Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   30   31   32   33   34   35   36   37   38

________________Milli Kitabxana____________________ 
216 
 
Bütün silah yasliləri,  
Bütün raket bağçaları 
Boyadılsın bu rəng ilə.  
Hələ nifrət "bayrağı" da 
Yaradılsın bu rəng ilə. 
Davalara ilk hazırlar  
Bu bayraqla “təltif”lənsin.  
Nifrət donlu qabaqcıllar  
Nifrət dolu şüarlarla 
“tərifl”ənsin.  
Nifrəl, qəzəb! 
Bu gördüyüm 
qəbirlərin 
İntiqamı bu dondadır,  
ittihamı 
bu dondadır. 
 
 
VII 
 
Ey balladam, 
mavi geyin bir anlığa,  
Sən bir mavi işıq apar 
o qranit qaranlığa.  
Ağ lələkli, mavi qumru  
Uçsun yaşıl kol üstündən.  
Yaşıl, mavi uşaqlığı  
Əl eləsin yol üstündən.  
Mavi ləpə bağışlasın  
Göygöl ona,  
Xəzər ona.  
Onu burda ağlayıbdır,  
Yarasını bağlayıbdır,  
Əbədi də keşik çəkir 
İndi mavi gözlər ona.  
Mavi gözə baxa-baxa  
Bir parça od keçib gedib,  
Mavi gözlər dünyasından  
İki qara göz karvanı 
köçüb gedib. 
 


________________Milli Kitabxana____________________ 
217 
 
 
Şevçenkonun “Vəsiyyət”i yada düşüb,  
O son anda bəlkə 
Qeyri-ixtiyarı  
Göz yaşına çatıb yalnız  
Son görüşün, son vidanın 
iqtidarı.  
Var olun ki, ukraynalı 
dostlarım, siz  
Bu gün məni öz qəbrimin 
görüşünə gətirdiniz.  
Sevindim ki, Vətənimin  
Ukraynast 
düşmənlərlə vuruşanda,  
Mən də onun oğlu kimi  
Bu torpaqda vuruşmuşam.  
Mən bir ovuc Azərbaycan 
torpağıtək  
Ukrayna torpağına 
qarışmışam.  
Məzarımdan nar ağacı, 
bir do söyüd 
bitsə, ancaq 
Meyvələri salxım-salxım,  
Şar-şar yanan od olacaq. 
 
VIII 
 
Ey balladam, qırmızı gey, 
qan-qırmızı!  
Bir qımıızı bayraq olub, 
yan qırmızı!  
Yaralanmış bir pələngin 
baxışlarından qırmızı!  
Qırmızı gey, qan-qırmızı!  
Bu oğullar  
Həyatının son anını 
 


________________Milli Kitabxana____________________ 
218 
 
Ot üstünə, qar üstünə 
həkk eləmiş 
bu rəng ilə. 
Çox torpağın çox yerində  
Qırmızılıq qalır hələ.  
Solub gedən bənizlərə 
qırmızı tül çəkilmişdi, 
hara getdi? 
Bəs o kətan sinələrə 
qırmızı gül çəkilmişdi - 
hara getdi?  
Biz qırmızı cığırlarla  
Addımladıq Berlinəcən.  
O qırmızı atəşlərlə,  
O qırmızı tüfənglərlə,  
O qırmızı fişənglərlə  
Biz Berlinə  
Təzə həyat aparmışıq.  
Qara üzlü bır dünyadan  
Ağ üzlü bir Almaniya qoparmışıq. 
 
Ey balladam, 
bəlkə onlar çıxıb yaddan?  
Bu gün Hitler göbələyi 
baş qaldırır torpaq altdan.  
Bu gün onun yuxusunu 
sayıqlayan generallar  
Ayağına yenə Hitler nalı nallar.  
Avropanı bu qədəmlə  
Gəzmək istər yenə onlar.  
Ey balladam, qırmızı gey,  
qırmızı qan - 
axsın onun məzarına 
hər misradan.  
Bilsin onun axan qanı 
Nə bitirib, 
bu torpaqda  
Nəyə dönüb, nələr olub. 
 


________________Milli Kitabxana____________________ 
219 
 
Hansı düzdə çay nəğməsi, 
Hansı çayda bəndlər olub, 
Yurdumuza səpələnən 
Nəsil-nəsil 
Gülüş ülub, 
Həsrətlər saçlarında 
gümüş olub. 
Öz canım həsr etdiyin 
Lvova bax! 
Ukraynanın qərb Kiyevi, 
Təkcə qərib qonağı yox, 
Hətta qərib quşu sevir, 
O quşlar da yaralanıb 
Bu torpaqda, 
Balasını itiribdir. 
Tank şumlayan həyətlərin 
kərdisində  
Öz yemini, 
Külə dönmüş pərdisində  
Yuvasını itiribdir.  
Ey balladam. 
Sən bir vida marşına dön.  
Uyut onu - o əsgəri,  
Aram-aram başına dön.  
Bir də qapa kirpiymi,  
Gözünü sıx dərin-dərin.  
Anamın buz məzarından  
Bilirəm ki, neçə dəfə  
Torpaq alıb kirpiklərin.  
Damız, damız qəbrinə sən,  
O torpağın tozunun 
bir zərrəsini,  
Yenə torpaq isindirər  
Onun torpaq sinəsini. 
  


________________Milli Kitabxana____________________ 
220 
 
KƏNDİM, BALACASAN,  
ÇOX BALACASAN... 
 
Bu gecə gecənin nəfəsi qordu,  
Bu gecə gecəmdən yuxunu qovdu; 
Göyün yaxasını açmaq istədim,  
"Ağ yolun" altınca qaçmaq istədim,  
Axan bir ulduzu yedəkləyib mən  
Yüyürmək istədim kəndimizəcən.  
Ayıq itlərinin yanından ölüm,  
Ələyim gecəni qumlu dən kimi.  
Dərə-dəyirmana süzüm zülməti,  
Yuyulsun, durulsun göz bulağında  
Gecənin zülməti, gözün zülməti.  
Gecə pərdəsini lay-lay çevirim,  
Bəhrəli bağların üstünə örtüm,  
Çayların, göllərin üzünə örtüm,  
Körpəli evlərin üstünə örtüm.  
Payıma düşəcək bir ovuc gecə 
Götürüb yuyunum, götürüb içim...  
Bir cığır istəyim qar adamından,  
Dovşan ləpirini qurd ləpirindən  
Ayırıb, ayrı bir səmtə çevirim.  
Atlanam qonşunun qara damından,  
Köhnə daxmamızı görəm yuxuda,  
Kəhər atımızı görəm yuxuda, 
Kətan nəğməsinə holavar qatam,  
Çəpərdən üstümə qəfil su atan  
O güləyən qızı görəm yuxuda.  
Havadan asılı şəhər evləri,  
Qışqıran, bağıran asfalt küçələr  
Beləcə aylardan, illərdən bəri  
Kəndimi yuxuma qoymur gccələr.  
Didişən radio dalğaları da,  
Axşamın dava-qan kinoları da 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə