Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   2   3   4   5   6   7   8   9   10   ...   38

________________Milli Kitabxana____________________ 
41 
 
BU PAYIZ QARI 
 
Tez yağdı, tez yağdı bu payız qarı,  
Söndü çox əllərin odu barında.  
Nə qəfil seyrəldi dost sıraları,  
Nə dolu şax sındı dostlar bağında! 
 
Təzəcə bölmüşdüm qardaş qəmini,  
Göz yaşım göz yaşı üstəydi hələ.  
Firidunun qəbri göyərməmişdi,  
Elçinin başdaşı istiydi hələ. 
 
Dərd asan əkilir, çətin biçilir,  
Namərd əlləridir çox dərdə dibçək.  
Əyilib bir qolu məzardan keçir,  
Sən çox da duz yolda düz xətti düz çək. 
 
Fələyin qılıncı daş parçalayan,  
Taleyin qalxanı yarpaq gücündə.  
Dost qəlbi dayandı, ürəyim dayan!  
Dost səsi qeyb oldu səslər içində! 
 
Qəşəm - o dağ çayı, o dağ qartalı,  
Varağı torpaqdı, yarağı torpaq!  
Yadımda bir zərif misrası qalıb,  
"Sahibsiz torpaqdı, yaralı torpaq!" 
 
Möcüzə inanmaz möcüzəydi bu  
Son görüş nidamız bu nida, qardaş!  
Səhəri sən mənə təbrik məktubu,  
Axşamı mən sənə: əlvida, qardaş!.. 
 
Faiq - dost bağında var əlli bağban, 
Gözündən daşardı qəlbinin nuru,  
Nəydi borc aldığı ata-babadan? – 
İnsan sədaqəti, insan qüruru. 
 
Nə qara qar oldu bu payız qarı,  
Kimi qaralayır bu yazı indi?  
İlahi, seyrəldi dost sıraları! 
Mənə yönəlibdi sel ağzı indi... 
Noyabr 1984, 1986 


________________Milli Kitabxana____________________ 
42 
 
  
GÖZLƏYƏNİM OLAYDI... 
 
Gedən yerini olaydı  
Qabil 
 
Gözləyənim olaydı...  
Məndən qabaq deyiblər.  
Başdan gələn boş sözü  
Başa çomaq deyiblər:  
Gedən qalandan qopur,  
Qalana dağ deyiblər,  
Hər ağılsız addımı  
Ağla yamaq deyiblər:  
Söz hikmətə dönəndə - 
Qızıl tabax deyiblər. 
 
Gözləyənin olaydı...  
Elə səmtə gedəydim,  
Elə səmtə; gərəydim,  
Quzular qurd yeyəndir,  
Toxlar toxluqdan doyub,  
Toxlar sükut yeyəndir.  
Aclıq aca plovdur,  
Aclar ümid yeyəndir.  
Gözləyənin yanına  
Səsləyənim olaydı... 
 
Elə səmtə gedəydim,  
Elə səmtə; göyərdim  
Ulduzlara çatmağa  
Mələklər at satırlar. 
Əlsiz-ayaqsızlara  
Quşlar qanad satırlar.  
Bir görəydim əzənlər  
Necə imdad satırlar.  
Tale qoyub hərraca  
Ay haray-dad" - satırlar. 
  


________________Milli Kitabxana____________________ 
43 
 
Gözləyənim olaydı...  
Kaş o günü görəydim.  
Sədamın əks-sədamı  
Opdüyünü görəydim.  
Yerin yerə halallıq  
Səpdiyini görəydim.  
Həlimliyin büdrəməz  
Sərtliyini görəydim.  
Mindən bircə namərdin  
Mərdliyini görəydim... 
 
Gözləyənim olaydı...  
Görüş müşkül olsa da,  
Təzədən alışardım  
Atəşim kül olsa da.  
Ölüm yedəkçi olsa,  
Batmaz ömür yelkənim, - 
Özümü saxlamasa,  
Saxlar diri kölgəmi.  
Gözləyənim olaydı...  
Gözləyənim olmasa,  
"Döz" deyənim olaydı... 
 
7 dekabr, 1986 
 


________________Milli Kitabxana____________________ 
44 
 
MƏMMƏD ARAZ QAYASI 
 
Bu yaxınlarda aldığım oxucu məktubunda deyilir ki, "Sanbulaq" adlanan 
dərəyə gedən yolun üstündə bir sal daşa "Məmməd Araz kürsüsü" adı 
vermişik. Kövrəldim. Onu çoban dostumun hədiyyəsi saydım. O sal daş 
mənə bir qaya boyda göründü. Xəyalən o qayanın görüşünə getdim. 
 
Farmanına, təltifinə alqış, ey çoban  
Məmməd-Qaya. Qaya-Məmməd,  
Xoş gördük sizi. 
Olsa-olsa mən olaram adi daş çapan:  
Çopur qaya, Qara Məmməd,  
Xoş gördük sizi! 
 
Bu görüşü göydən baxan qartal da duyur - 
Qanadından lələk salır - 
Təbərrük üçün. 
Qabaq-qənşər qayalıqda kəklik oxuyur, 
Var ol səni, xallı pəri, bu təbrik üçün. 
 
Yaz dolusu, qəzəbini çiynimdə soyut,  
Qış sazağı, qılıncını çiynimdə gəzdir!  
Qara şeytan, qiyafəni yanımda soyun,  
Boz canavar, boyrümdəcə bala əmizdir. 
 
Fərhad külək,  
Yıx, yelpiyin yıxan daşları,  
Beyinlərdə, ürəklərdə daş yara bilək,  
Yuxarıdan aşağıya yağan daşları  
Aşağıdan yuxarıya qaytara bilək. 
 
A dağ çayı,  
Səs vermişdin səsindən mənə. 
Bir yaz günü nəfəsindən qapdılar onu. 
Yumalayıb, tapdalayıb palçıq yerinə 
Üzü bomboz divarlara yapdılar onu. 
  


________________Milli Kitabxana____________________ 
45 
 
Şəhidlərin qəbri üstə yanan səsimi 
Yanan qandı, duyan duydu... 
Danan qaldımı?.. 
Qılıncımı bürmələyib, qalan səsimi 
Şəhriyara pay yolladım, bilməm aldımı? 
 
Bu daşların daş quyruğu, daş yamağı yox! 
İnsanlığım, daşlığıma söykən, qürrələn. 
Daşın daşa baltası yox, 
Badalağı yox. 
Batan səsim, bitən səsim-qaya qüllələr!.. 
 
Kürəyimdə yerin-göyün ağır yığını, 
Möhürlənmiş hər ucalıq 
yüksəliş deyil. 
Mən duyuram sən olmağın ağırlığını, 
Ey mən - qaya, mən olmaq da asan iş deyil... 
 
25 dekabr, 1986 
  


________________Milli Kitabxana____________________ 
46 
 
DAHA İNANMIRAM... 
 
Daha inanmıram boş vədələrə,  
Göz yaşın od olsa – qəhər demərəm.  
Ağızdan ağıza qaçan xəbərə  
Sağsağan deyərəm, Xəbər demərəm. 
 
Bu yorğun yolçunun yolu yoxuşlu, 
Cənnət vəd eləmə üfüq dalmda.  
Yoluma daş-qaya diyirlə, xoşdu,  
Alnıma güllə sıx açıq alınla. 
 
Toxumu haram əl hövkələyəndə  
Səpinçi döşlüyü dəni saxlamır.  
Meşə dincliyinə balta dəyəndə  
Meşələr dumanı, çəni saxlamır. 
 
Yalana dəm tutdun - yağışdı, yağır. 
Qibləyə tuşlanan andı neynirəm: 
Yəhəri yastıqlı, 
Yüyəni yağlı 
Ayağı buxovlu atı neynirəm. 
 
Daha boş vədənə inamnıram mən,  
Vədə yük olanda yerimək olmur.  
Doğrunu görəndə xəcalətindən  
Qar kimi,  
Buz kimi ərimək olmur. 
 
Bu necə vəddir ki, - irişən ilğım,  
Qaçanı, qovanı bara yetirməz:  
Bu kobud məsəldir - ayğırsız ilxı  
Kişnərti yetirər,  
Bala yetirməz. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə