Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   7   8   9   10   11   12   13   14   ...   38

________________Milli Kitabxana____________________ 
66 
 
QALIR HƏLƏ 
Ustad Şəhriyara 
 
Dönən döndü, yenən yendi dönməzliyə,  
Doğru yolun nərdivanı qalır hələ.  
Bəy deyiləm, söz hökmündə, Atabəyəm, 
Ər olmaza ər divanım qalır hələ. 
 
Dərdlə yarış meydanı da əlimdədir,  
Dərdlə güləş meydanı da əlimdədir.  
Dərdə atəş meydanı da əlimdədir,  
Ehtiyatda söz mcydanım qalır hələ. 
 
Bir ölkə var - özü boyda bir körükdür,  
Həqiqəti dil ucuna hörüklüdür.  
Çoxu zülmət suvağını söküb, gülür,  
Heydər babam, Savalanım qalır hələ. 
 
Mən bir elin, bir vicdanın köləsiyəm,  
Göy uçulsa, torpaq ölsə, öləsiyəm.  
Nə zamansa Nəsimini görəsiyəm,  
Bu inamım, bu gümanım qalır hələ. 
 
Öz əlinlə qala qursan öz adına  
Əcəl səni qoya bilməz sapandına.  
Qəfil düşsəm bir sevdanın kəməndinə... 
Qaynar təbim, qaynar qanım qalır hələ. 
 
Yüyənsizdi çoxumuzun mənəmliyi,  
Adilikdə dahiliyə dönəmliyi.  
Başımızda bu məstliyin, bu dəmliyin  
Boz dumanı, toz-dumanı qalır hələ. 
 
Məmməd Araz, əzilsən də əzim-əzim  
Araz boyu meh olmazsan bircə əsim.  
Ürəyindən ürəklərə köçüləsi  
Nur daşqını, 
Nuh tufanı qalır hələ. 
 
Oktyabr, 1987  
  


________________Milli Kitabxana____________________ 
67 
 
KƏNDLƏ ŞƏHƏR ARASINDA 
 
Məndən əvvəl bu məzmunda yazılmış bir şeirə nəzirə 
 
Ömrüm keçdi 
Kəndlə şəhər arasında. 
Bulud əkdim, sel üyütdüm, 
Xeyirlə şər arasında. 
Tikə tutdum, loğma uddum, 
Balla zəhər arasında, 
Çox ağ üzü qara gördüm
Ağ qəndillər arasında. 
Ömrüm keçdi 
Kəndlə şəhər arasında... 
Düşünürəm bu dünyada 
İtən nəyim, qalan nəyim... 
Kəndliyəmsə, 
Nə atım var, nə inəyim. 
Şır-şır axan bulağım yox, 
Allı-güllü yaylağım yox. 
Şəhərliyəm, 
Elə dəmli bir cağım yox, 
Elə əlvan otağım yox... 
Ömrüm keçdi 
Kəndlə şəhər arasında... 
 
Asfalt üstdə "beş-daş" atdım,  
Çox "qərcimə-daş" oynadım,  
"Beş-daş" atdım,  
Beş daş uddum.  
"Təkmi-cütdə" təklik uddum.  
Yaxşı yalan demək uddum,  
Yaxşı yalan yemək uddum.  
Ömrüm keçdi kəndlə şəhər arasında. 
 
Cəhrəli, nehrəli  
Alaçıqlar gördüm. 
 


________________Milli Kitabxana____________________ 
68 
 
Eldən elə qaçırılmış Qaçaqlar gördüm.  
Boylu-buxunlu alçaqlar gördüm.  
Gəzdim işıq dəyirmanı  
Kəndlə şəhər arasında. 
 
Yük daşıdım  
Sözlə bəşər arasında.  
Xətainin ayağına  
At yolladım  
Payızla yaz arasında.  
Səttarxana heykəl yondum,  
Kürlə Araz arasında.  
Ömrüm keçdi,  
Qələm-dəryaz arasında,  
Hələ get-gəl qurtarmyıb  
Bu dünyayla  
Məmməd Araz arasında. 
 
18-19 mart, 1988 
  


________________Milli Kitabxana____________________ 
69 
 
SİNƏM SƏHRA SİNƏSİ 
 
Səhra qumlarının hesabı varmı?..  
Səhra küləkləri cilova yatmaz.  
Sinədə itəni tapmaq olarmı?  
Küləklər qayıdar, İtən qayıtmaz. 
 
Özümü gəzirəm əli çıraqlı,  
Çəkisiz, ölçüsüz qum dənəsiyəm.  
Hər yolun, çəhlimin qapısı bağlı,  
Qarışqa fəndləri öyrənəsiyəm. 
 
Suyu bir dəhnədən: əyrinin, düzün... 
Bir gözdə haqq yatır, 
Bir gözdə nahaq. 
Qara quş gccəni, ağ quş gündüzü
Tələdən, cələdən kim qoruyacaq? 
 
Təklərə hay verib, tənha qalmışam,  
Sinəmdən ay doğar - qaranlıq olsa.  
Sonuncu qorumla od qalamışam,  
Yanarlıq olacaq- 
Qanarlıq olsa. 
 
Sənə də yol verdim, süləngi xain,  
Əli məşəllidir bələdçi peşəm.  
Sürün öz yuvana, sürün arxayın,  
Mən çox yıxılmışam, sürünməmişəm. 
Bəzən buz içində od saxlayıram,  
Dəvə yüklərimi qarışqa dartır.  
Bəzən düşmənimi qucaqlayıram,  
Hardasa bu dəmdə dostlarım artır. 
  


________________Milli Kitabxana____________________ 
70 
 
Əkinim-biçinim baharlı, qışlı,  
Yağışsız buludu torpaq eşitmir.  
Yüz il qulağımın dibində qışqır,  
Ürək eşitməsə, qulaq eşitmir. 
 
Bir qum dənəsində uyuyan qoram,  
Səhra sinəsidir sinəm deyirəm.  
Səhra dözümündən dözüm qoparam,  
Səhra yanğısında sönəm, deyirəm... 
  
14 mart, 1988 
  


________________Milli Kitabxana____________________ 
71 
 
           *** 
Xəzəli pul olan bağın  
Bağbanından qəpik çıxmaz,  
Bardan bara salam görən  
Əriyindən orik çıxmaz. 
 
Dərd dərədi, dərə mindi,  
Çəyirtkələr dəvə mindi.  
Dovşanlıq ki, dəbə mindi,  
Göy talaya əlik çıxmaz. 
 
Zaman çeynər yeyin-yeyin,  
Yavanlıqdı yalan-yeyin.  
Yüz də deyin, min də deyin,  
"İsmi dönük dönük çıxmaz..." 
 
Söz qənirsiz gözəlimdi,  
Düz yolumdu, düz əlimdi.  
Neyləyim ki, öz ətimdən  
Öz əlimə çəpik çıxmaz. 
 
Adı Pənah-pənahı yox,  
Günah paylar, günahı yox,  
Bu Allahın Allahı yox,  
Heç dərdimə şərik çıxmaz. 
 
  
 12 iyul, 1988 
  
 
  
 
 
  
 
  
 
  
 
  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə