Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   15   16   17   18   19   20   21   22   ...   38

________________Milli Kitabxana____________________ 
113 
 
Yenə "haqqı" düzləməkdi, 
Yenə üzdə olanları üzləməkdi; 
Bu yol - döngə, yarğan-uçrum 
Bir də, bir də olmayacaq. 
Bircə anlıq düşünəsən ibrət üçün, 
Dörd gözünə, dörd mil azdı - 
Nifrət üçün. 
Varlığından nə qalıbsa, 
Nə eşidib, nə görmüşəm - 
Çevirirəm birər-birər: 
Xəyalımda "sənə layiq". 
Ev muzeyi düzəldirəm, 
Girəcəkdə: bədənsiz baş, 
Qılınc tutan bədənsiz əl... 
İçəridə: Baş cəlladın şəkli başda, 
Sonra gəlir: əmrə hazır cığırdaşlar. 
Sonra galir: "Qəbristana dönən şəhər" - 
Bir xəndəyə kürəklənir 
Əli yoxlar, gozü yoxlar, 
Başı yoxlar... 
Sonra gəlir: gülləbaran! 
"Xalqa düşmən xalq kütləsi!" 
Altda yazı: 
"Xalqa düşmən olanlara xalq cəzası'". 
Sonra gəlir: "Uzaq Sibir mənzərəsi". 
Doğranılmış göy meşədə boz kötüklər... 
Kötüklərin dibindəcə boş qəbirlər... 
Başda yazı: 
"Əvvəlcədən bağlanılmış müqavilə" - 
"Sibirdən Bakıya qardaş töhfəsi" 
"Yeni sakinləri gözləyir Sibir". 
Sonra gəlir: Kremldən gələn səslər. 
Baş cəlladın teleqramı: 
"Xalqı xalqdan qoruyana dost salamı!" 
Sonra gəlir baş cəlladın məktubları: 
"Qızıl sözlər guşəsi..." 
 
  


________________Milli Kitabxana____________________ 
114 
 
Mən görməzdim o muzeyi,  
Mən girməzdim o muzeyə, 
Bacarmadım. 
Yox, o muzey mənə çoxdan,  
Çoxdan tanış, 
Bundan böyük. bundan doğru muzeyini  
Heyf, tarix saxlamamış.  
Ha istədim o muzeyin qapısından  
Pünhan keçəm, - bacarmadım.  
Gözlərimi yumam keçəm, - 
Bacarmadım, 
Bircə düyün, yapışmağa bir əl yeri – 
Bir anlığa səni, səni xilas üçün Tapılmadı. 
Rəğbət üçün, rəhmət üçün,  
Dəqiqəlik bir yas üçün Tapılmadı.  
Sənə yazıq,  
Sənə bədbəxt,  
Sənə sarsaq, sənə harın, 
Sənə sərsəm  
Demək üçün.  
Bəlkə elə günahısan  
Səni doğan bir millətin,  
Ha istədim xilqətə yad xilqətinə  
Bir ad verəm: - alınmadı.  
Mirqəzəblik sənətinə  
Bir ad verəm: - alınmadı. 
 İmanımı, gümanımı  
Vəkil tutdum, alınmadı. 
Vicdanımı vəkil tutdum, Alınmadı. 
"Karsız" dedim, alınmadı,  
"Görsüz" dedim, alınmadı.  
Bir zağan yox, bir kahan yox,  
Mağaran yox, 
  


________________Milli Kitabxana____________________ 
115 
 
Kimsənən yox, simsarın yox. 
Əqrəban yox! 
Məzarın yox, sarayın yox, xaraban yox! 
Dən axtardım, 
Çürük bir dən: 
Öləziyən xatirədə 
Bitsə birdən... 
Əl bu günü, 
Dil dünəni silkələdi, - 
Görünmədi. 
Söz daş oldu
Daş mələdi görünmədi. 
Hara yazaq bu yazını, 
Kimə deyək bu deyimi? 
Bu muzeyə nə ad verək: - 
İbrət-nifrət muzeyimi?..


________________Milli Kitabxana____________________ 
116 
 
GÖY ALTINDA, YER ÜSTÜNDƏ 
 
Bu dünya ibrətdi, bu dünya dərsdi, 
İtirən uduzur, 
Götürən udur. 
İnsanın varlığı quruca səsdi, 
Sonu da qafəsdi... Sonrası yoxdur. 
 
Dağ aşar, çay adlar insan qədəmi,  
Bir qaçmaq olmayır söz gürzəsindən.  
Vaxt olur götürüb kağız-qələmi,  
Qaçmaq istəyirəm Yer kürrəsindən. 
 
Bu göy Allahındır, 
Bu Yer Allahın, 
İnsana pay verdi - didişmə düşür. 
Allahı dananlar Allaha yaxın, 
Allahı sevənə gor eşmək düşür. 
 
Doğudan Batıya yol uçub deyən,  
İnsandan-insana yol gözə dəymir.  
Kimsə, deyirlər ki, yol tapıb göyə,  
Dəymir gözlərimə möcüzə, dəymir. 
 
Əl verib, əl tutmaq nə dəb, nə vərdiş,  
Əl tutan bir isə, əl kəsən min-min.  
Əkindi, səpindi, biçindi, vərdi,  
Torpaqdı mayası mənim şerimin. 
 
Yada mərhəm deyil hər yadda qalan,  
Var kürsü "dahisi", yığnaq "dahisi".  
Dahilər - hər sözü bir dağ, bir qala  
Cahillər- dağıtmaq, yıxmaq "dahisi". 
 
Əməl muzeyidir insan yaddaşı,  
Ad ki həkk olundu - şöhrət daşı var.  
Torpağın üstündə bünövrə daşı,  
Torpağın altında əhlət daşı var. 
 


________________Milli Kitabxana____________________ 
117 
 
Tale bir xoş ömrü çox gördü mənə,  
Tikan da əkilməz qəbrimin üstə;  
Ha qovdum özümü mən öz zirvəmə,  
Ha qovdum... dərd yığdı dərdimin üstə. 
 
Torpağa söykəndim - gücüm dağ gücü,  
Torpaqdan üzüldüm - çürümüş dənəm.  
Mən halal zəmiəon bərəkət biçib,  
Haram xirmanında döyə bilmərəm. 
 
Qaçana çatmarıq, çatmaqda nahaq,  
Uzaqlar uzaqdı, yaxın görünmür:  
Bu gözdən o gözü görmürəm daha,  
Gözümün içi də yaxşı görünmür. 
 
Torpaqsız, bu yurdda min bölgü olur, 
Böyüyən iddiam - bəlkə də sonum!  
Ey atamın ruhu, mənə həyan dur,  
Quş olum, bir kola, bir daşa qonum... 
 
Nə göydə göyüm var, nə yerdə yerim,  
Yolçuyam Yer ilə Göy arasında;  
Haradır mənzilim - hələ bilmirəm,  
Taleyin tay-təkər arabasında... 
 
4-5 mart, 1991 
  


________________Milli Kitabxana____________________ 
118 
 
NECƏ YAŞADIMSA... 
 
Heç nə qalmayacaq, bilirəm, heç nə;  
Nə şöhrət çələngi, nə şöhrət tacı.  
Vida deyəcəyəm Vətən mülkünə  
Gözləri yumulu, əlləri açıq. 
 
Nə əkdi, nə dərdi şair əllərim?  
Gözləri yumulu getməyim haqdı:  
Bəlkə gördüyümə şahid əllərim  
Oyub gözlərimi oyadacaqdı. 
 
Səhərlə göz açdım, axşamla batdım,  
Şax durdura qəhrəman heykəli kimi,  
Dünyaya gözləri yumulu baxdım,  
Dünyanı görmədim görməli kimi. 
 
Sinəmdə od tutdu söz yığın-yığın,  
Əllərim dil gəzdi bu lallıq üçün.  
Ümid çıraqları yandırmadığım – 
Əllərim açıldı halallıq üçün. 
 
Heç nə qalmayacaq, bilirəm bunu. 
İtsə nə fərqi var, 
Qalsa nə fərqi. 
Bir ömrün nə dəmdə puç olduğunu 
Anlayan olmasa... olsa, nə fərqi. 
 
Hər "mənim" dediyim mənimmi? 
Çətin! 
Yüz ara, min axtar... pisi mənimdir, 
Dünya ocağında bişən nemətin 
Tüstüsü mənimdir, 
Hisi mənimdir. 
 
Axmaqlar eləcə axmaq qalacaq,  
Onlar da baisi: göz yummağımın. 
 
 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə