Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   2   3   4   5   6   7   8   9   ...   38

________________Milli Kitabxana____________________ 
11 
 
Borc 
 
Dönüb, ömrün qürubuna baxıram hərdən,  
Zarıdığım, sızladığım çağlar olubdu.  
Qələmimə, varlığıma göz yaşı həmdəm,  
Göz yaşımın sirdaşı da çaylar olubdu. 
 
Kədərimlə yük olmuşam bir kədərliyə,  
Qolsuz olub - dişləriylə qolumdan tutub.  
Bir sünbüldən bir sütüllük dən alım deyə - 
Qılçıq dartan qarışqalar əlimdən tutub. 
 
Həkim olub - çarpayımda ölüm küsdürüb,  
O, inama ovsun deyib, ölümə gürzə.  
Sinəsindən doğru donlu yalan püskürüb  
Gümanımı inamıma şübhəli görsə. 
 
Çağrışıma uşaq kimi yüyürən qadın, 
Tez ələyib, 
Yox eləyib dərdi-sərimi, 
Gözsüz olub - ürəyinin gözünü qatıb, 
Ümid verib: necə xoşca, 
Necə səmimi!.. 
 
Ünvanıma yarpaq-yarpaq şeirlər yağıb,  
Hər alqış da qələmimə bir söykənəcək!  
Bu torpaqdır bu gün mənim ilham çırağım,  
Bilməm sabah nə yazılıb,  
Nə söylənəcək!.. 
 
Borcu borcla qaytarmazdı bizim babalar,  
Yaxşılığı yaxşılığa xırdalamazlar!  
Bu özüldən ucalıbdı bizim qalalar,  
Bunu yazsa – 
Mənim kimi bir şair yazar. 
  
 
 
 
 
  


________________Milli Kitabxana____________________ 
12 
 
İndi mənim bir borcum var: 
Borclu qalmayam - 
Ağlar, sızlar anlarımı 
Yığam bir yerə, 
Özəyində qəlbim olan tonqal qalayam
Boz külünü yem eləyəm quduz yellərə. 
 
Ünvanımı tanımasın 
Qəm adlı o çən. 
Gündoğandan günbatana qolumu açam. 
Deyəm: indi qalan ömrü zərrəsinəcən, 
Ölümlərə 
Baş əymədən yaşayacağam... 
 
25 oktyabr, 1983 
 
   


________________Milli Kitabxana____________________ 
13 
 
MƏNİM VALİDOLUM 
 
Bu fikir mərhum şairimiz Əhməd Cəmilə məxsusdur. 
Bir dəfə söhhətini soruşanda dedi: "Nəvəm mənim validolumdur. O, bizə 
gələndə bütün ağrılarımı unutdurur". Bir neçə ildən sonra bu hiss mənə  də 
doğmalaşdı. Həmin fikri yazıya çevirməyə çalışdım. 
 
Mənim validolum körpəcə nəvəm...  
O gəldi - ürəyim ağrını danır.  
O gəldi - çay gəlir, çöl gəlir evə,  
Olur iş otağım futbol meydanı. 
 
At kimi çullayır yazı masamı, 
Açıb qayışımı cilov düzəldir. 
"Quyruğu bəs hanı? 
Yalı bəs hanı? 
Yox, belə at olmaz! - xoşuna gəlmir." 
 
Kağıza bığ çəkir: uzun bağ, eşmə.  
"Qoy, - deyir, - babacan, çənəndən asım,  
Qara bığlarını buna dəyişmə,  
Qoy elə saqqalın bığ da saxlasın". 
 
Sualın aramı, uyğusu yoxdur:  
"Niyə qaranlıqda ulduzlar azmır?"  
Bəs niyə pişiyin buynuzu yoxdur?"  
"Göy niyə tökülmür?"  
"Yer niyə aşmır". 
 
Kiminsə kəlamı yadında qalıb; 
Mən tutqun olanda dillənir balam: 
"Günəş güləyəndir, 
Ay qaşqabaqlı... 
Birisi nənəmdir, birisi babam". 
 
Mənim validolum, - körpəcə nəvəm,  
Həniri gəldimi - qəm itkin düşür. 
 
 
 
 


________________Milli Kitabxana____________________ 
14 
 
O gəldi-çay gəlir, çöl gəlir evə 
Gözümə, könlümə gün ilkin düşür 
 
Boyuna boy alım , oda varmağa  
Adına ad verim:qeyrət səngəri! 
Mən qoca qoruqçu vəzifəsində 
Sən ana dilimə sərhəd əsgəri 
 
Suya yönəlməyən, oda varmağa 
Qolum, qanadım ol, ey körpə nərim! 
Üfüqdən üfüqə od aparmağa 
Gözündən qığılcım gözlər gözlərim. 
 
 
 
Pitsunda, 2 noyabr. 1983 


________________Milli Kitabxana____________________ 
15 
 
XƏSTƏXANA HƏYƏTİNDƏ  
BÜLBÜL OXUYUR 
 
Həkim dostum Cəfər Quliyevə 
 
Xəstəxana həyətində bülbül oxuyur,  
Tibb bacısı dönüb baxır əlində dərman.  
Nə yaxşı ki, dərdi yoxdur,  
Dərmanı yoxdur,  
Xəbərsizdi bu dünyanın gedişatından. 
 
Yuva qurub bir ağacın uc budağında, 
Layla çalır? Himn oxuyur? - 
Sirdən də sirdi... 
...Xəstə qoca titrək qalxır öz yatağından, 
Bəlkə ölüm bu fürsətdə içəri girdi? 
Bülbül ötür, 
Bütün səslər kəsir səsini. 
Yarpaqlar da bir-birinə ehmal toxunur. 
...Xəstəxana həyətində həkim gəzişir
Xəstəxana həyətində bülbül oxuyur. 
Bülbül ötür... 
Nə ayırar bülbülü çağdan? 
Çalağanı marıqdadır - duyur quşcuğaz. 
...Gözüyaşlı qadın çıxır qonşu otaqdan, 
Gedən getdi... 
Səs ayıltmaz, haray ayıltmaz... 
Çalağanlar Yer üzündə səs oğruları, 
Sərhədlərdən sərhədlərə ölüm çəkənlər, 
Meşə qırıb, dağ uçurub
Çay, dəniz yarıb, 
Yer şarının nüvəsinə nüvə əkənlər... 
 


________________Milli Kitabxana____________________ 
16 
 
Çalağanlar caynağında ölkələr itər, 
Çalağanlar, dimdiyində qanadlı raket! 
Ayıq olun 
Əqidələr! Millətlər! Dinlər! 
Daha yekə vəd verəcək caynağı yekə! 
 
Məqam var ki, göz baxmasa qulaq da daşdı, 
Bəzən olur: ən xoş səsi səssizlik udur, 
Kim ümidli, 
Kim narahat, kimsə təlaşlı... 
Bülbül ötür, qəlbimizdən xəbəri yoxdur... 
 
Bu dünyadır: 
Biri susdu, yüzü çağlayır: 
Son anda da bal dadı var, havanın, suyun, 
Təbiətin hikmətinə qulaq bağlayın, 
Xəstəxana həyətində bülbül oxuyur... 
 
29 noyabr, 1983 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə