Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

________________Milli Kitabxana____________________ 
131 
 
Bu torpağın hər qayası deyir bunu  
Bu torpağınının yarası deyir bunu.  
Bu torpağın son nəfəri olsan belə,  
Son dirisi, son əsgəri olsan belə,  
Geri dönmə, son qələbə xəttinəcən,  
Son qələbə həddinəcən, səddinəcən.  
Dönmə geri üfüqəcən... 
 Nə zaman ki, bu yer, bu yurd  
Yağıları süpürəcək, üfürəcək,  
Hər əsgərin, hər nəfərin  
Nəfəsi od püskürəcək. 
 
Onda dönüb görəcəksən:  
Nakamların qəbri: Məşəl!  
Qaliblərin qəlbi: 
Məşəl! Məşəl! Məşəl!  
Şah dağından qəlbi məşəl!.. 
 
2 noyabr, 1993 
  


________________Milli Kitabxana____________________ 
132 
 
AYAĞA DUR, AZƏRBAYCAN! 
 
Nə yatmısan, qoca vulkan, səninləyəm!  
Ayağa dur, Azərbaycan, səninləyəm!  
Səndən qeyri 
biz hər şeyi belə billik!  
Səndən qeyri 
biz hamımız ölə billik!  
Bu, Şehriyar harayıdı,  
Bu, Bəxtiyar harayıdı!  
Hanı sənin tufan yıxan,  
Gurşad boğan yurda oğul 
oğulların! 
Qara Çoban, Dəli Domrul oğulların.  
Çək sinənə-qayaları yamaq elə,  
Haqq yolunu ayağına dolaq elə,  
Bayrağını Xəzər boyda bayraq elə,  
Enməzliyə qalxmış olan bayrağı!  
Azərbaycan, Azərbaycan,nı 
Azərbaycan bayrağını! Ayağa dur, Azərbaycan!  
Bunu bizə zaman deyir,  
Məzarından baş qaldıran baban deyir!  
Nər oğlu nər, səninləyəm!  
Səninləyəm, silah tutan,  
Külüng tutan, yaba tutan,  
Kösöy tutan, nişanlı ər, səninləyəm!  
Səninləyəm, qız atası,  
Hanı nərən, hanı səsin!  
Hanı andın! 
Yoxsa sən də yatmışlara, batmışlara,  
Qeyrətini satmışlara xırdalandın!!!  
Gözünü sil, Vətən oğlu, 
ayağa qalx! 
Üfüqünə bir yaxşı bax.  
Sərhəddinə bir yaxşı bax.  
Sərhəddinin kəməndinə bir yaxşı bax!  
Dur, içindən qorxunu boğ,  
Ölümünlə, qalımını ayırd elə. 
 


________________Milli Kitabxana____________________ 
133 
 
 
Dur, içindən qorxağı qov, 
Dur, özünü Bozqurd elə! 
Bir səsindən min səs dinər, 
Neçə-neçə daşa dönmüş dinməz dinər! 
Oddan bitər, qandan bitər əyilməzlər! 
Mərd oğullar-mərdliyilə öyünməzlər! 
Torpaq altda ölümlüyə gömülməzlər. 
Varım, yoxum, səninləyəm, 
Azım, çoxum, səninləyəm, 
Şirin yuxum, səninləyəm. 
Yıxın məni söz atından, 
Atın məni tank altına. 
Əzin məni xıncım-xıncım, 
Kəsmir əgər söz qılıncım, 
Didin məni didim-didim, 
Atın məni tank altına. 
Qundaqdakı bir körpəni 
xilas edim. 
Neçə "səni", neçə "məni" xilas edim.  
Səninləyəm, Sözü qəmli, özü dəmli 
rəhbər adam!  
1918-də vuruşurdu,  
Danışmırdı rəncbər atan, 
rəncbər atam! 
Səninləyəm, haqq-ədalət, səninləyəm,  
Milli qürur, milli qeyrət, səninləyəm!  
Səpil quma, göyər yerdə, bit qayada,  
Gizli nifrət, açıq nifrət, səninləyəm,  
Oyat bizi, ey yaradan, səninləyəm!  
Ya birmərrə yatırt bizi, Ya birmərrə oyat bizi,  
Ya yenidən yarat bizi,  
Ey yaradan, səninləyəm,  
Səninləyəm, yatmış vulkan, Səninləyəm!  
Ayağa dur, Azərbaycan, 
Səninləyəm! 
 
19 mart, 1992  
  


________________Milli Kitabxana____________________ 
134 
 
ÇIXIB GETMƏK İSTƏYİRƏM... 
 
Çıxıb getmək istəyirəm, çıxıb getmək...  
Harda, neçə iz-tozum var, yığıb getmək,  
Sən gülləmi öz başıma sıxıb getmək...  
Çıxıb getmək istəyirəm, çıxıb getmək...  
Bir yad qəlbə əsir düşən hörmətimi,  
(Fərqi yoxdu - o gördümü, görmədimi,)  
Yığıb getmək istəyirəm, yığıb getmək...  
Ömrüm boyu iki həmrəy səs tanıdım – 
Xalqın səsi - haqqın səsi,  
Haqqın səsi - xalqın səsi.  
Yüyürmüşəm xalqa sarı, yetməmişəm,  
Daha haqqın dalısınca getməmişom.  
Xalqın səsi baqq səsinə calanmasa,  
Hər ikisi bir ocağa qalanmasa  
Odamızda od saxlamaq çətin olar,  
Odsuz ocaq olsa belə - yetim olar.  
Odu yoxsa nəyi var ki, bir millətin?  
Odu yoxsa, yalanı var,  
Yalanı var, talanı var.  
Yalanm da qalanı var  
Satanı var, alanı var...  
Yalan yükü daşımaqdan yorulmadıq,  
Duman - bürkü daşımaqdan yorulmadıq...  
Bu göy altda, bu yer üstdə - yerim dardı, 
 Dil tapdığım adamlar yox, ağaclardı,  
Çinarlardı, qovaqlardı, palıdlardı.  
Qonşularım sığırçınlar, qumrulardı...  
Dərd-sərimin çoxdu ardı, çoxdu ardı...  
Yaddaşımda çınqıllaşan, 
Mənsiz qalıb darıxacaq dərdləri də,  
Ürəyimin sızıldayan səsini də,  
Anlarımın kövrəyini, tərsini də  
Yığıb getmək istəyirəm, yığıb getmək.  
Şimşək kimi hönkürtümü çaxıb getmək,  
Çıxıb getmək istəyirəm, 
 


________________Milli Kitabxana____________________ 
135 
 
Çıxıb getmək... 
Boş vədələr fəxri yerdə əyləşəndə,  
Baş tərifkeş yerlə-göylə əlləşəndə,  
Yer üzündə yaşamağa yer çatışmır,  
Bör-böcəyə, qurd-quşa da yem çatışmır, 
Dərdimizi ağlamağa göz çatışmır,  
Qayğımızı bölüşməyə söz çatışmır.  
İndi qəbir yerlərimiz hərracdadı;  
Hətta milli adlarımız hərracdadı.  
Havamıza əl uzanır - havamıza,  
Əl uzanır dərdimizə, dəvamıza.  
Kimdi doğan bu kinləri, qərəzləri,  
Boğuşmağa, didişməyə hərisləri?  
Varmı yazan bu örnəyi, bu dərsləri,  
Yoxmu boğan, deyilməyən bu səsləri?  
İndi, vallah, ən birinci çaşqın mənəm,  
Yurddan-yurda on birinci qaçqın mənəm. 
Nə itim var - daş atalar, hürdürələr,  
Nə atım var- çubuq çəkib, hürküdələr,  
Nə qoyunum, nə quzum var - qurda qismət,  
Varım-yoxum beş-on sözdü - yurda qismət.  
Bu torpaqdan bircə ovuc torpaq alıb,  
Bircə kəlmə xoş söz alıb,  
Öz köçümü yığıb getmək istəyirəm,  
Yığıb getmək,  
Çıxıb getmək istəyirəm,  
Çıxıb getmək... 
noyabr, 1992 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə