Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   2   3   4   5   6   7   8   9   ...   38

________________Milli Kitabxana____________________ 
17 
 
XATİRƏLƏR YORDU MƏNİ 
 
Bu ilğımdı - üzü gülər.  
Boş vədələr yordu məni.  
Yüzü ağlar, yüzü gülər  
Xatirələr yordu meni. 
 
Dadı, duzu - doyulmazdı,  
İşıq kimi yuyulmazdı,  
Duyğu kimi duyulmazdı,  
Şirin dillər yordu məni. 
 
Qarlı zirvə, yaxan mənəm,  
Öz başıma yağan mənəm.  
Qılınc mənəm, qalxan mənəm,  
Xatirələr yordu məni. 
 
Qayanın hər üzü qaya,  
Qayadan baxmadım aya.  
Həsrətim həsrət o taya,  
Aylar, illər yordu məni. 
 
Sən bu səmtə yön görmədin,  
Kor da gördü, sən görmədin,  
Ha yol getdim, son görmədim,  
Xatirələr yordu məni. 
 
1983 
  


________________Milli Kitabxana____________________ 
18 
 
GETDİLƏR 
 
Mərdi yıxılmağa qoymadı mərdlər, 
Hayına, sayına yaraq getdilər. 
Namərdlər gah qara, 
Gah ağ yamaqdı, 
Yamaq yaşadılar, yamaq getdilər. 
 
Boylan günəşlərə, tüstülü bacam,  
Mənzil haqlamadı hər yüyrək qaçan,  
Bəzən gözümüzün qabağındaca  
Aramla gedənlər uzaq getdilər. 
 
Qapılma şöhrətlər, 
tapılma şanlar,  
Kiminə yəhərdi,  
Kiminə şallax. 
Yüzü haxlayanlar, yüzü aşanlar,  
Yenə də dünyadan uşaq getdilər. 
Torpağa yar deyən qovuşdu ona,  
Var sözü - keşikçi, qoşundu ona,  
Susan qələmi də qoşuldu ona,  
Vədəsiz getdilər,  
Üzü ağ getdilər. 
 
Sentyabr, 1983 
  


________________Milli Kitabxana____________________ 
19 
 
"ÖZÜNƏ BAX!" DEYİRSƏN 
 
Özümə necə baxım, söylə, atam balası? 
Hər gün xeyrə açılmır dünyamızın bal ağzı. 
Özünü qəlpə-qəlpə yapmalıdı öz əlin, 
Balta əlin kəsmədi, 
Kəsməlidi söz əlin. 
Ömür elə çevrədi: irəli yox, geri yox. 
Yerə təkan verənin: 
Heç özünün yeri yox! 
Bəzən olur naharın gəlir qoz qabığında. 
Ən yaxşı bürüncəyim şirin söz qabığından! 
Biri çıxıb çiynimə qoynuna ulduz yığır, 
Biri ağlar görəndə göz yaşından duz yığır. 
Kəklik tumarlanınca 
qırğı vurub yal aşır, 
Özümə necə baxım, söylə, atam balası?  
Biri səni iynənin ulduzundan keçirir:  
"Ol yalandan yalana əriş-arğac keçidi!"  
Atamın vəsiyyəti: "əlsizlərə əl uzat,  
Göz gərəksiz oldu - tök,  
Əl gərəksiz oldu - sat – 
Bir qarışqa gücündə bir dəyirman gücü var.  
Başı olan baş əyməz!  
Kotançı var, cütçü var! 
Dövrəmdə vaxt olur ki, neçə dövran rəqs edir,  
Tərifi - küləkçidir, Tənqidi - ələkçidir.  
Biri işıq daşıyır insanlar arasına,  
Biri səfir göndərir ayı mağarasına.  
Biri də gördün birisi qapına şüar yazıb:  
"Ayın qaranlıq üzü - hədiyyə mağazası".  
Sözlü də söz istəyir, Söz bağı - cənnət bağı. 
 
Üzümə min göz baxır - özümə nccə baxım? – 
Gövdəmi tumarlayım, 
  


________________Milli Kitabxana____________________ 
20 
 
Gödənimlə əlləşim... 
Özümün ola - ola özümə özgələşim! 
Bu yoldur - sınaq yolu, 
Dağ yolu - qınaq yolu. 
Aylarca keçmək olmur bu bircə varaq yolu. 
Burulğandı - qudurğan, 
Qudurğandı - burulğan... 
Sözümü səsə yazım, səsimi sözə yazım... 
Özümə necə baxım, söylə, atam balası? 
 
6 fevral, 1984 
  


________________Milli Kitabxana____________________ 
21 
 
DAŞ HARAYI 
 
Vaqif Bəhmənliyə 
 
"Xudafərin su altında qalacaq" - dedin:  
Yol sökməyin mübarəkdi, yoldaş mühəndis!  
Bir qulaq ver: o haraydı, haydı, nərədi...  
Daş dilini anlamazsan, ey daş mühəndis! 
 
Uçuracaq, doğrayacaq, neyləyəcəksən,  
Öz içinə töküləcək hər daşın qanı.  
Səməd Vurğun qəzəbini neyləyəcəksən,  
Görəndə ki, alov dili ərşə dayanıb?! 
 
Ucalanı uçurmaqda mahirdi bəşər,  
Əl kəsənə yaraq verir əlindən qabaq.  
Nə yaxşı ki, insan əli yetmir Günəşə,  
Yetə bilsə, min qitəyə parçalayacaq. 
 
Xudafərin söykəndiyi sahillər qaya - 
Dikələnə dirək olmaz, 
Aşana çiyin. 
Gözlülərin gözlərinin qabağındaca 
Sualı yox, cavabı yox yiyəsizliyin... 
 
Hacıleylək yuva qurub bir daş qanadda, 
Ana quşun bala quşa yadigarıdı, 
İnsan qurur, insan yıxır, 
Göylərin altda - 
Nə yaxşı ki, qurdun-quşun izləri qalır. 
O təbiət fəhlələri yo getmir hədər, 
Bir az dayan, maşın cənab, 
Kəfkirli harın! 
Düz körpünün ortasında yükləri, hələ 
İş vaxtları qurtarmamış qarışqaların. 
  


________________Milli Kitabxana____________________ 
22 
 
Bəşər oğlu, heç üzünü tutma göylərə,  
Allahları üşütmədi allahsızlığın:  
Sənsən doğan, 
Haqq səsinə sənsən süd verən,  
Sənsən əkən yer üzünə hər haqsızlığı. 
 
Bəlkə daşdan doğulubdur insanlar elə,  
İndi-indi çox hikməti ağlım əridir.  
Bəlkə sönmüş sandığımız vulkanlar ele  
Nə zamansa dəfn olunmuş haqq səsləridir! 
 
Su altında balıqları heyrətləndirər  
Yer üstündən tulazlanan abidə-daşlar.  
Bu heyrətlər donuqları heyrətləndirər, 
Bu daşların görünməmiş vulkanı başlar. 
 
Xudafərin udulsa da, udmaz səsini,  
O, paslı bir ox deyildi - çıxdı yayından.  
Qulağına daş yamansa Yer kürrəsinin,  
Dodaqları çat-çat olar daş harayından... 
 
8 fevral, 1984 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə