Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

________________Milli Kitabxana____________________ 
72 
 
      VAXTINDA GƏLMƏDİN 
 
Vaxtında gəlmədin... Mən məndim onda
Qanadım yerində, 
Qolum yerində. 
Mən onda eşqimin ağ otağında 
Olsam da, olardım qurum yerində. 
 
Vaxtında gəlmədin.  
Bir çıxaq yola, Bir gedək bir ömrün sonuna kimi.  
Yollarda yorulaq, yolları yoraq,  
Qəlbimiz baş-başa sönənə kimi. 
 
Mən də çox ürəyə od dartdım, hədər,  
Heç vaxta sığmadı havalı vaxtım.  
Caynaqdan, qaynaqdan uzaqdı hələ  
O mənim abırlı, həyalı vaxtım. 
 
Görmüşəm vədəsiz batan səsləri,  
Hay çəkən qayanı, daşı görmüşəm.  
Xəyanət işində ustad kəsləri  
Dəyanət işində naşı görmüşəm. 
 
Ha dedim özümə özündən əl çək,  
Uysan hər havaya, oynamaq asan...  
Taleyin dalınca gedirsən, gərək  
Qovrulsan, sovrulsan qayıtmayasan. 
 
Mum oldun, qum oldun daşa söykənib,  
Sinəndə göyərtdin daş xınasını.  
Buluddan su alsa qızıl heykəlin...  
Zaman sındıracaq tez sınasını. 
 
Danışsaq çıxacaq dərd bir-bir üzə,  
Qəlbimiz gülü buz külqabı kimi.  
Biz indi gərəyik bir-birimizə  
Gərəksiz nəsihət kitabı kimi. 


________________Milli Kitabxana____________________ 
73 
 
Səni kim yolladı ömrümə qonşu,  
Qayıt, cəhlimini, yolumdan ayır.  
Mən indi yol azan bir səhra quşu,  
Səsim də, sözüm də sözə baxmayır... 
 
Vaxtında gəlmədin... 
Vaxt köhlən atdı! 
Vaxtında yalına yatanlar udur, 
Yer göyə tulladı, göy yerə atdı, 
Budur gecikənin töhfəsi, budur! 
 
20 iyun, 1988 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


________________Milli Kitabxana____________________ 
74 
 
YENƏ BU KÜLƏKLƏR 
 
Yenə bu küləklər qoymayır yatam,  
Bir səmtə səsləyir hər əsən külək,  
Küləklər ağzında didilir adam,  
Bunları kim didib,  
Kim əyirəcək? 
 
Kiçik kiçildikcə böyük böyüyər,  
Yıxanı yıxanın qərəzi olmaz.  
Özünü itirən özündən deyər,  
Hörümçək torundan tərəzi olmaz. 
 
Sərsəri küləklər gəvəzə qarğa,  
Səllimi küləklər yüyənsiz qadın.  
O qənim-qəlbində yanan çırağa,  
Bu qənim...Vay odu arada qaldın. 
 
Bu hansı tufandı - babası boz qurd!  
Qeyb olan nəfəsdir – külək donunda.  
Torpağa hopana yurd oldu bu yurd  
Səmaya qalxanda şiraşək donunda. 
 
Qoca küləklər var - Nizami səsli,  
Ucalıb, ucaldan onu anlayar. 
Bir əsim əsməsi səhraya bəsdi – 
Bulud soyundura, sel heşanlaya. 
 
Qapqara küləklər gecələr əsir,  
Ağ geyir dan yecri ağaran kimi.  
Aparır adamı qurd vahiməsi  
Qoyunu dalınca aparan kimi. 
 
Nə qədər dağ öpdüm, yer qucaqladım,  
Yurdumdan-yuvamdan doyan olmadım.  
Külək səslərinə qulaq bağladım,  
Külək vədlərinə uyan olmadım. 
  


________________Milli Kitabxana____________________ 
75 
 
Yol azıb, ünvandan ünvana axır,  
İnam satmalıdır, vəd satmalıdır.  
Bu yazıq küləklər aldanıb axı,  
Bəlkə də haqqı var - aldatmalıdır. 
 
Kim duyar bir qəlbin hay-harayını,  
Mən düzəm, "düz əllə" düzləşməmişəm.  
Hələ ürəyimin "Qış sarayını"  
Yıxan küləklərlə üzləşməmişəm. 
 
3 iyul, 1988 
  


________________Milli Kitabxana____________________ 
76 
 
              BU DƏRƏ DƏRİN DƏRƏ 
 
Sağım da qayalıqdı,  
Solum da qayalıqdı,  
Önümdə dərin dərə...  
Həyat da dərin dərə,  
Ölüm də dərin dərə.  
Burda quşlar ötürsə,  
Çəyirtkələr gizlənib,  
Qayalar kölgəsində  
Çox kölgələr gizlənib,  
Çox ləkələr gizlənib.  
Çox bəlkələr gizlənib  
Burda ilan ilandır,  
Mələməz quzu kimi,  
Burda məğrur qartallar  
Özü tapar ovunu,  
Gözləri leş aramaz  
Oxşan quzğun kimi.  
Gedirəm axın boyu,  
Deyirəm çox qəribə,  
Çox qəribə bəşərik,  
Göy başımıza şərik! 
Yer ayağımıza şərik!  
Su üstə tumurcuqlar  
Kiçilmiş gözlar kimi,  
Oyulub, çuxurlanıb,  
İşığı oğurlanıb  
İçilmiş gözlər kimi,  
Bu dərə dəorin dərə,  
Suları sərin dərə...  
Dərəyə düşmək asan,  
Dərədən çıxmaq çətin.  
Dərəyə qulazlanan  
Torusan bir millətin.  
Ayağınla düşmüsən,  
Əlinlə çıxmalısan.  
Özünü həfkələyib  
Bir tora yığmalısan.  
Birdən görsən, ilahi! 
 


________________Milli Kitabxana____________________ 
77 
 
Özün özün deyilsən.  
Körpü nədir, bənd nədir,  
Quma özül deyilsən...  
Neynər gərəksizləri,  
Özü gərəksiz olan,  
Qədəm əyri, iz əyri,  
Bir əyrisi düz olan...  
Dərəyə enmə, qorxaq!  
Qorxaq həllənc daşıdır,  
Kim ona təpik vursa,  
Dalı ona qarşıdır.  
Bu dərə qürd dərəsi,  
Marığında nər-igid,  
Ora düşsə kor olar  
Qaranlığa hürən it.  
Bu dərə dərin dərə!  
Dəroəyə enmə, qorxaq!  
Sahilə yamaq olan  
Ayaq izin qalacaq.  
Sonra kim darta səni,  
Bir müqəddəs əl gərək.  
İşıqdan sap əyirə,  
Bir müqəddəs əyilə,  
Bağlayıb darta səni  
Çanaqlı bağa kimi  
Qəfildən ata səni.  
Dərəyə enmə, qorxaq!  
Bu dərin dərələrə  
Arazlar sığa bilər,  
Bu dərin dərələrdən  
Arazlar çıxa bilər.  
Dərəyə enmə, qorxaq!  
Şah İsmayıl taxtına  
Gedən yol burdan keçir,  
Ədalət paytaxtına  
Gedən yol Burdan keçir:  
Dərəyə enmə, qorxaq!  
Bu dərə, dərindərə... 
 
20 iyul, 1988. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə