Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   30   31   32   33   34   35   36   37   38

________________Milli Kitabxana____________________ 
197 
 
SƏNİN ETİBARIN... 
 
Sənin də etibarın bura qədərmiş?, heyif... 
Dözümünün dözümü çatmadı sənə qədər. 
Mən aldadım özümü; 
Qəzaya-qismət deyim, 
Sən aldat ki, özünü, "naxışdı yanlış qədəm"... 
 
Kimsə bilməz kim olub ilk yolçusu bu yolun
Xəyanət sellə yaşıd, 
Boranla-qarla yaşıd... 
Bilmirəm bu kəlamı kim yonub, 
Yaxşı yonub: 
Qohum badalağından cəllad bıçağı yaxşı! 
 
Üzünün üzü gülür, astan qapqaradır, 
Orda bir ağ kölgəni 
Bir qara kölgə udur. 
Kölgələr tulaşında təzə kölgə yaranır: 
Nə ülfət duyğuludur, 
Nə hörmət duyğuludur! 
 
Dil felə qoşulanda baş əldə diyircəkdi, 
Dilin behişt vədləri - 
Bihuşdan olarmış. 
Bir qarış səddimizi gör zaman 
hara çəkdi...  
Zirvə qarı bildiyim -Güney qarı olarmış. Şərəfli tanımıram 
Şərəf tapdaya bilə,  
Alçaqlardır- 
Alçaqlıq axtaran ucalara.  
Deyin ki: "göyərçindən, leyləkdən ismət dilə,  
Bir qəlbi viran qoyub, bir qəlbə uçanlara". 
 


________________Milli Kitabxana____________________ 
198 
 
Ələdim, dənələdim ötən günləri bir-bir, 
Harayından dikəldim: 
Ərlərin, ərənlərin. 
Bir xatirə təsbehə zor-güclə düzə bildim. 
Yadıma gələnləri, 
Yanıma gələnləri... 
İlk qədəmdə öpüşdü, son qədəmdə tüpürcək, 
Bir qeyri mükafatın olacaqmı, nə deyim?.. 
Peşə süpürmək isə, 
Axtar qızıl süpürgə... 
Sənin də etibarın bura qədərmiş, heyif! 
 
May- iyun, 1984 
  


________________Milli Kitabxana____________________ 
199 
 
GÜNƏŞ GÜNÜ 
 
Əkinçi, səpinçi gününə yaxın,  
Dəmirçi, kömürçü gününə yaxın,  
Bu günü qoparaq il budağından,  
Elə adisinin, elə bozunun.  
Süpürüb qarını, silib tozunu  
Yuyub gözümüzdə, sözümüzdə biz  
Sərib qurudub da sinəmizdə biz,  
O günə ad verək, ad - Günəş günü,  
Əkək ağlımıza, yaddaşımıza.  
Bir gün salam verək, - İşığın aydın!  
Töhfəmiz olmasın işıqdan ayrı.  
Bir gün işıqlansın zirzəmilər də,  
Üzü gülər olsun gözü nəmlər də.  
O gün; 
Birinci and yeri qoy Günəş olsun,  
Bir yola çıxacaq iki istəyin...  
Son dəfə baxdığı qoy Günəş olsun  
Əlacsız xəstənin, ağır xəstənin.  
İşıq xərcləməyək cinayətlərə,  
İşıq xərcləməyək xəyanətlərə,  
Çörəyo nur qataq, suya nur qataq,  
Söhbətə nur qataq,  
Sözə nur qataq!  
İşıq çaparları meydanı açaq,  
Ulduzlar tökülsün tamaşasına.  
A şair, qurutma yaranı duzla,  
Qaralıq gətirmə sən ağ şerinə.  
Bir işıq ilinə gələn ulduzlar  
Yüz işiq ilinə dönməz yerinə.  
Dünyamız o qədor qatı dumanda:  
Gözləri tor bağlar ulduzların da.  
Bir günün nurunu yığsaq bir yerə,  
Bəs edər ən tutqun planetlərə.  
Bu bir gün 
O qədər xoş olsun, o qədər işıq  
O qədər mülayim, o qədər ilıq... 
 
  


________________Milli Kitabxana____________________ 
200 
 
Pis sözlər küllənsin söz küllüyündə,  
Pis günlər utansın pis günlüyündən...  
Haylayıb Nazimin cocuqlarını,  
Bir gün onlara da işıq içirdək.  
Bir gün heyrətimiz tuşlansın göyə, 
Dünyada nə vardır heyrətdən böyük?  
Qıraq raketlərin qanadlarını,  
Kürsüdən endirək diplomatları.  
Dartıb hədə-qorxu nazirlərinin  
Yarımçıq saxlayaq çıxışlarını,  
Onların parlament alqışlarını  
Qapıb əllərindən ütək bir anda,  
Bu bir gün seçici salonlarında  
Səssatma, səsalma nırxını alaq.  
Bu gün dünyamızda  
Bir rəngli bayraq  
Bir rəngli hökm olsun,  
Bir rəngli arzu. 
Nə üz cırmaqlansın, nə göz yorulsun,  
Qoy bu gün tərifə öyrənişənlər  
Günəşin eşqinə sağlıq desinlər,  
İmzalarla deyil, gözlə görsünlər:  
Ağlın duruluğu nə təhər olur,  
Hökmün bulannığı nə təhər olur,  
Günəşin işığı necə paylanır,  
Niyə bu işıqlar gecə paylanır?  
Amma ki satılır toxum yerinə... 
 
Hər günün, hər ayın kürəyində yük,  
Vahimə tuşlanır yerin qəlbinə.  
Bəşərin inadı qorxudan böyük,  
Təsəlli məlhəmdir insan qəminə. 
 
Deməyin boşalmaz bu dolu boşluq – 
Zərrəni zərrəyə düysə bu birlik.  
Bəlkə bu minvalla günə gün qoşub  
Dünyada işığı qoruya bildik. 
 
1982  


________________Milli Kitabxana____________________ 
201 
 
 


________________Milli Kitabxana____________________ 
202 
 


________________Milli Kitabxana____________________ 
203 
 
ƏSGƏR QƏBRİ 
 

 
Gördüm Lvov şəhərində 
o qəbri mən,  
Ukraynanın uzaq, uzaq bir yerində 
o qəbri mən qucaqladım. 
Nə sevindim, nə ağladım:  
Dondum bir az.  
Sağlığıyla məzarlığı  
Görüşən heç olar, olmaz - 
düşünmədim. 
Yox, bu mənəm, mənəm - dedim.  
Elə bil ki, 
bir cazibə qüvvəsindən 
qaçammadım,  
Yoxluğuma yaxınlaşdım 
addım-addım.  
Dünənimin qəhrəmanlıq muzeyinə 
addım atdım...  
Bura əsl 
Məzarıstan adlı şəhər.  
Burda sükut nəqliyyatdır.  
Sürücüsü - dilsiz qəbir abidələr  
Öz yerində hərəkətdə,  
Öz yerində səyahətdə.  
Bura - bütün evlərinin  
Odu itmiş 
daş şəhərcik.  
Sakinləri tarixlərə  
Qonaq getmiş 
daş şəhərcik.  
Bu şəhərdə sakinlərin 
söhbətləri 
daş dilində. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə