Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   5   6   7   8   9   10   11   12   ...   38

________________Milli Kitabxana____________________ 
54 
 
Əyil, sürt üzünə bu torpağı sən,  
Əyilsən, bağışlar, böyükdür bu xalq. 
 
Bir dən bitirmədi öz alın tərin,  
Yox Günəş zərrəsi qanında, yazıq.  
Yazıqdı yaşmaqlı pəncərələrin,  
Dost əli açmayan qapın da yazıq. 
 
Bu dəniz kimliyin fərqinə varmaz,  
Cəmliyin, kəmliyin fərqinə varmaz. 
 
Hərdən çıx sahilə ayaq gəminlə,  
Su səni daşlamaz, meh səni yıxmaz.  
Cavanlıq dostların şeş-beş dəmində,  
Vəzifə dostların sahilə çıxmaz. 
 
Mənəmlik, hərislik gözdən tük qapar,  
İnsan alçalanda, insan enəndə.  
Vəzifə çapardır, kəmfürsət çapar,  
İnsan öz əliylə yəhərlənəndə. 
 
Vaxt olur vicdanın səsi baş yarır, 
Onda keçmişini çağır - gələcək. 
Hərdən çək özünü, 
Çək gözəyan, 
Gör hansı tərəfın ağır gələcək... 
 
Duyarmı eyhamı söz duymaz, qalın,  
İnsanlıq ən qədim qoruqdu yerdə.  
Vəzifə itəndə İnsanlıq qalır,  
İnsanlıq itibsə - yer yoxdu yerdə! 
 
1987 
  


________________Milli Kitabxana____________________ 
55 
 
SÖZ AÇIQ OLANDA... 
 
Dur aç pəncərəni açıq havaya, 
Qorxma görünməyə, 
Görməyə qorxma! 
Dur, ey yoldaş insan, dur çıx havaya, 
Dur, təzə gözlə bax köhnəyə, qorxma! 
 
Nə qədər söz udaq, dil sancaqlayaq,  
Göyərdi pıçıltı qapı dalında.  
Bizi anlayanı, biz də anlayaq,  
Səsimiz qovruldu qapı dalında. 
 
Burda iddiamız başdan yuxarı,  
Qapıları dalında pələngik, şirik.  
Burda başımızı yaddan çıxarıb  
Özgənin başıyla fikirləşirik. 
 
Söz açıq olanda - göz açıq olur,  
Göz açıq olanda - "beş", "əlli" deyil.  
Söz açıq olanda düz düzə quldu,  
Şapalaq zərbədi,  
Təsəlli deyil. 
 
Dartmalar, didmələr, fəndlər, bölgülər  
Oxunu gizlədən yay ola bilmir.  
Biclik tələsindən qaçan tülkülər,  
Düzlük tələsindan yayına bilmir. 
 
Qoşa buynuzunu gizlətmə başda,  
Qarnını deşəcək- içinə çəksən.  
Özünə görünsən sən açıq-aşkar  
Elə özgəyə də görünəcəksən. 
 
Sirr açar, dür- açar açarımız da,  
Od donsa, buz yansa -inam ələnməz.  
Söz açıq olanda içərimizdə  
"Yalanlar, filanlar" qafiyələnməz. 
 
Boş vədə fil olsa - dizi qatlanar,  
Tarixin "düzü düz" varağı ağdır.  


________________Milli Kitabxana____________________ 
56 
 
Açmağa düyünlü həqiqətləri  
Duyumlu barmaqlar tapılacaqdır. 
 
Ədalət qamçısı qəzəb soyudur,  
Qırımlar, qurumlar itirməz onu,  
"Açıq söz" dediyin qızıl suyudur,  
Pas atan ağıllar götürməz onu. 
 
Ötəri hay-küydən qulağım batar, 
Yalançı köçəri, 
Yalan köçəri. 
Açdım ürəyimi, açdım taybatay, 
Xoş gördük, doğru söz, 
Buyur içəri... 
 
1957 
  


________________Milli Kitabxana____________________ 
57 
 
YALANÇININ EVİ YANDI 
 
Yalançının evi yandı göz qabağında, 
Hamı baxdı, hamı gördü, 
Hamı inandı. 
Şübhəsi yox: ilanın da, qurbağanın da: 
Evdi - yandı, daşdı - yandı, 
Torpaqdı - yandı. 
 
Yalançının dili yandı göz görə-görə,  
İnanmadı dili alov yaxanlar belə.  
Xəbər yetdi ona töhfə dil verənlərə,  
İnanmadı kirpiyindən yaxınlar belə. 
 
Ağlığına inam itər dağda qarın da,  
Ara vuran bal qatanda şərə, qeybətə.  
Yalançının dili yanmaz, söz bazarında  
Yaxşı yalan satılarsa, yaxşı qiymətə... 
 
24 mart, 1987 
  


________________Milli Kitabxana____________________ 
58 
 
VƏFALIYA CAN QURBAN... 
 
"Vəfasız atar gedər
 
Heç bilmirəm kimdi yazan, kimdi oxuyan?  
Vəfalıya qurban olmaz can nəyə layiq?  
Kimdi səhər şəfəqindən çələng toxuyan?  
Kimdi deyən: ölüm sözü ölməyə layiq? 
 
Səhər-səhər qapı döydüm – ürək qapısı, 
Dedim: "Əhdə vəfalıdan bir dəstə çiçək... 
Seldən qopub, yeldən qopub, 
Oddan yapışıb, 
Bir də onu bu ünvana kim göndərəcək". 
 
Üz dönəndə ünvanlar da sifətsiz, uçrum, 
Yaxşı olur cib töhfəsi gül töhfəsindən... 
Durub indi daşı öpüm, 
Taxtanı qucum? 
Nitqim batdı, dilim dondu, "dil töhfəsindən". 
 
Nə yaxşı ki, yaxşıların ünvanı dünya,  
Qum üstündə söz göyərdir sayalı əllər.  
Ovundurdu sinəmdəki dünyanı dünya,  
Əl uzatdım -Gül uzatdı vəfalı əllər. 
 
...Göy gurlayır, yağış yağır, ildırım çaxır.  
İtən nəğmə, batan nəğmə doğulur yenə.  
Təzə çəhlim, təzə cığır yollara çıxır, 
Təzə səslə köhnə nəğmə oxunur yenə... 
 
Mən bilmirəm əhd-etibar azalıb, artıb?  
Odun rəngi, otun rəngi dəyişməzdi ki...  
Köhnə dəbdə layla demək köhnəlib artıq,  
Bəs neyləyək? Körpə səsi "köhnə" səsdi ki... 
 
  


________________Milli Kitabxana____________________ 
59 
 
Dəli könül, vafasıza, nə söz, nə hədə...  
Can qurbandı söz yazana, oxuyana da!  
Daş heyifdi, vəfasızsa, daş atma hədər...  
Dəli könül, görək qeyri nə düşür yada... 
 
Bəd əl düşür öz fəndinin məngənəsinə,  
Məqam tapdı - qənimini qənimət verir.  
Zamanını çək zamanın məhkəməsinə,  
Zaman üzü dönüklərə zəmanət verir... 
 
1987 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə