Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

________________Milli Kitabxana____________________ 
102 
 
BU ŞEYTANLAR 
 
Böyük Cavidi oxuyarkən 
 
Yer üzündə hər nə qədər insan yaşar, 
Yer üzündə o qədər də şeytan yaşar, 
Hər düyündən, hər müşküldən hali 
şeytan, 
Yolçu şeytan, 
Sülək şeytan, 
Ala şeytan! 
Onu insan doğmayıbsa, 
Hardan belə bu qədərdir? 
O, su üstə üzən quru
O, quruda su qədərdi. 
Şeytan almaz insan dərsi, 
İnsan alar şeytan dərsi, 
Şeytan işi düzün tərsi, 
Tərsin düzü olmur, olmaz: 
Onu gəzən yolçu olar, 
Qismətində uğur omaz. 
Başdan aşar "səxavəti", 
Bizdən bizə pay gətirər 
pay aparar, 
Vay aparar, vay gətirər;  
Qəlbimizdən çıxıb gedər məqamında,  
Böyüklərə yük daşımaq məramında.  
Didib tökər ağlımızı,  
Orda hamar cığır görsə,  
Eşələyib quyu eylər,  
Bir balaca çuxur görsə,  
Sinəmizdə bayquşlara yuva qurar,  
Bircə şaxı sınmış görsə,  
Şax gəzinər, şax oturar,  
Ac-yalavac qurd-quş görsə.  
Çöl dünyası daha geniş, daha böyük; 
  


________________Milli Kitabxana____________________ 
103 
 
Daha ağır çəkdiyi yük,  
Özü dartar, özü saxlar.  
Kürsülərə can atanı;  
Özü açar, özü bağlar.  
"Qara şeytan", "sarı şeytan",  
"Ala şeytan", "Bala şeytan".  
Cəmiyyəti yaradanı.  
"Alda-verdə" səriştəli,  
Hər yerdədi, hər işdədi.  
Heç yerdədi, heç işdədi.  
Bu gün yaşa, bu gündədi,  
Keçmişə köç keçmişdədi.  
Alqış alar, çəpik satar  
"Üç qəpiyə", "beş qəpiyə",  
Satar şöhrətpərəstlərə,  
Satar mənsəbpərəstlərə,  
Satar yalanpərəstlərə.  
Bu şeytanlar kəsə-kəsə  
Əlimizlə əlimizi,  
Dar ağacı qurğuları  
Çəkib yığar qəlbimizə;  
Elə qurar dilimizi,  
Hər kəs özü 
ölümünə fitva verər.  
Elə burar əlimizi,  
Hər kəs özü cəllad tapar,  
Cəlladına özü iti balta verər.  
Bu şeytanlar: 
Qonşu şeytan qəlbindəki şeytanlara  
Yol axtarar, tapar yolu;  
Bu da şeytan, şeytan oğlu,  
O da şeytan, şeytan oğlu,  
Bu da oğru, o da oğru;  
Bu da quldur, o da quldur.  
Bu yol, qardaş! 
 
  


________________Milli Kitabxana____________________ 
104 
 
Şeytanların 
ünvanından gələn yoldur,  
Bu yol, qardaş! 
Şeytanların yuvasına gedən yoldur,  
Vallah, qardaş, 
Öz qəlbində özünə yer qalmayacaq,  
-Belə getsə şeytanların  
Bu artımı. Bir qulaq ver: 
Arxamızca şeytanların hürüşməsi  
Qurtardımı!!! 
mart, 1991 
  


________________Milli Kitabxana____________________ 
105 
 
YOXDU 
 
Bu ocaqda söz alışqan,  
Alışan var, yanan yoxdu.  
Bu saman ki, saxlamışıq,  
Yiyə duran zaman yoxdu. 
 
Dedim qurban şirin dilə,  
Yatdımı bir şerim dilə?!  
Şirin dildə şirin dilək,  
Şirinliyi duyan yoxdu. 
 
Söz qanmaz ki, şeşələnir,  
Söz küllükdə eşələnir.  
Min dərdim var - rişələnir,  
Bircəsini qanan yoxdu. 
 
Bu yol ki, düşdüm ağına,  
Dartınır "ölüm dağına",  
Düşdüm ümid sorağına,  
Hay verən çox, hayan yoxdu. 
 
Daşdan-kəsəkdən yazıram,  
Çəndən-çiçəkdən yazıram,  
İtdən-pişikdən yazıram,  
Heç fərqinə varan yoxdu. 
 
Harda yoxam, harda varam,  
Qərarımda biqəraram;  
Nəyim halal, nəyim haram,  
Yoxdu, şərhi-bəyan yoxdu. 
 
Sözümü yordum bu yolda,  
İzimi yordum bu yolda,  
Dözümü yordum bu yolda;  
Dözümə də güman yoxdu. 
 
mart- aprel 1991 
 
 
 


________________Milli Kitabxana____________________ 
106 
 
 
NƏĞMƏ 
 
Millətyolu- haqqın yolu,  
Ucal, millət bayrağı.  
Vətən andı xalqın yolu,  
Yaşa, Vətən torpağı. 
 
Xoş sabah sorağında,  
Keşikdə durmalıyıq.  
Qaıldan, qandaldan uzaq  
Bir dünya qurmalıyıq. 
 
Səslər bizi el səsi,  
Səfərbərik, səfərbər.  
Gözümüzdən doğulub  
Duru, aydın səhərlər. 
 
Dağı-daşı titrədər  
Harayımız, hayımız;  
Nəğmələrə qanaddır  
Dənizimiz, çayımız. 
 
İşıqlansın ürəklər,  
Qəlbimizin şamından!  
Səadəti pay verək,  
Yer üzündə hamıya. 
 
Oyan, qalx, Azərbaycan!  
Taleyinə yaxşı bax. 
Bu torpağı yaşadan  
Ayıq başlar olacaq. 
 
Hayqır, Araz sədası!  
Titrəsin Ağrı dağı.  
Öyrədək özümüzə  
Özünə qayıtmağı. 
  


________________Milli Kitabxana____________________ 
107 
 
YOLÇU, YOLUN HARADI? 
 
Yolçu, yolun haradı?  
Qoşulum sənə bəlkə!  
Birləşib çıraq olduq  
Yolu itənə bəlkə? 
 
Mən keçmişi itirdim,  
Sən sabahı bəlkə də.  
Qarışdırıb bölərik,  
Bu günahı bəlkə də. 
 
Duru gözlər bulandı,  
Daha duru nə var ki?  
Yaman gözdən gizlənən  
Neçə qərinə var ki? 
 
O mənəm - sən adında,  
Qırıq daşa söykəli,  
Dağında yad buludlar,  
Bağında yad heykəli. 
 
Arxamda lay-lay duran,  
Divarlar aşdı lay-lay.  
Oduna isindiyim,  
Qadın ülfəti-laylam. 
 
Ayrı yoldu söz yolu,  
Quyruq olmaz heç yola,  
Əyrini də çəkməz o  
Əyri yola, kəc yola. 
 
Öndə nəyim yəhərli,  
Arxada nəyim qalıb.  
Gir gizlən ürəyimdə,  
Bircə ürəyim qalıb... 
 
1991 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə