Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

________________Milli Kitabxana____________________ 
47 
 
Söz kəlam bişirər ağız kürrədə, 
Dəyər öz başına - dəyənək olsa... 
Şükür bu günə də, 
Ötən günə də, 
Hər şey olacaqdı gələcək olsa. 
 
Mən rəncbər oğluyam - doğruya qulam: 
Od halal olmasa, ocaq alışmır. 
Ha dedim: vədindən atəşgah quram
Kibritim alışmır, 
Vallah, alışmır... 
 
28 dekabr, 1986 


________________Milli Kitabxana____________________ 
48 
 
PUŞKİNƏ 
 
Necə deyim: ölümünün yüz əlli ili?..  
Sənin əlin tətikdədir yüz əlli ildi.  
Çox xırdalar bərk ayaqda qeybə çəkilir,  
Böyük dərdlə vuruşana böyük deyildi. 
 
Səndən keçdi Rusiyaya atılan güllə,  
Namərd bilir: xalq ürəyi - şair ürəyi!  
Ölümsüzdür açıq-aşkar açılan güllə,  
Qara həsəd gizli-gizli yeyir ürəyi. 
 
Hər xəyanət uçrumundan bir tale alsaq,  
Min gccəmiz,  
Min küçəmiz çıraqban olar.  
Məncə, şair qüruruna daş atan alçaq  
Anasına-bacısına kəm baxan olar. 
 
Sənin səsin: "Hər zamanda zamandan qorun  
Qalır pislər yaddaşında, pis illər ölmür!  
Bir Dantesə bəsdi bircə hörümçək toru,  
Çətin odur - qatil ölür, qatillər Ölmür". 
 
İndi qatil min donludu, 
Bir donlu deyil. 
İndi "ağıl daşqınından" qatil artmada. 
İndi qatil atlı deyil, 
Faytonlu deyil, 
İndi qatil ulduzlara kəmənd atmada! 
 
Şair səsi el səsinə Allahdan yaxın,  
Hər diri söz, hər incə dil bir inci 
zərrə. 
Nəsiminin qürubunu görsəydin, yəqin  
Sən birinci namizəddin ikinci yerə.  
Yenə şair güllələyir görünməz əllər
  


________________Milli Kitabxana____________________ 
49 
 
Yenə səsi səs göyərdir Nerudaların,  
Taxıl əkir, un ələyir fənd bilməəllər, 
Yenə əllər ətəyində - yağışın, qarın.  
Ölməzliyi ucaldana ölməz deyilir:  
Qibtəçini kindi boğan,  
Kindi öldürən. 
Gəl geriyə varaqlayaq yüz əlli ili,  
Qatil, görək kimdi ölən, kimdi 
öldürən!.. 
 
1987 
  


________________Milli Kitabxana____________________ 
50 
 
XƏBƏRİM OLMADI 
 
Bu mənzilə necə yetdim,  
Vallah, xəbərim olmadı.  
Heçdən qaçıb, heçə yetdim,  
Vallah, xəbərim olmadı. 
 
Bu dağlar üzü ağdılar...  
Qarını pünhan sağdılar, - 
Qara üzlərə yaxdılar! – 
Yaylaq, xəbərin olmadı. 
 
Dünən özümü yormuşdum,  
Günəşli göydə kor quşdum...  
Üzü uçruma durmuşdum,  
Qorxaq, xəbərin olmadı. 
 
Daşda, dəmirdə yaşadım,  
Açıq qəbirdə yaşadım,  
Dəni xəlbirdə yaşadım,  
Torpaq, xəbərin olmadı. 
 
Bu necə dəhnə: yuyundum,  
Bu necə novça: üyündüm,  
Nə arxdı açdın, suyundan  
Allah, xəbərin olmadı... 
 
1987 
  


________________Milli Kitabxana____________________ 
51 
 
TİKANSIZ YAZILAR 
 
Dostum İsaya 
 
Tikanlı yazılar yazdığım yetər,  
Kağız da, qələm də dincəlsin bir az.  
Nə qızıl üzəngi, nə gümüş yəhər,  
Yol hamar olmasa, könül oxşamaz. 
 
Bəs kimdən "töhfədir" yolumda bu tir?  
Yolum, yol kəsəni kövrək görmədim.  
Çiçək talasında qanqal da bitir,  
Heç bundan darılan çiçək görmədim. 
 
Tikansız yazılar-kökü dərində,  
Sözə arğac elər söz bildiyini.  
Tikanlı yazılar çax-çax yerində,  
Zaman üyüdəcək öz bildiyini. 
 
Mələklik yaşıdır-deyək ki, yaşım - 
Bütün su arxları süd dartır gecə..."  
Uçruma söylədim: "nənnidi", yaxşı,  
Uçruma gedənin qolundan, necə?.. 
 
Bəlkə az düşünüm, dayaz düşünüm? – 
"Oların", "olmazın" təkəri birdi.  
Arı tikanıyla ilan dişinin  
Bəlkə çəkisi bir, zəhəri birdi. 
 
Bəlkə heç görməyim görünən qəmi,  
Malalı ömrə də ömürdü deyim.  
Xəyanət caynaqlar didsə sinəmi,  
"Qarışqa tükümü gəmirdi", - deyim? 
 
Quruda quzu desəm - bu, qurd arzusu,  
Yazıqlıq bacarır collad olanlar. 
  


________________Milli Kitabxana____________________ 
52 
 
 
Quzuya qurd desəm - istəməz quzu,  
Yazıqlar! Hər dəmdə yazıqdı onlar. 
 
Taleyim, taleyin hökmünü çağır,  
Ömrümə qış verdi - qarı yarımçıq...  
Könlümə üz tutdum yır-yığış çağı,  
Baharı yarımçıq, yarı-yarımçıq... 
 
Bu dünya güllükdür, agar inansan,  
Bir lalə camına dolmaq olurmu?  
Söykənək bildiyim qara tikansa  
Gör onda tikansız olmaq olurmu?.. 
 
Hardasa işıqdan çələng toxunur,  
Hardasa səsimə dağ qulaq asdı.  
Nə yaxşı dost sözü palıd toxumu,  
Nə yaxşı tikanı becərən azdı... 
 
1987 
  


________________Milli Kitabxana____________________ 
53 
 
VƏZİFƏ, İNSAN... 
 
Vəzifə insana şan-şöhrət deyil,  
İnsan vəzifəyə şöhrət olmalı. 
Bəxiyar Vahabzadə 
 
Keçərdin göylərin yeddi qatından,  
Çağlayan çağında nə çağa düşdün!  
Ayağın üzüldü mənsəb atından,  
Ayağın üzüldü – 
Ayağa düşdün. 
 
Gödənə göz tikən ağlın qudurdu;  
Bilmədin haqq-nahaq ata malıdır.  
Yıxdığın payını yıxıldı, durdu,  
Növbə yıxanındır - yıxılmalıdır. 
 
Yolun əvvəlində görünmür sonu,  
Bu gülünc sonluğa gülməzdim onda.  
Sağ gözün son gözə qonşuluğunu  
Bilməli olsan da, bilməzdin onda. 
 
Devikmə, təntimə, özünü yolma,  
Yoxdu, ötürmələr, qarşılamalar.  
Bu həmin qatardı, həmin yolunan...  
Bu həmin adamlar, o qarışqalar... 
 
Özün öz gəzənin, özün itiyin,  
Bir daş yaddaşında izin qalıbsa, 
 
Qonşu pişiyinin, qonşu itinin  
Üzünə baxmağa üzün qalıbsa,  
Səhərlər eyvana çıxmağa qorxma,  
Üfüqə; Günəşə baxmağa qorxma. 
 
İndi öz hökmünlə ev dustağı sən,  
Üzü dönüklərə dönükdür bu xalq. 
 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə