Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   2   3   4   5   6   7   8   9   ...   38

________________Milli Kitabxana____________________ 
23 
 
GƏRƏK BELƏ OLMAYAYDI 
 
Bu nə yazdı, bu nə qışdı - deyə bilmirəm,  
Ürəyimdə pöhrələnmiş adın qurudu.  
Qoşa idik - milyon idim,     
Tənhayam - birəm,   
Dilim qarsdı, suyum yandı, odum qurudu. 
 
Dünən iki qumru gördüm bir budaq üstə,  
Dimdikləri bir-birinə söykəli idi.  
Təbiətin görküydümü o bizə qəsdən?  
Yoxsa elə iki mehrin heykəli idi? 
 
Sən özünün dalınca qaç, 
Özünü haqla. 
Ağılsız baş, ya eləcə bir it kəlləsi... 
Qürur odur tən dayana ən uca dağla, 
Əsgi odur, onun səsi hardan gələsi... 
 
Biz dünyanı bölməmişdik "sənin-mənimə",  
Gözlərimiz bir-birinin oduna şərik!  
Ağ qanaddın bəxt adlanan ağ yelkənimə,  
Lüğətlərdə dəfn etmişdik riyam, şəri. 
 
Tilsim açar, buxov açar sözün açığı, 
Yalan atı cilovladı, 
Düz düşər atdan. 
İkilikdə qulağına pıçıldadığım 
Sözlar indi tikan olur dilimin altda. 
 
Mən yuxuda görmüş idim neçə il əvvəl,  
Sən ünvanım sel ağzında uçuq çadırdı.  
Yaman gözə şeşələnən buynuz hədəfə  
Bu daş çoxdan atılmışdı,  
İndi çatırdı. 
 
 


________________Milli Kitabxana____________________ 
24 
 
Düyçələdim, sürüklədim ayaqlarımda  
Ürəyimdən ürəyinə gedən yolları.  
Nə yaxşı ki, yönü uçrum bu çağlarımda  
Aylı, günlü, insanlıymış Vətən yolları. 
 
"Gərək belə olmayaydı" deyirəm hərdən     
"Gərək", "gərək" - ömür keçdi 
Əlli də oldu. 
Gərək nədi bu gərəksiz düşüncələrdən? 
Elə necə olmalıydı - elə də oldu... 
 
May - iyun, 1984 
  


________________Milli Kitabxana____________________ 
25 
 
DOSTLAR  
QAZSIN MƏZARIMI 
 
Gözlərimə payın yetsə 
Gözün aydın, torpaq anam.  
Son sözümü, son andımı  
Gumuldana-gumuldana,  
Dostlar qazsın məzarımı. 
 
Qar odası Kərəmindir,  
Bulaq başı Ələsgərin.  
Araz üstə sivri duran  
Bir qaya da mənim yerim.  
Dostlar qazsın məzarımı. 
 
İçi gülər İsmi Dönük  
Gözlərindən yaş ələyər,  
Məqam tapa, yaş yerinə  
Son evimə daş ələyər.  
Dostlar qazsın məzarımı. 
 
Halal sözüm, hardasa bir  
Halal qəlbə dənim düşdü!  
Harda çaşdım, harda aşdım,  
Yönsüzlüyə yönüm düşdü...  
Dostlar qazsın məzarımı. 
 
Günahlarım çoxsa, yığın,  
Büküb qoyun başaltına.  
Bəlkə elə başım halal  
Baş altdakı daş altına?!  
Dostlar qazsın məzarımı. 
Sinəm üstə həkk oluna  
Xış dəstəyi, bir də qələm...  
Öz qəbrimə gülə-gülə  
Özüın yenmək istəyirəm,  
Dostlar qazsin məzarımı... 
 
Mərdəkan, iyun, 1984. 
  


________________Milli Kitabxana____________________ 
26 
 
PALID, SƏNİ KİM YIXDI 
 
Ucalmağa göyün dayaz,  
Dərinliyə yerin dayaz.  
Baş-ayaqdır dərin-dayaz,  
Palıd, səni kim yıxdı? 
 
Donqarmla donqar ayı  
Qaşovlandı bütün yayı  
Boz qaban ağzı dolayı...  
Palıd, səni kim yıxdı? 
 
Söykəndiyin qaya dinməz,  
Min il tənha qala, dinməz,  
Qara fəndgir qara-dinmoz.  
Palıd, sənİ kim yıxdı? 
 
Vurulan var, vuran "yoxdu",  
Bu tələni quran yoxdu,  
And içən var, "Quran" yoxdu  
Palıd, soni kim yıxdı? 
 
O namərddir, qorxur hələ  
Cəsədinə yaxın gələ.  
Baltasızdı ağacdələn...  
Palıd, səni kim yıxdı? 
Sual səpir sarı simlər  
Çiyin dartır "nə bilimlər", 
Əgər heçdi bu heç kimlər,  
Palıd, səni kim yıxdı? 
1984 
  


________________Milli Kitabxana____________________ 
27 
 
ARAZ DİLİ 
 
Eyham toru tullayanda Araza  
Hörmət səddi tapdanmasın arada. 
 
Mən neçə yol danışmışam Arazla... 
Hansı dildə danışmışam? - 
Bilmirəm! 
Quş dilində danışmışam? - 
Bilmirəm! 
Daş dilində danışmışam? - 
Bilmirəm! 
Mən neçə yol danışmışam Arazla... 
 
O, dərəyə "Mənim" - deyib 
Mən: "Mənim". 
Deməmişik: "Mən səninəm", "sən mənim". 
Deməmişik: dili birik, yolu bir: 
Barı birik, varı birik, yoxu bir. 
Yan-yanaşı uzanmışıq dərədə, 
Deməyinən: uzunmuşuq dərədən - 
Mənim sözüm köpüklənib nahaqdan, 
Onun səsi köpüklənib nahaqdan. 
Nə yaxşı ki, bunu duyan olmayıb, 
Səsimizi qayçılayan olmayıb. 
Hər dərəyə sığmaq olar Arazla. 
Hara desən axmaq olar Arazla. 
Möhürlərə suyu yatmaz Arazın, 
Hay aldatmaz, vay aldatmaz Arazı: 
Hər yedəyə noxtalanmaz çaydı o, 
Üfürməklə laxtalanmaz çaydı o. 
Lili təmiz çox ürəyin lilindən. 
Döyüş olar, söyüş olmaz dilində, 
"Al" deməmiş, gödən çəkib "ver" - demir. 
 
Daşdı - daşır, 
Susdu - susur, üzü bir. 
Mən də ona Aran çayı deyimmi? 
 
  


________________Milli Kitabxana____________________ 
28 
 
Araz dilli, "Ara çayı" deyimmi?  
Bəlkə elə demişəm də, bilmirəm.  
Hansı ağlın yenişində? –Bilmirəm.  
Araz dili nə qılıncdı, nə hədə:  
"Mənim" olmaz, "bizim olan" zərrə də. 
 
Səninləyəm, şər oğlu şər, səninlə,  
Özü tikan, adı bəşər, səninlə.  
Bu sərhəddə çox təzadlar görmüşəm.  
Yad doğmalar, doğma yadlar görmüşəm.  
Sağsağanlar xalı hörür - görmüşəm,  
İt böyürüb, dana hürüb - görmüşəm.  
Gəl, haqq sözü bölüşdürək səninlə,  
Bölünməzi bölüşdürək səninlə.  
Tufanları bölüşdürək səninlə.  
Meylin çəkir: bu daşı çat dalına,  
Apar, bəlkə papaq oldu dağına.  
Meylin çəkir: sərib qurut bu çayı  
Qurumasa, daşla, qudurt bu çayı,  
Qurtum-qurtum daşıya da bilərsən,  
Yatağını qaşıya da bilərsən,  
Araz dili nə qılmcdı, nə hədə,  
Sənin olmaz bizim olan: zərrə də.  
Səninləyəm, sahildə az qurcalan,  
Yenə dolub daş-kəsəklə xurcunun.  
Bir daş atıb, gəl oyatma min daşı,  
Ünvanına alqış yetə bir qaşıq  
Araz daşı ələməkdə mahirdi,  
Ələyib qum eləməkdə mahirdi.  
Mən neçə yol danışmışam Arazla...  
Araz dili: ürək dili, göz dili, 
Torpaq dili, hava dili, göy dili.  
Mən neçə yol danışmışam Arazla... 
 
1985 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə