Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

________________Milli Kitabxana____________________ 
95 
 
İnam olacaqdır - dözüm vardısa,  
Qəmi dəm eləmək o mənə qaldı.  
Bir-iki yaraqlı sözüm vardısa – 
Vətəndən almışdım, Vətənə qaldı. 
 
Qoca Xudafərin! Susmaz gur suyam:  
Qəddin düzəlməmiş ölsəm, bağışla.  
Görüşə bilməsəm, Nursum - nur suyum,  
Ölkələr içində ölkəm, bağışla!.. 
 
Əgər sən nəğməmi oxuya bilsəm...  
Bir də öz gücümlə özümə baxdım.  
Əgər sən nağməmi oxuya bilsəm,  
Yəqin ki, bunları oxuyacaqdım... 
1989 
  


________________Milli Kitabxana____________________ 
96 
 
QAÇMA MƏNDƏN 
 
Məndən qaçma, quzu ceyran,  
Məndən qaçmağa nə var ki?  
Dərdimi qan, dərdimə yan  
Məndən qaçmağa nə var ki? 
 
Ovçusuyam tələm yoxdur,  
Tək yolçuyam, Lələm yoxdur. 
Sözümə tən qələm yoxdur,  
Məndən qaçmağa nə var ki? 
 
Nur zülmətsiz haçan oldu?  
Zülmotdən nur içən oldu!  
Ürəyimdən qaçan oldu...  
Məndən qaçmağa nə var ki? 
 
Bu zamandır, gərdişi var.  
Didmə, qurma vərdişi var.  
Süd dişi var, qurd dişi var,  
Məndən qaçmağa nə var ki? 
 
Dağma duman deyiləm,  
Bağına tufan deyiləm,  
Qaçsan da qovan deyiləm  
Məndən qaçmağa nə var ki? 
 
1989 
  


________________Milli Kitabxana____________________ 
97 
 
GÜZƏŞT 
 
Bir çaydan su içir güzəşt də, qəsd de,  
Od da var, buz da var insan qanında.  
Kimi söz acıdır qızıl qəfəsdə,  
Kimi qum sovurur söz xırmanında. 
 
Hər üzə güləni tanımaq olmur, 
Güzəştə gedənlər mərd oğlu mərddi, 
Söz yamaq götürmür, 
Söz yamaq olmur 
Söz Sözə çəpərdi, söz sözə bənddi. 
 
Günah çamırında ağnayana bax,  
Onun da baxtına günəş doğulur.  
Neçə ağıllıya dedi bir axmaq,  
"Qəbahət doğuldu – güzəşt doğulur". 
 
Qulağı kar olun hin harayına,  
Tülküyə borcumuz hörmətdi-dedi.  
Düşdüsə bir sürü bir qurd payına – 
Bunun da adı var - "qismətdi" - dedi. 
 
Dünən ön sırada gördüm əzəni,  
Fərqinə varmadım, güzəştə getdim.  
Üstümə çəmkirəm Ayızadənin  
Burnuna vurmadım, güzəştə getdim. 
 
İnadda yüzəmsə, güzəştdə minəm,  
Öz əlim pis qazmır öz məzarımı.  
Bu xalqa ömürlük tapşıran mənəm  
Dərə məzarımı, düz məzarımı. 
 
Yol kəsən, ev yıxan güclüdən uzaq,  
Gücsüzlə oyunda güzəştə getdim.  
Bu da var: kölgəmi gəmirən alçaq  
Quyruq bulayanda, güzəştə getdim. 
  


________________Milli Kitabxana____________________ 
98 
 
O qədar güzəştə getdim, bu haqqı  
Çox azlar yenə də çox az bildilər.  
Ayağım altında qədim torpağı  
İndicə sərilmiş palaz bildilər. 
 
Babam da beləcə, atam da belə  
Toruna düşənə güzəştə getdi.  
Torundan qaçana güzəştə getdi,  
Yelə bağışladı yel aparanı.  
Selə bağışladı sel aparanı. 
 
O qədər güzəştə getdim, axırda  
Palazım dartıldı ayağım altdan.  
Yox, daha torpağa yenmək vaxtıdır.  
Qəzəbim, nifrətim, bərk yapış atdan  
Bəxşişim, güzəştim, daha düş atdan... 
 
2 yanvar, 1990 
  


________________Milli Kitabxana____________________ 
99 
 
DÜNYA DÜZƏLMİR 
 
Böyük Mirzə Cəlilə 
 
Ömür də tükənir, söz də tükənir,  
Başımın altından yastıq da qaçır.  
Əllərdir uçuran, əllər tikəni,  
Çölümdən yaz qaçır, yazlıq da qaçır,  
Dünya düzəlmir ki, düzəlmir, baba! 
 
Kimdənsə tez durub kimin uşağı  
İtinə daş atıb beş yüz il qabaq.  
Kimin dəyirmanı, kimdən aşağı...  
Bunları yerində kim oturdacaq?!  
Dünya düzəlmir ki, düzəlmir, baba! 
 
Tərəfsiz tərəfdə düz oğlu düzlər!  
Tərəfgir tərəfdə silah, qan-qada!  
Çayını itirən mavi dənizlər  
Çırpınıb, boğulur göz qabağında.  
Dünya düzəlmir ki, düzəlmir, baba! 
 
Kiminsə dünəni qəbirsiz qalıb,  
Kotançı babası dəmirsiz qalıb,  
Körükçü atası kömürsüz qalıb,  
Xəmrəsi, urvası xəmirsiz qalıb  
Dünya düzəlmir ki, düzəlmir, baba! 
 
Mən təkdim, cüt oldum: təkləndim yenə
Özüm yük çəkərəm, 
Özüm də yükəm! 
Baxsam "döz" deyənə, "döz" deyilənə 
Ağzımdan qapılar öz halal tikəm, 
Dünya düzəlmir ki, düzəlmir, baba! 
 
Gedir yal davası, sümük davası,  
Gedir vurhavurla çəpik davası, 
 


________________Milli Kitabxana____________________ 
100 
 
  
Gedir milyonçunun qəpik davası, 
Çürük fikirlərin çürük davası...  
Dünya düzəlmir ki, düzəlmir, baba! 
 
"Mənəm" deyənlərin məni görünmür,  
Əli tətikdələr, özü hədəfdə,  
Azmış ağılların çəni görünmür,  
İtmiş, itirilmiş başlar kələfdə!  
Dünya düzəlmir ki, düzəlmir, baba! 
 
Hələ bu dünyanın qeylü-qalı çox,  
Bilməm zəhəri çox, yoxsa balı çox.  
Ços verdim özümə bu sualı çox,  
Ərzin nadanından ağsaqqalı çox!  
Bəs niyə bu dünya düzəlmir, baba! 
 
1990 
  


________________Milli Kitabxana____________________ 
101 
 
TƏSƏLLİ 
 
Hələ ömrümüzün nə yazı olub;  
Hələ bu dünyada nə yaşamışıq.  
Bizim payımıza çatası olub  
Təsəlli bir qaşıq, ümid bir qaşıq. 
 
Demə ki, ömrümüz keçdi yandan,  
Biz yenə ümidli günlər yarıyıq.  
Biz ki gələcəyə inam sarıdan  
Dünyanın ən varlı adamlarıyıq!.. 
 
Yanvar, 1970 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə