Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   11   12   13   14   15   16   17   18   ...   38

________________Milli Kitabxana____________________ 
90 
 
ŞANAPİPİK 
Bəzən olur: daşı yeyir ağılsız insan 
 
Şanapipik, bu adada çınqıl gəzmə sən,  
Baban görən, nənən görən 
mərzlər yox daha, 
Yüngülqədəm çətinliklər üzləndi üzdən,  
Ağırqədəm asanlıqlar 
dırmandı dağa. 
Bir azını qulağına ayıq başların...  
Bir azmı boğazına haqq deyənlərin... 
Daşlar gördü: 
Daşlıqdan pis ömür başlanır,  
Dağlar gördü: dili dağlı dağ deyənlərin! 
 
Bu adada insanlardan kövrəkdi daşlar,  
Bu adada yox insandan insana körpü:  
Bu adada-vicdanlara pərsəngdi daşlar,  
Bu adada dimdiyində quşların çöpü. 
 
Diri-diri dəfn olunur burda adamlar,  
Qum ağlayır, daş ağlayır, insan ağlamır – 
Burda düzlük dükanında yalan satılır,  
Vicdan tacir paltarında -Vicdan ağrımır! 
 
Burda insan yurd yerini qaldırıb göyə,  
Yuva qurub, yuvasına əlləri çatmır.  
Burda cehz qadınların ərləri köhlən,  
Burda köhlən arvadların ərləri çatmır. 
 
...Nə yaxşı ki, qulaq tutdum xoruz banına, 
Nə yaxşı ki, külək səsi səsimi uddu,  
Qurd da, quş da qoy çəkilsin öz ünvanına,  
Bir zağa da, bir saralmış yarpaq da yurddu. 
 
Bu dünyanın hər gücünə sorağın olsun,  
Bu adanı belə gördün-hayqır, kirimə.  
Daş-qaya tap, yurd-yuva qur, insafın olsun,  
Şanapipik, bir də mənim yuxuma girmə... 
 
1989 


________________Milli Kitabxana____________________ 
91 
 
  
GECƏ PƏNCƏRƏMƏ DIRMAŞAN PİŞİK 
 
Azdı ac gödənə yüz haram tikə,  
Paslı dəmirləri gəmirmə nahaq  
İşıqla qarnını kim doydurub ki,  
Zülmətlə qarnımı kim doyuracaq? 
Gecə pəncərəmə dırmaşan pişik! 
 
Sanma ki, dünyanın bəxtəvəriyəm,  
Yuxuda xoşbəxtəm, o da ki - yatsam.  
Nahaq haqq əritsə, mənəm əriyən,  
Əsrin caynağında yumaqdı ad-san,  
Gecə pəncərəmə dırmaşan pişik! 
 
Hər haya-haraya zaman inanmır,  
Bəlkə Allahlığı bacarmır Allah!  
Çoxdandı qəlbimin çırağı yanmır,  
Vallah, gözlərindən od versən, allam,  
Gecə pəncərəmə dırmaşan pişik! 
 
Səninçün fərqi yox hər kim çağırdı,  
Qapıdan qapıya qaçmağın asan...  
Mənim ürəyimə gələn cığırda  
Fil azar, şir azar, horümçək azar,  
Gecə pəncərəmə dırmaşan pişik! 
 
Söyüd də dartmır suyunu alcaq,  
Bir quru kötüyün ədası yoxdur!  
Qurd itdən süləngi, İt qurddan alçaq,  
Sinəmdə yer versəm, faydası yoxdur,  
Gecə pəncərəmə dırmaşan pişik! 
 
Pəncərə sındıqca pişiklər artır,  
Görən nə yemişik, nə yedirtmişik?  
Astana yalayan pəncərə yırtır,  
Yəqin çox pişiyə pələng demişik, 
Gecə pəncərəmə dırmaşan pişik! 
 
Elə marıtdama altdan yuxarı, 
Nə var yuxanda, büdrəmək, aşmaq... 
Başa başsızları başsız çıxarır, 
Yeri get qabını yala, ay axmaq! 
Gecə pəncərəmə dırmaşan pişik...  
 
 1989 


________________Milli Kitabxana____________________ 
92 
 
BELƏ DÜNYANIN 
Mikayıl Müşfiqin xatirəsinə 
 
Söz verdim, söz adlı dəfinə verə,  
Tək bircə ölümsüz qərinə verə. 
Umdum nə verdi ki, küsdüm nə verə?  
Mən belə dünyanın nəyindən küsüm? 
 
İtirib özündə özünü dünya,  
Toyların, yasların özülü dünya... 
Əlim ətəyindən üzülü dünya...  
Mən belə dünyanın nəyindən küsüm? 
 
Ömrünə vay salar, vaydan utanmaz, 
Saç yolub-hay salar
Haydan utanmaz, 
Günəşdən utanmaz, Aydan utanmaz, 
Mən belə dünyanın nəyindən küsüm? 
 
Çaydı dəhnəsində xırsız əjdaha,  
Gecəsi salamat çıxmaz sabaha.  
İti bazarında atından baha,  
Mən belə dünyanın nəyindən küsüm? 
 
Dağ olsan, istəsə qolunda saxlar,  
Büküb bir hörümçək torunda saxlar,  
Yüz illik odunu qorunda saxlar,  
Mən belə dünyanın nəyindən küsüm? 
 
Bir gözü işıqdı, 
Bir gözü buzdu, 
Məkrli qadındı, gülçöhrə qızdı, 
Həlimdi, kövrəkdi, sərtdi, quduzdu... 
Mən belə dünyanın nəyindən küsüm? 
  


________________Milli Kitabxana____________________ 
93 
 
Ayağı altına yastıq qoyanlar,  
Başının altına qumbara qoydu!  
Nadanlar dünyanı qumara qoydu!  
Mən belə dünyanın nəyindən küsüm? 
 
Olsan öz haqqının köləsi belə,  
Əri öz içində, öləzi belə,  
Ondan inciyənin beləsi belə...  
Mən belə dünyanın nəyindən küsüm? 
1989 
  


________________Milli Kitabxana____________________ 
94 
 
ƏGƏR SON NƏĞMƏMİ OXUYA BİLSƏM 
 
Axşamdan səhərə yetdiyim kimi,  
Əgər min arzumdan birinə yetsəm,  
Əgər Naxçıvana getdiyim kimi,  
Ərdəbilə getsəm, Təbrizə getsəm. 
 
Əgər bu məkanda haqq əkənləri  
Haqlı döyüşlərdə qalibdi - görsəm.  
Özgə torpağına göz dikənləri,  
Çubuqsuz-çətənsiz qalıbdı görsəm. 
 
Əgər şah düzündən boylansam aya,  
Xətai qılıncı pilləkan olsa:  
O Şahlı dünyadan şahsız dünyaya,  
Şahlıq ləyaqəti yollayan olsa. 
 
Əgər sən ayaqda başımın üstə,  
Öz ana dilimi şam kimi görsəm.  
Nəfəsim çırpınıb çıxsa qəfəsdən,  
O şamda əriyən qəlbimi görsəm. 
 
Əgər xoş anlarım, xoşbəxt anlarım,  
Bir gödək ömürdə baxtıma yarsa,  
Qəfləti yuxuma daş atanların,  
Daşı öz qəbrinə qismət olarsa. 
 
Əgər dumaların   düzümü düzsə,  
Yayda yaylaqlara qayıdacaqsa.  
Əlim ayağımı torpaqdan üzsə,  
Dilim məramımı oyadacaqsa. 
 
Qələmim dünyaya əmanət olsa,  
Gözümün işığı bir gözə töhfə.  
Bir də gəlişimə zəmanət olsa – 
Gəlməzdim mən belə dünyaya, tövbə! 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə