________Milli Kitabxana____________________ 
160 
 
VAXTIN O VAXTIDI 
 
Ələ gəlməz əldən gedən,  
Şamamalı tağ quruyar.  
Gül olmasa, güldən gedən  
Tufan qopar, bağ quruyar, 
İndi vaxtın o vaxtıdı. 
 
Bilmək olmur başın üstdən  
Uçan quşdu, uçan daşdı,  
Gözlərimdən nur istədi  
Neçə gözsüz - gözü yaşlı,  
İndi vaxtın o vaxtıdı. 
 
Ünvanımı itirən çox,  
Təzə ünvan alan yoxdu.  
Şübhə adlı vədə hazır,  
İnam adlı qələm yoxdu,  
İndi vaxtın o vaxtıdı. 
 
Qoca dustaq, körpə şəhid,  
Nə gəzirdim, nələr gördüm,  
-Kişi gördüm dəm gölündə,  
Qadın gördüm - nələr gördüm, 
İndi vaxtın o vaxtıdı. 
 
Bir-birinə tən yazığın,  
Söz didməyə yatmaz əli.  
Sən yazığa, mən yazığın  
Yetər nəfsi, yetməz əli,  
İndi vaxtın o vaxtıdı. 
 
Haqdan qələm gəlsə belə,  
Öz baxtını özün yazsan,  
Yüz dalğalan, min çalxalan.  
Sınma, sınsan yapışmazsan,  
İndi vaxtın o vaxtıdı... 
 
19 aprel, 1993 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə