Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   27   28   29   30   31   32   33   34   ...   38

________________Milli Kitabxana____________________ 
184 
 
ÇOX TƏZƏLƏR KÖHNƏLİR 
 
Sözümüz, nəğməmiz köhnəlir, ey dad!  
Qələmdən kağıza düşən andaca.  
Daşatdı sevgi də, atüstü toy da  
Köhnəlir gözümün qabağındaca. 
 
Alanın əli yox, satanın malı,  
Min şübhə doğulur, heyrət doğulmur.  
Təzə söz boğazda tıxanıb qalır,  
Doğru doğulmursa, - sənət doğulmur. 
 
Elə bil ilhamın yolu bağlıdır;  
Ha gözlə, qayıdıb dalınca gəlməz.  
Zaman ağlağanı belə ağladır- 
İlham perikdisə ölüncə gəlməz. 
 
İllərlə babalar düşmədi atdan,  
Zamanla bu sayaq üz-üzə durduq.  
Yığılıb qırmızı bayrağın altda  
Yasin oxuyurduq, himn oxumurduq. 
 
Son böyük yazığı xırda millətin,  
Sən yığıb nəyin var - bir bənd edəydin.  
Yamanın yaxşıya peyvəndi çətin,  
Yaxşını yamana peyvənd edəydin. 
 
İllər həsrətinə dözən şerimiz,  
Köhnəldi nə yaxşı, susdu nə yaxşı.  
Arazdan, Təbrizdən yazan şerimiz,  
Köhnəldi nə yaxşı, susdu nə yaxşı. 
 
Qəm hələ nə yanğı, dəmi duyan yox;  
Soluxmuş kədəri kim oxuyacaq?  
Nimdaş fikirlərə yiyə duran yox,  
Cındır nəğmələri kim oxuyacaq! 
 
 


________________Milli Kitabxana____________________ 
185 
 
Şüar yazmağınan çörək qazanan,  
Çəpik çalmağınan mənsəb haqladı;  
Yenə də haqsızdır haqqa qızınan,  
Yenə də haqlını qış qucaqladı. 
 
Bu boyda varlığa yalançı dedim,  
Hər alqı-satqıya yalan açıqdı.  
Nə qədər vədləri yığıb ələdim – 
Ələdim, hamısı yalana çıxdı. 
 
Qartal nəfəsidir sözün nəfəsi,  
Duyğusuz ürəkdə bayquş uluyur,  
Zamanın gözləri mizan-tərəzi,  
Çəkin var, yükün var, səsin var, buyur... 
 
9 may, 1996 
  


________________Milli Kitabxana____________________ 
186 
 
GECİKDİ 
 
Mən tale-bəxt oyununda naşıyam,  
Bu torpağın yumruq boyda daşıyam.  
Ünvanıma işıq yükü daşıyan,  
Xoş xəbərlər, xoş diləklər gecikdi. 
Kimə qəmdi, kimə dəmdi bu çağım.  
Oyan, könlüm, bu son andı, çal-çağır:  
Hanı cərrah, hanı cərrah bıçağı? – 
Ağızucu deyəcəklər: "gecikdi..." 
Yer düzələr, yox düzəlməz bu kərki;  
Vədəsində getməlidi gedərgi,  
Mənası yox, nə xahişin, nə ərkin,  
Mən tələsdim, gələcəklər gecikdi. 
 
19 iyun, 1996.  
Quba-Digah 
  


________________Milli Kitabxana____________________ 
187 
 
GÖYDƏN DÖRD ALMA DÜŞDÜ 
 
Nağıl istəyirəm, şirin bir nağıl,  
Nağıl istəyirəm, təzə bir nağıl.  
Köhnə nağılları yeyib qurtardıq  
Köhnə nağılları içib qurtardıq:  
Bir az duzlu idi, bir az da şirin.  
Üç alma düşmədi nağıldan sonra,  
Heç alma düşmədi nağıldan sonra.  
Xəlbirlə su dartan divlər - görmədik;  
Fillər məğlub oldu qarışqalara,  
Şirlər təslim oldu qarışqalara,  
Dovşan tələsinə canavar düşdü!  
İnsan cələsinə sərçə - görmədik;  
Üç alma düşmədi göydən - görmədik;  
Heç alma düşmədi göydən – görmədik.  
Bu il nağılçılar göylə danışıb:  
Dörd alma düşəcək nağıldan sonra.  
Tələsin, tələsin nağılçı dostlar;  
Nağıl dinləyənlər siz də tələsin,  
Göyün də vədinə inanmaq olmaz:  
Nağıl qurtarmamış düşsə almalar...  
Onda nağılçıya kim inanacaq!  
Heç alma düşmədi göydən bəlkə də...  
Bir şirin nağıl da bitəcək belə.  
Üç alma düşəcək, üç alma göydən;  
Dörd alma düşərsə, biri bizimdi... 
  


________________Milli Kitabxana____________________ 
188 
 
   İNSAN YALAN DANIŞIR 
 
Qara sözlə, ağ sözün 
Yeri dəyişik düşür; 
Yalançının dilindən 
Söz düşür - düşük düşür, - 
İnsan yalan danışır... 
İnsan yalan danışır - 
Zaman yalan danışır; 
Zaman yalan danışır, 
İnsan yalan danışır. 
Zaman uda bilmir bu yalanları, 
Bəzən duya bilmir bu yalanları, 
Zaman yuya bilmir bu yalanları, 
Zaman küləklərə qoşur yalanı, 
Üfüqlər illərə qatır yalanı, 
Qara, ağ yalanı, çopur yalanı. 
Hardandı bu qədər yalan doğanlar? 
Yalanı doğan var! 
Boğan da varmı? 
Elin zirzəmili ürəkləri bir, 
Qalxın ağ gəmili ürəklərə bir. 
Yalan tarlasıdır bəy yalanları, 
Göy-göy də biçirik göy yalanları. 
Qorxun, yalançılar, qorxun yalandan, 
Qorxun həm satandan, həm də alandan, 
Açıbdı ağzını əjdaha kimi, 
Gələr dalımızca - haraya getsək. 
Kəsər qarşımızı harda dayansaq, 
Dönər dar dalana haraya dönsək. 
Dönər ağ yastığa qara qalanlar
Nə qədər istəsən başını qoy yat; 
"Sözdür", nə satan var, nə də alan var, 
Özün al, özün sat, özünü aldat. 
Bəzən yalançıya gülər yalanlar, 
Böyürər, mələyər, hürər yalanlar. 
 


________________Milli Kitabxana____________________ 
189 
 
Qorxun, yalançılar, qorxun yalandan.  
Qorxun, həm satandan, həm də alandan.  
Qorxuram bir səhər sökülməyə dan,  
Haşa yalançıdan, haşa, bu dünya,  
Qorxuram bu yalan ağırlığmdan  
Qopub məhvərindən, aşa bu dünya. 
 
1995-1996 
  


________________Milli Kitabxana____________________ 
190 
 
MİKAYIL ŞEİR OXUYUR... 
 
Mikayıl Mirzənin  əlli yaşı tamam oldu. O, Azərbaycanın xalq artisti, 
böyük aktyordur, millət vəkilidir, ictimai xadimdir, sənət müəllimidir. 
Bunları hamısı  məlumdur. Mən  şair olduğum üçün onun çoxsahəli 
fəaliyyətinin bir qanadından - poeziya qanadından danışmaq istəyirəm, onu 
alqışlamaq istəyirəm, onu dinləmək, dinləmək istəyirəm. 
Məncə, Mikayılı bir dəfə dinləyən kəs sonra uzun zaman özünü, öz içini 
dinləməyə bilmir, çünki Mikayılın oxuduqları yalana, böhtana: riyakarlığa, 
nadanlığa qarşıdır, onları daşiyanlara qarşıdır; onlara şillədir, qılıncdır 
Mikayılın şeirləri. Onları dinləməmək mümkün deyil... 
Doğruya, ədalətə yön tutan insan zəkasıdır Mikayılın müraciətləri; əbədi 
işıq, sabahın nuruna çağırışdır. "Mən kiməm" sualına cavabdı. "Təlikdən 
barmağını çək" nidasıdır Mikayılın səsi. 
 
 
Onun söz qalası qaynaqdı yerə,  
Onu söz qayası güclüdü gücdən.  
Özündan qaçmağı bacaran deyil,  
Özünə dönməyi öz əlindədir.  
Deyirəm: yüz ildi, yüz əlli ildi,  
Dünyanın damına çıxıb Mikayıl,  
Yalanla doğrunun səddini çəkir,  
Haqq ilə nahaqqın səddini çəkir.  
Yığıb söz daşları, söz qayaları,  
Vurub bəbəyinə biganələrin,  
Atır qulağına eşitməzlərin,  
Atır ürəyinə ürəksizlərin.  
Mikayıl şeir oxuyur:  
Sərhəd xətti ayıqdır.  
Daş, qaya da ayıqdır,  
Ağaclar da ayıqdır.  
Əsgər gözləri ayıq,  
Əsgər barmağı ayıq,  
Əsgər nəfəsi ayıq,  
Əsgər silahı ayıq.  
Mikayıl şeir oxuyur...  
Bəzən də belədi, belədi dünya  
Nəinki damına çıxanı görmür, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə