Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

________________Milli Kitabxana____________________ 
108 
 
 
ZAMANA ALDANAN BÖYÜK YAZIĞA 
 
Belə çoxunuzu aldatdı zaman,  
Gülüb, arxamızca daş atdı zaman.  
Sonra da "gözümdən itilin", - dedi.  
"İtirin keçmişi, itirin", - dedi.  
Aldatdı beləcə aldatdı zaman,  
"Şər" - deyib, özünə əl qatdı zaman.  
Tutaşmaq öyrətdi, söz dura-dura,  
Əyilmək öyrətdi, düz dura-dura.  
Qardaş qardaşına atdı - yenilik!  
Nəvə babasını satdı - yenilik!  
"Hər yeni səhərə yeni göz açdıq",  
"İşdən qayıdanda ünvanı çaşdıq".  
Qara siyahıya düşdü çən-duman,  
Köhnə çay, köhnə arx, köhnə dəyirman.  
Dedik ki, zamanı qabaqlayaq biz,  
Ona çatmayanı ayaqlayaq biz.  
Çölləri şumladıq vaxtından qabaq,  
Dən səpib, suladıq vaxtından qabaq. 
Doğdu inəklər də vaxtından qabaq,  
Buzovlar böyütdük vaxtından qabaq.  
Boşaldı təknəmiz vaxtından qabaq,  
Təzəmiz, köhnəmiz vaxtından qabaq...  
Batdı dövlətiıniz vaxtından qabaq,  
İtdi şöhrətimiz vaxtından qabaq,  
Yenə də qışqırdıq: sabah bizimdir!  
Sabaha tuşlanan silah bizimdir.  
Yaxşı boyürənə ol çaldıq - alqış!  
Yaxşı alçalana alçaldıq - alqış!  
Ucaldı heykəlin bu çağda, belə  
Camış heykəlini bərk saxla, belə  
İndi yıxılmağın çox asan olar  
Çətin yıxılanı durğuzan ola,..  
Səni hiyləgərcə aldatdı zaman,  
Sonra boğazına ip atdı zaman,  
İp atdı, sürüdü haraya gəldi, 
 
  


________________Milli Kitabxana____________________ 
109 
 
Nə Tanrı, nə bəndə haraya gəldi.  
Əlimiz öyrəndi boyaqçılığa,  
Dilimiz öyrəndi boyaqçılığa;  
Qırmızı boyadıq bütün rəngləri,  
"Qırmızı" soy adı bütün rənglərin,  
Adım dəyişdik bütün varlığın,  
Kəşf etdik "Qırmızı bəxtiyarlığı",  
Qırmızı boyandı hər gümanımız,  
Qırmızı parçadan üst köynəyimiz,  
Qırmızı parçadan alt tumanımız...  
"Qırmızı" ağladaq, "qırmızı" güldük.  
Qurd kimi uladıq, İt kimi hürdük. 
Zülmət gözümüzü tutduğu halda...  
Söz açdıq işıqlı gələcək haqda.  
Aldana biləni aldaldı zaman,  
Sonra arxamızca daş atdı zaman,  
Hər evə rəhbərin nəfəsi gəldi,  
Nəfəsilə birgə qəfəsi gəldi,  
Bu gün hər mədhinə yasin oxutduq  
Yer qazıb, dəfn etdik əməlli-başlı.  
Məni də qələmim atəşə tutdu:  
"Sən də çox aldandın, ay ağlı çaşqın,  
Çoxun dəfn olundu, çox azın qalıb,  
Qalıbsa, bir ağız avazın qalıb".  
İndi də bir qeyri haldadır zaman,  
Aldana biləni aldadır zaman.  
Kiməsə küləşdir, samandır zaman,  
Kiməsə axçalı dövrandır zaman.  
İndi də zamanı yaşadan bizik,  
Aldadan biziksə, aldanan bizik... 
 
8 aprel, 1991 
  


________________Milli Kitabxana____________________ 
110 
 
DALIMCA GƏLMƏ 
 
Ta mənim dalımca gəlmə, əzizim,  
Bir şöhrət çəhlimi tap, qoşul ona.  
Çətin cığınmız yollaşa bizim,  
İz tapaq bir məslək qonşuluğuna. 
 
Sabahın sədası bu gündən gəlir,  
Taledir quruda tapdığın qayıq.  
Əvvəlin sonu yox, sonun əvvəli,  
Sən mənim dalımca daş at da, qayıt. 
 
Göyün hökmü ola
Yerin imzası, 
Mən özüm istəsəm - dalımca gəlmə. 
Doğrunun diktəsi, şərin duası 
"Dalımca gəl desə", 
dalımca gəlmə. 
 
Yedəkdə nərin də nərliyi itir;  
Neçə çubuq yeyir bir tikan üçün.  
Əsrin günahları gözümdə bitir,  
Mən kiməm, nəçiyəm bu məkan üçün? 
 
Var təkan verəni cəhdin, həvəsin, 
Bir gözəgörünməz köməyindədir,  
Səni yedəyində aparan kəsin  
Özü də kiminsə yedəyindədir. 
 
Mən ki yer eşmədim yola çıxmağa,  
Çəkməyə öz yüküm bəs eylər, atam.  
Mən öz cığırıma özüm sığmaram,  
Nə rəva, sığmaza sığmazı dartam. 
 
Noxtası quşquna bağlı yol gedən...  
Sonrası? - Beləcə adət, öyrəniş! 
  


________________Milli Kitabxana____________________ 
111 
 
Sonrası? - Ləyaqət gedər əlindən,  
Sonrası - alçalış,  
Sonrası! -hər iş... 
 
Yoluna yol verməz duman da, çən də,  
Özün öz yoluna özül olmasan;  
Arxadan gələn də, öndə gedən də,  
Ortada qalan da özün olmasan.  
Sən mənim dalımca gəlmə, əzizim. 
 
19 iyun, 1991, Quba 
  


________________Milli Kitabxana____________________ 
112 
 
İBRƏT - NİFRƏT MUZEYİ 
 
Sən dünyaya göz açdığın bu diyarda,  
Ünvan gəzdim.  
Soraqladım, açıq gəzdim,  
Pünhan gəzdim,  
Tanımayan tanımadı,  
Tanıyanlar baş buladı, 
danışmadı. 
Elə itdin, elə batdın, bu torpağa  
Bircə çimdik külün belə 
qarışmadı. 
Qapısını açdığın bir dost evi yox,  
Qardaş, bacı, qohum yoxdu,  
Tanış yoxdu, simsar yoxdu;  
Atan-baban tapşırılmış  
Heç naməlum məzar yoxdu,  
İzin-tozun saxlamağa  
Bir zağa yox, bir kaha yox, mağara yox,  
"Vardı" – deyən bir dəli yox, bir sefil yox,  
Avara yox. 
Nə nəvən var, nə nəticən, nə kötükcən olacaqdı;  
Bu tarixi. bu ibrəti yad edəcək  
Yadıcalar olsa haqdı.  
Qanı-canı bahasına  
Gözlərinə baxanların çoxu deyir: 
gözün dörddü,  
Baş kəsəndə, ev yıxanda  
Dördünü də birdən örtdün.  
Deyirəm ki, gözlərinin.  
biri hərdən Ədaləti, haqqı görüb,  
O, alqışa susayanda xalqı görüb – 
Bu məqamda taxta çıxıb əmr edirdi:  
"Hər nə bəddi, hər nə sərtdi,  
Hər nə xoşdu, hər nə boşdu..."  
Hökmün sonu: 
 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə