Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   10   11   12   13   14   15   16   17   ...   38

________________Milli Kitabxana____________________ 
84 
 
Noxta bu qədərdi, palan bu qədər,  
Yüyənsiz, qamçısız qalan bu qədər.  
Oynayan bu qədər, çalan bu qədər.  
İsmətli bu qədər, "filan" bu qədər...  
Söz də ki, küt düşmür, nə qədər deyir,  
Əyrini də yeyir, düzü də yeyir.  
Dişimiz qalmadı söz çeynəməkdən,  
Bol məhsul olarmı, balam, bu qədər?! 
1988 
  


________________Milli Kitabxana____________________ 
85 
 
QORXURAM 
 
Nəydi yırğalayan bir nəhəng dağı?!  
Uçurumlar zamanın yaddaşı kimi!..  
Ələnib töküldü dərə aşağı  
Qayalar dağların göz yaşı kimi... 
 
Ən tənha adamdır çox dostlu adam,  
Yıxıldın, qaçacaq hamısı birdən.  
Bir olsun - pir olsun: çıxarma yaddan,  
Bir olsun - pir olsun, yapış o pirdən! 
 
Düz yola çıxmağa çoxu hələkdi, 
Bəzi oyaqları ayıltmaq olmur. 
Bu necə oyundu, 
Necə hənəkdi? 
Siçanı pişikdən ayırmaq olmur. 
 
Dağ uçdu? Uçruldu? - Bilinmir bu sırr! – 
Fitnəkar felləri deyilsə, nəydi?  
Zamanın qayçısı düzü düz kəsir,  
Səni əl verdiyin hansı əl əydi? 
 
Hər sözün qulpundan yapışmır əlim,  
Söz alğı-satqısı heyrətdi bəlkə?  
Hardasa "olarım", hardasa "bəlim"  
Əsrin lüğətində nifrətdi bəlkə! 
 
Sən dünən beləydin, qaragöz oğlan,  
Bu gün də eləsən: - təbi təlaşlı,  
Böyüklər kölgəsi ünvanı olan – 
Ay başı fırfıra, ay başıdaşlı! 
 
Ağlım, bu eyhamı sənsiz kim anlar?  
Sən çaşqın qafamda bir qafa da qur...  
Niyə bu yıxanlar, bu yıxılanlar  
Gələndə mələkdi, gedəndə quldur?! 
 
Dərdim min olsa da sönməz çırağım,  
Səsim öz səsimdən bata, qorxuram.  
Şairi yalana yatan yığnağın  
Özü də plana yata, qorxuram. 


________________Milli Kitabxana____________________ 
86 
 
 
YAXŞILAR 
 
Amandı, qoruyun bir-birinizi.  
Qoymayın soyuya Arazı Kürdən.  
Kim atdı, kim satdı birliyinizi – 
Papağı gildəndi,  
Qafası küldən... 
 
Elə son anda da sonsuz güc ara,  
Sən nəfəs-nəfəsə, səs-səsə gursan.  
Aradan su keçdi - yarğandı ara,  
Alasız, talasız birliyi bir san! 
 
Yoxsa əl tutanın yıxanın qədər,  
Qorxma, yaxşıların biri min adam!  
Gəzib igidlərlə qədəmbəqədəm,  
Yaxşılar ordusu yaradacağam. 
 
Ziyasız olanlar ziyanı dandı, 
Yox üzüqarası "qara kütlənin". 
Bir az gec inandım, 
Yaxşı inandım: 
Dişləri pis kəsmir ağlı kütlərin! 
Amandı, qoruyun bir-birimzi! 
 
Döyüş nə ağıdır, nə də meyxana, 
Ağlağan qatlanar, - 
Qatlanan sınar! 
Beş gün əlinizə düşən meydana 
Kürnəş bağlayanlar yığışmasınlar! 
 
Bu hansı ağıllı başdan başlanıb?  
Bu sel görünəndən daha dərindir.  
Bu çələng taclardan uca başların,  
Bu sümük xalqına hürənlərindir! 
 
Yaltaq da alçaqdır, alçaq da yaltaq,  
Çoxlan itləşdi bir yalaq üçün. 
  
 


________________Milli Kitabxana____________________ 
87 
 
Qoyun beləsini duza, saxlayaq,  
Sabah beləsinə şapalaq üçün. 
 
Hünər zamanın da qəddini gəlir,  
İgidlər ərləşir ərgən çağında.  
Xəyanət selinən, yelinən gəlir,  
Ədalət gələndə quş caynağında! 
 
Amandı, qoruyun, bir-birinizi! 
 
Qolu itənlərə qol olanların.  
Çəkici, orağı qorunmalıdır,  
Özgə ümidinə qor olanların  
Öz ümid çırağı qorunmalıdır! 
 
Mən də hər çağrışa dönüb baxmaram
Önümdə dağ durur, 
Arxamda dərə. 
Mən də hələm-hələm bayraq taxmaram 
Göyümdə göyərən göydələnlərə. 
 
Baxın, bir baxışla kim bunu anlar,  
Düşmən qılıncında - bu dost əlidir!  
Təbrikə, təhrikə mahir olanlar  
Güdaza verməyə səriştəlidir. 
 
İlahi, nə çoxmuş çayir kimilər!  
Ayıqlar qütbündə ayıq kimilər... 
 
Amandı, qoruyun birliyinizi!.. 
 
4 yanvar, 1989 
  


________________Milli Kitabxana____________________ 
88 
 
BU GECƏ YUXUDA 
 
Yel kimi səyirdib mənsəb atını, 
Sel kimi kükrəyib, 
Sel kimi axdım. 
Taxıb qollarıma quş qanadını... 
Bu gecə yuxuda şah oğlu şahdım. 
 
Günəşə, dur- dedim, - mənsiz yerimə!  
Üfürüb söndürdüm ulduzları da.  
Seçdim xan yerinə, əyan yerinə  
Qəpikdən, quraşdan ucuzları da. 
 
Çalalar önümdə süd gölməçəsi,  
Dərələr-bal dolu ağzına kimi.  
Əmrimə müntəzir, əmrimə əsir – 
Cəlladdan, quldurdan, - azğına kimi... 
 
Ağa barmağımı tuşladım - qara,  
Nə desəm ağardı dediyim anda.  
Kimdir bu dünyada kimliyi qalan?  
Əvvəli, sonu var qara daşın da. 
 
İştahım: ucalmaq Allah yanına!  
Bir az da yuxarı, azacıq, azca!  
Birdən şalı kimi də Allah yanıla,  
Bir çimdik toz ollam qapazındaca! 
 
Dağlara baxıram: gileyli dağlar...  
Bir meşə yüklənir bir qarışqaya.  
Bu uzaq yaxınlar, yaxın uzaqlar,  
Barışa bilmirsə - heç barışmaya! 
 
Qışqırdım, qışqırdım kişnərti sayaq,  
Qapdı hay səsimi bir qadın səsi,  
Kükrəyib qarışdı kükrəyən çaya  
Bir adam kölgəsi, bir at kölgəsi. 
  


________________Milli Kitabxana____________________ 
89 
 
Kimsə düyününü açır baxtımın,  
"Çəpik çal" deyənin öz əli yoxdu.  
Gümüş sarayımın; qızıl taxtımın  
Hər şeyi yerində,  
Özülü yoxdu. 
 
Böyrümdə tazı da, dovşan da sinib, 
Gözucu vəzirə, vəkilə baxdım. 
Nə qaçan tərpənir, 
Nə qovan dinir... 
Bu gecə yuxuda şah oğlu şahdım! 
 
29 yanvar, 1989 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə