Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   21   22   23   24   25   26   27   28   ...   38

________________Milli Kitabxana____________________ 
148 
 
Bu odu odunsuz yanan dünyada  
Şeytana göz dikən gözə görünmə,  
Bu yaman dünyada; yalan dünyada  
Gözəl ol, anıma ki, gözəl görünmə! 
 
Özüm çəkəsiyəm hər ağır yükü!  
Yorulmam, hər anı bir gün də olsa,  
O səni yaradan haqqa min şükür!  
Gözlərim sevindi bir gün də olsa... 
 
Mən yenib gedirdim qüruba doğru,  
Neçə dərd-vəsiyyət qolumun üstə,  
Önümdə bir təzə dünya doğuldu  
Sən nazil olanda yolumun üstə... 
 
1992 
  


________________Milli Kitabxana____________________ 
149 
 
BU MİLLƏTİN DƏRDİ-SƏRİ 
 
Nəhrləri döndər belə haqqa sarı,  
Haqq qapısın açmır, atam, haqq açan.  
İmanınla, gümanınla haqqa sarın,  
Bu millətin dərdi-səri min şaxəli. 
 
Hökmü bircə: yüz niyyətin, min niyyətin,  
Asan yolla asan yola çıxmaq çətin;  
Sayğısı çox, qayğısı çox bu millətin;  
Bu millətin dərdi-səri min şaxəli. 
 
Tanrım, məni tuş eləmə satqına, tuş;  
O; milləti şöhrətinə girov qoymuş,  
Heç görmədim qan tökəni qannan doymuş,  
Bu millətin dərdi-səri min şaxəli. 
 
Özü hakim, özü dustaq öz içində,  
Qızıl sözü itir lilli söz içində;  
Milyonları sel ağzında, toz içində.-.  
Bu millətin dərdi-səri min şaxəli. 
 
Gözgöroti taxtdan salır əyri düzü,  
Əyri qələm, əyri fikir, əyri düzüm,  
Bu düzlükdə düzlük özü əydi düzü,  
Bu millətin dərdi-səri min şaxəli. 
 
Bu, beləcə içimizdən gələn səsdi,  
Bu, beləcə yolumuza çıxan dərsdi;  
Düşmən əli əlimizlə bizi kəsdi,  
Bu millətin dərdi-səri min şaxəli. 
 
Dağ Aranda, Aran dağda olan yerdə,  
Yurddaş adlı yurd dağıdan olan yerdə.  
Baş gödəndən aşağıda olan yerdə,  
Bu millətin dərdi-səri min şaxəli. 
 
3 iyun, 1992  
  


________________Milli Kitabxana____________________ 
150 
 
AY ALLAH 
 
Şəhidlərin çoxu mərdlər,  
Namərdlər artır, ay Allah!  
Nə sənə səsim-harayım,  
Nə əlim çatır, ay Allah! 
 
Ha qovsa da kağız-qələm,  
Həmdəmimdi bu dərd-ələm:  
Öz içimdə öz zəlzələm  
Ayıqca yatır, ay Allah! 
 
Könül böylə didər kimi?  
Didər qəsdi, didər kimi.  
Haqq yolunda didərgini  
Haqqına yetir, ay Allah! 
 
Mən gedərgi, aləm qalır,  
Bağrı yarıq lələm qalır,  
Dünya duymaz naləm qalır,  
Bu nə həyatdır, ay Allah! 
 
Hanı? - dedim - dünya mənim?  
Dünya mənim, qovğa mənim.  
Dərya mənim, dalğa mənim...  
Öz gəmim batır, ay Allah! 
 
9 iyul, 1992 
  


________________Milli Kitabxana____________________ 
151 
 
QAYITMA 
 
Gördü öz işini ömür də, vaxt da;  
Qayıtma geriyə, qayıtma daha.  
Ötənin, itənin dalınca - baxma,  
Qayıtma geriyə, qayıtma daha. 
 
Dönüb nə görərsən bu əyri yolda, - 
Böhtanlar, qeybətlər yarğanı ancaq.  
Harayla, yüyür də, özünü yor da,  
-"Gəl" - deyən, "gör" - deyən tapılmayacaq. 
 
İstər at, istər bük, qəlbində gizlə,  
O sevda işıqdı, ocaqdı keçdi.  
Üz-üzə dayanıb coşan dənizlə  
Bir ovuc qum ilə oynama, gecdi. 
 
Sənə bu gedişdə yetişmək çətin,  
Kaş ola bu gediş bəxtinə sarı.  
Kimi uçrumuna ilk məhəbbətin...  
Kimi də öz qızıl taxtına sarı. 
 
Bir qoşun yoludur bir tale yolu,  
Mənim də vədimə heç uyma nahaq;  
Mənim öz dərdimlə ürəyim dolu,  
Yox əlim əlsizə nə əl tutacaq. 
 
Mən səni yolundan saxlasam belə
Qayıtma, əzizim, geri qayıtma.  
Kövrəlib, dalımca ağlasam belə  
Daş bilib üstümdən yeri, qayıtma! 
 
Dönükdən dərs almaq daha pis örnək,  
Çalış dönməzliyə dönəni gör sən.  
O nurlu bu gündən zəhlən gedəcək,  
O alatoranlı dünəni görsən. 
 
  


________________Milli Kitabxana____________________ 
152 
 
Mən dünən, dünənki sədayam, səsəm,  
Mən dünən, dünənin dünəni bəlkə,  
Haraya yetməzəm, haya yetməzəm,  
Atasan bir yolluq o məni bəlkə? 
 
Mən daşam, dəmirəm, torpağam daha,  
Üstümdən adlayıb yeri, qayıtma!  
Geridə sən görən mən yoxam daha,  
Qayıtma, əzizim, geri qayıtma!.. 
 
22 avqust, 1992 
  


________________Milli Kitabxana____________________ 
153 
 
BU, İNSAN ADLANAN İNSAN 
 
İlahi, sən saxla, kallaşır insan,  
Ölüm adiləşir, dərd adiləşir.  
Bu insan yanında insan da yansa  
Sanır tamaşadır - bu haray-həşir... 
 
Baş əyir, and içir ana torpağa,  
Aşman, daşınan torpağı görmür.  
And içir ulduzlu, aylı bayrağa,  
Böyründə dilənən uşağı görmür. 
 
Bu insan qara daş, paslıca dəmir,  
Görmür, görə bilmir səpilən dəni.  
Seçmir, seçə bilmir, seçmək istəmir  
Qara geyinəndən ağ geyinəni. 
 
İndi bu insanı ayır, tap-tanı  
Qələm görə-görə, söz görə-görə!  
Qadın təhqirlənir, qoca tapdanır  
Qanun görə-görə, göz görə-görə. 
 
Ölüm adiləşir, kallaşır insan...  
Onsuz da ah-vayı ölü eşitmir,  
Kallaşa-kallaşa karlaşır insan,  
İçinin səsini çölü eşitmir... 
 
Görmür göz yaşını, çay görən insan,  
Vay deyən, saç yolan ananı görmür,  
Özü də özünün çıxır yadından,  
Özünün oduna yananı görmür. 
 
O qədər qan tökən əl var ki, görür:  
O, axan qanı da axan su bilir.  
O qədər qəribə hal var ki, görür;  
Ulayan iti də qonşusu bilir... 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə