Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   30   31   32   33   34   35   36   37   38

________________Milli Kitabxana____________________ 
204 
 
Sevgiləri, nifrətləri 
daş dilində.  
Daş dilinin elə ağır 
havası var,  
Daş dilinin hələ susmaz 
davası var,  
Sanki burda 
Hər məzar bir söz kürsüsü
Hər başdaşı bir tribun!  
Daş dilinin nidaları  
Tufan olur burum-burum,  
Bizə deyir: ayıq durun, 
sayıq durun!  
Bura Lvov şəhərinin 
uca yeri, 
Üstü hamar, yaşıl təpə,  
O, günəşi ilkin görər.  
Günəş ünu ilkin öpər.  
Günəş öpər, onlar duymaz;  
Onlar üçün nə qış, nə yaz!  
Çiçək fəsli, xəzan fəsli!..  
Onlar üçün yaşar ancaq 
məzar fəsli.  
Günəşləri, baharları,  
Mövsümləri qəhr olunub,  
Gözlərində dəfh olunub.  
Bəli, "Xolm Slavi"dır 
qəbristanın əsl adı. 
Çox çalışdım, 
Öz dilimdə tərcüməsi alınmadı.  
Eh, bir də ki, nə fərqi var,  
Tərcüməsiz anlaşılır  
Nədir ölüm,  
Nədir məzar.  
Əbədilik dost eləyib  
ölüm burda neçə adı.  
Burda məzar qonşusudur 
 
  


________________Milli Kitabxana____________________ 
205 
 
Neçə xalqın mərd övladı.  
Neçə vüsal təbəssümü – 
Donub, 
məzar qonşusudur.  
Neçə nişan mərasimi – 
Sönüb, 
Məzar qonşusudur.  
Şöhrətindən xəbər yox,  
Neçə şöhrət yaxınları.  
Nakamlığın, ölməzliyin,  
Yer üzünə 
övladları gəlməzliyin,  
Anaları gülməzliyin  
Əbədiyyət yaxınları.  
Bir-birindən əhval tutub,  
Məclis qurub şad olmağın  
Əbədiyyət uzaqları...  
Bir-birindən od almağın  
Əbədiyyət uzaqları.  
Dolaşıram qəbristanı.  
Ukraynalı, rus, azərbaycanlı, 
gürcü, özbək...  
Min illərlə belə yaxın,  
Belə uzaq 
qonşuluqda 
ömr edəcək. 
 Dolaşıram qəbristanı.  
Duruxuram birdən-birə:  
Bu ki, mənəm! – 
İbrahimov familiyalı  
Bir nakamın önündəyəm.  
'"İbrahimov" – Bircə bu söz  
Yazılıbdır başdaşında.  
Nə yaxşı ki, 
bu daşların yaddaşında  
Bu söz qalıb, bu söz durur!  
Adı nədir, kim oğludur? 


________________Milli Kitabxana____________________ 
206 
 
Təvəllüdü, 
Doğulduğu kənd, ya şəhər?.. 
yoxdu bunlar.  
Neyləyəsən, yoxdu bunlar,  
Bu varlığın 
əbədi bir yoxluğu var. 
 
II 
Ey balladam, dindir onu, 
qəbir dinər.  
Ey balladam, dilsiz yatmaz 
qəbirdə nər.  
Alışar o, 
danışar o, 
od dilində.  
Göyərər o, 
söz deyər o, 
ot dilində.  
Ey balladam! 
bir nəğmə de
həzin-həzin  
Kəndimizin çaylarının, 
quşlarının səsi gəlsin.  
Bir nəğmə de: 
bu nəğmədə  
Ağ hörüklü bulaqlardan 
bir içim su,  
Bir az qartal qıyıltısı,  
Bir azacıq qar qoxusu, 
Bir ananın dodağından - 
yanmış ağı,  
Bir gəlinin gözlərindən - 
bir sarımtıl həsrət dağı,  
Bir ərgənin duruşundan  
Toy eşqini, nidasını 
gətir, gətir! 
 


________________Milli Kitabxana____________________ 
207 
 
Bir məktəbin arxivindən  
Qırx ikidə itən dərslik 
sədasını 
gətir, gətir!  
Bizim kənddən 
Doxsan igid qayıtmadı.  
Doxsan ana yola baxdı, 
doxsan ümid qayıtmadı.  
Doxsan cığırda ot bitdi,  
Neçə doxsan oraq-çəkic,  
Dəryaz itdi, qələm itdi.  
Anamız Yer kürəsinə  
Hər insan bir peykdi məncə;  
Doxsan peyk yüz səksən dərəcə;  
Məhvərindən dönüb getdi.  
Doxsan işıq sönüb getdi.  
Bizim kənddən 
doxsan igid qayıtmadı.  
Kəndimizi sevindirrəm 
tapanda bir itmiş adı.  
İndi ona ad qoyacaq atam mənim,  
Kişnəyəcək qaşqa, kəhər atım mənim,  
Xallı toplan ayağına dolaşacaq,  
Kənd qızları təzə xəbər 
danışacaq. 
Bulaqların sənəkləri çoxalacaq.  
Gözəlləri, qəşəngləri çoxalacaq.  
Xoş xəbərlər  
çevriləcək tərs üzünə 
sonra birdən. 
Bəd xəbərlər dinlənəcək neçə yerdən;  
Xoş xəbəra inanmayın!  
O, adını axtarırdı,  
Ad alıban gedəcəkdir.  
Od alıban gedəcəkdir.  
O, bir getmiş zamandı ki,  
Getmiş zaman qayıdarmı?  
O, bir itmiş zamandı ki, 
 


________________Milli Kitabxana____________________ 
208 
 
İtmiş zaman qayıdarmı?  
Qayıdar o – məkanı var,  
Zamanı yox otağına,  
Odunu var, 
tüstüsü yox ocağına. 
 
III 
 
- Mən ki sənəm, mən ki, sənəm, 
tanımadın? 
 Dəfn olunmuş bir hissənəm, 
tanımadın?  
Aclıq döyən, 
şaxta kəsən, 
illərinəm!  
Atalılar təkəbbürü 
döyüb əzən 
illərinəm!  
Diri-diri  
Dəfn olunmaq 
təhlükəli 
illərinəm!  
Ana yurdu, ana dili  
Tapdalanıb, 
qəhr olunmaq təhlükəli 
illərinəm! 
Tarixiylə, acdadıyla  
Əbədilik 
məhv olunmaq təhlükəli 
illərinəm!  
Səndən qopub 
sənin üçün çarpışanam!  
Qollarını itirəndə, 
dişləriylə tüfəngindən 
yapışanam. 
Hər dağılan bina ilə yaralanıb,  
Hər quruyan ağac ilə quruyanam. 
 


________________Milli Kitabxana____________________ 
209 
 
Şevçenkonu Sabir kimi,  
Dnepri Araz kimi qoruyanam.  
And içmişdim: 
hər atəşin 
olub ilkin qoru, yanam!  
Vətənimin sərhəd xətti 
sinəmdəydi - 
ölənəcən 
Quruyub bir sərhəd daşı olanacan.  
Vətənimin dağlarından 
qopan sivri çarpanaqdım,  
Nifrətimi düşmonin son 
yuvasına çırpacaqdım.  
Dava vaxtı yüksək arzu: 
öldürməkdir,  
Ali arzu: qalibiyyət!  
Hər qorxunun, səksəkənin 
ilk cərrahı - 
qalib niyyət  
Yarı yolda qoydu məni.  
Dedi bəlkə bu ölümlə iki qarış  
İrəliyə aparacaqsan vətəni.  
Bəzən elə 
Bir əsgərin ölümüylə  
Bir əsgərin boyu qədər  
İrəliyə atdıq qədəm.  
Bu ölümlə irəlidə  
Neçə yağı öldürmüşəm.  
Geridəsə neçə arzu,  
Neçə istək 
Neçə qayğı öldürmüşəm.  
Son mənzilə yetişmədi 
son diləyim...  
Vətən üçün indi nəyəm,  
İndi nəyəm? 
Nəyəm? - bir daş qutu dolu  
Qara torpaq.  
Nə yaxşı ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə