Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

________________Milli Kitabxana____________________ 
60 
 
MEYMUNA ƏL ÇALMAQ 
      ÖYRƏDƏN UŞAQ 
 
Meymuna əl çalmaq öyrətmə, bala  
O bir gün özünü oyada bilər.  
İnsan dünyasından əl çala-çala  
Heyvan dünyasına qayıda bilər. 
 
Yığılar başına dost-tanışları,  
Hər ağız açana əl çalar qonaq.  
Sonra bu vərdişə uyan başları  
Ağıllı başlardan kim ayıracaq?! 
 
Ədalı başçılar qızar-qızınar,  
Meymun da meymuna alçalar indi.  
Daş üstə kəkliyi didən quzğuna,  
Daş atan meymunlar əl çalar indi. 
 
Meymuna əl çalmaq öyrətmə, bala,  
Uşaqsan, bu ağır bir dərddi bəlkə.  
Palıd yarpaqları əl çala-çala  
Palıda əyilmək öyrətdi bəlkə. 
 
Gərnəşər ağac da, daş da, qala da,  
Tülkülər, dovşanlar xoşlar bu dəbi. 
Tikilər fillərə yaxın talada,  
Çəpik qərargahı, alqış məktəbi. 
 
Nə pisdi, bu səsə qatıb səsini,  
Gəvəzə qarğalar tərif yazsalar.  
Meymun vərdişini, meymun dərsini,  
Ayı təlimçilər oğurlasalar... 
 
Arı balsız qalar, qarışqa dənsiz,  
Vaxt tapmaz əl çala çəpik çalanlar.  
Çətin ki, yorulsun səbri tükənsin,  
Meymuna əl çalmaq öyrətmə, bala! 
 
  


________________Milli Kitabxana____________________ 
61 
 
Köhnə duruşunda baxar dağ-dağa,  
Dağ qonşu ucaya, uca dağ deyər.  
Meymun küllüyündə sülək sağsağan,  
Qanad çalmağına əl çalmaq deyər. 
 
Birdən əl çalmağa şir payı - şillə!  
Meymunlar meymunluq eləsə, - azdı.  
Birdən bu çəpiyə şirniksə şirlər...  
Bir meşə qoşula bu səsə - azdı.  
Yaxşıya yamanlıq öyrətmə, bala!  
Öyrətmə, meymunu, öyrətmə, bala! 
 
1987


________________Milli Kitabxana____________________ 
62 
 
 
YAŞAT MƏNİ 
 
Bu dünyada qurmaq çətin, yıxmaq asan,  
Bir təkanla dağ yıxılar, yıxan olsan.  
İpə dönnəm-əgər göyə çıxan olsan,  
Odun sönsə, qorun ollam,  
Yaşat məni! 
 
Harayımı batırmağa səs alınca,  
Tərsi düzə cəm eləyib, tərs alınca.  
Mənə balta qıcıyandan dərs alınca,  
Baltan ollam, qolun ollam, Yaşat məni! 
 
Əyri yoldan aylı yolun yaşı qədim,  
Üzüyündən üzüyünün qaşı qədim.  
Bilməm; eşqin yazı qədim, qışı qədim...  
Yazın olum, qarın olum,  
Yaşat məni. 
 
Haqq - bir daşdır,  
Nahaqq - dorə, bir ağ dərə.  
Zülmətsevər yalquzağa qulaq dərə.  
Qara selin gurultusu qulaq dələr...  
Nahaqqa haqq qurum ollam,  
Yaşat meni. 
 
Qar altında yaz gözləyən əkin kimi,  
Ədalətə heykəl yonsan, əklil kimi.  
Doğruya qan, şərə qalxan vəkil kimi, 
Gərək ollam,  
Qoru məni,  
Yaşat məni! 
1987 
  


________________Milli Kitabxana____________________ 
63 
 
   AĞLAMA, QORXURAM 
       GÖZ YAŞLARINDAN 
 
Yenə gözün dolu, ürəyin dolu,  
Təsəlli sənindir, gileylər mənim.  
Vallah, öz içimdə öz dərdim donur,  
Vallah, bu gileylər kül eylər məni. 
 
Gözündən ovcuna arx açdin, yetər,  
Əl atsan, çiçəklər solar, quruyar.  
Üzünün yanğısı ocaqdan betər,  
Buludlar quruyar, sular quruyar. 
 
Mən nədən yapışım, nədən barınım,  
Gözlərin varisi göz yaşlarıdır.  
Qadın zinətinin, qadın varının  
Ucuz mirvarisi göz yaşlarıdır. 
 
Hələ dostlarım var - əli qolumda,  
Bir dərdə itiyəm, bir dərdə tuşam.  
Gecədən gündüzə gedən yolumda  
Bu göz yaşlarına çox uduzmuşam. 
 
Gördüm gülüşündən gülab yağanı,  
Bir gözü qızıldı, bir gözü gümüş!  
Duydum bir məqamda o ağlağanı,  
Gözü ağlayanda qəlbi gülürmüş!.. 
 
Dərdiylə, qəmiylə qoşa yatdığım  
O necə qəfəsdi, o necə səsdi.  
Büdrəyib aşanda əl uzatdığım  
Dikəlib qalxanda əlimi kəsdi. 
 
Yıxıldım, yıxana qəhmər durdular,  
O göz yaşlarına inandıqlarım.  
Gözümdə hörümçək toru qurdular,  
O göz yaşlarına inandıqlarım. 
  


________________Milli Kitabxana____________________ 
64 
 
Qoy belə nə odum, nə közüm olsun,  
Ayıl bu tənəli söz daşlarından.  
Götür gözlərimi, dörd gözün olsun,  
Ağlama, qorxuram göz yaşlarından. 
 
Hələ dostlarım var - əli qolumda,  
Bir dərddən uzağam, bir dərdə tuşam.  
Gecədən gündüzə gedən yolumda  
Bu göz yaşlarına çox uduzmuşam... 
1957 
  


________________Milli Kitabxana____________________ 
65 
 
      SAĞLIĞIMDA... 
 
"Sağlığında qiymət verin insanlara"  
Cabir Novruz 
 
Göz yaşını tök sinəmə - dəfn elə,  
Ağlayırsan - sağlığımda ağla sən.  
Qəhrin varsa, sağlığımda qəhr elə,  
Ağlayırsan - sağlığımda ağla sən. 
 
Varmı indi ahdan yanan ərəmlər, 
Odu odla söndürocək Sənəmlər? 
Bir də çətin ələ düşə bu dərnler...  
Ağlayırsan - sağlığımda ağla sən. 
 
Gedən gedər, qəmi qalar bir içim, 
Fərqi yoxdu: ya üç mini, ya üçü... 
 
Məzar üstə çoxu ağlar görk üçün,  
Ağlayırsan - sağlığımda ağla sən. 
 
Qorx ki, sabah qəbirlər də çapıla,  
"İnciləşən" göz yaşları qapıla, 
 Göz yaşları alverçisi tapıla,  
Ağlayırsan - sağlığımda ağla sən. 
 
Ölüm odur - başda oturt, baş olmur,  
Sağlıq odur -  təriflərə aş olmur.  
Daşa da bük, daşı da bük - daş olmur,  
Ağlayırsan - sağlığımda ağla sən. 
1957 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə