Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   30   31   32   33   34   35   36   37   38

________________Milli Kitabxana____________________ 
221 
 
Qoymurlar yuxuma kənd yollarını:  
Qoymurlar torpağa toxuna pəncəm,  
Qoymurlar tapdaqsız yollardan keçəm;  
Düyüb bu yolları yumaq düzəldəm.  
Qatıb çeşnisinə göy göllərimi,  
Təpəli, yastanlı yaylaq düzəldəm.  
Çoban düstlarıma bağışlamağa  
Çadır qayalardan papaq düzəldəm.  
Bir gilə götürüb hər bulağından,  
Gətirib evimdə bulaq düzəldəm... 
 
Torpağın sirrinə qulaq söykəyən,  
Sirrini torpaqdan gizləməyən kənd,  
Əlinin ucunda əli yetməyən – 
Göylərdən göy qızıl gözləməyən kənd! 
 
Bilmirəm, nə təhər çatdısa gücüm  
Dünyanı çiynimdən atdım bu gecə;  
Səninlə bir atılıq görüşmək üçün  
Sıxılıb qəlbimdə yatdım bu gecə... 
 
Kəndim, balacasan, çox balacasan,  
Adın yox dünyanın xəritəsində.  
Atılıb qalmısan gözlərdən uzaq  
Çaylı, baldırğanlı dağ dərəsində. 
 
Bir əli düyçədə, bir əli yunda  
Nənələr kimisən - başı qarışıq.  
Babalar kimisən - nəvə toyunda – 
Qazanı asılı, süfrəsi açıq... 
 
Kəndim, balacasan, çox balacasan...  
Sənin qayğıların yuxuluq deyil.  
Mənim yuxularım yuxuya sığmaz. 
Elə qorxular var, qorxulu deyil,  
Elə qorxular var, qorxuya sığmaz. 
 


________________Milli Kitabxana____________________ 
222 
 
Hanı kişnərtisi bulud dağıdan,  
İldırım səsini batıran atlar?  
Bir göz qırpımında tufanlı dağdan  
Çobanlı dağlara aşan qanadlar?.. 
 
Min il bu yerlərə hünər daşıdı,  
Bərəkət daşıdı at ayaqları.  
Döyüş meydanında nərlər qaşıdı,  
Atlar ayaqladı yad ayaqları. 
 
Sən tutdun atını qonaq gələnin,  
Şirin söz yeyildi duz-çörəyinən.  
Ölkə var ölkəyə çörək göndərir,  
Göndərir zəhərli söz, çörəyinən. 
 
Nəhəng gəmilərə ölüm yüklənir,  
"Orta mənzilli"dir ölümün adı.  
Gör hökm-formanlar necə güclənib?  
Ölüm də rütbəsiz, çinsiz qalmadı! 
 
Kəndim, balacasan, çox balacasan...  
Siyasət çayları boy verməz sənə.  
Özləri bələdçi, özləri yazan  
Göydələn şəhərlər hay verməz sənə. 
 
... Səsində günəşin, selin tufanı,  
Əkinçi qəzəbi kürsüyə çıxsa,  
Çəkib cilovunu yeni dünyanın  
Köhnə dünyamızın əlinə yığsa,  
Çox döşdən açılar zəhərli sancaq,  
Əsəblıər, qəzəblər minməz raketə;  
Qıymazsan bəşərin ürəyi sanca,  
Qoymazsan dünyanı özündən gedə,  
Sən öz dünyandasan, öz ağlındasan. 
Əkinçi, biçinçi nağılındasan.  
Döyüşçün - qırxınçı, döyüşçün - suçu, 
 


________________Milli Kitabxana____________________ 
223 
 
Torpağa dən səpir əsgər - toxumçu.  
Hər dərə döşündə bir sürü naxır,  
Elə suyumundan "köhnəlik" yağır... 
 
Kəndim, balacasan, cox balacasan, 
Bu sonsuz kainat-ümmanda sənə 
Qarışqa boyda bir qayıq versələr, 
Ən nəhəng ulduza yan ala bilsən 
Döşünə taxacaq bir parçasını; 
Ən cırtdan ulduza yan al, qorxma sən 
Döşünə yaxacaq işartısını; 
Ulduz yağışına düşsən də, qorxma! 
Gccə ay qışına düşsən də qorxma! 
Ulduz yağışından, 
Ulduz daşından 
Bir keçi buynuzu sınmayıb hələ, 
Ayın tərs üzünün qaraqışından 
Bir çiçək ləçəyi donmayıb hələ. 
 
Kəndim, balacasan, çox balacasan... 
 Kəklik fərəsinin sayına görə,  
Bulud nərəsinin sayına görə,  
Aylı gecələrin sayına görə,  
Tozlu küçələrin sayına görə,  
Bəlkə də dünyada birinci kəndsən. 
 Faşist yanğınında sevgisi yanan  
Yetim qanların sayına görə  
Belə tox dayanan, məğrur dayanan  
Zirvə-qalaların sayına görə. 
 
Ballı pətəklərin sayına görə,  
Yallı köpəklərin sayına görə,  
Sağmal inəklərin sayına görə,  
Bəlkə də dünyada birinci kəndsən. 
 
Qartal qıyıltısı dumanı dəlir,  
İnsan hikkəsinin sahili yoxdur. 
 


________________Milli Kitabxana____________________ 
224 
 
Nə yaxşı mürgülü, lal dərələrin  
Sellərdən qüvvətli sahibi yoxdur. 
 
Nə yaxşı çox azdır balaca-harın;  
Balaca süd sağa, yun yuya bilir.  
Köhnə təbiəti balacaların  
Əlləri daha çox qoruya bilir.  
Kəndim, balacasan, çox balacasan. 
 
Bu, oğul səsidir! Götür dəftəri: 
Danışmaq da yükdür, 
Susmaq da yükdür! 
Böyük dünyamızın kiçik dərdləri 
Böyük dərdlərindən daha böyükdür. 
Kəndim - balacasan! 
Çox balacasan!.,. 
 
Pitsunda, oktybr, 1980 
  


________________Milli Kitabxana____________________ 
225 
 
QOCA ARIÇI İLƏ SÖHBƏT 
 
Qoca, yaxşı qoru bu dərələri!  
Qalsa, bizə bu dərələr qalacaq,  
Bu selablar, bu dərinlər qalacaq,  
Bu arılar, bu pətəklər qalacaq,  
Ballı, südlü biçənəklər qalacaq.  
Burda çayın sel ədası görünməz,  
Qarışqanın fil ədası görünməz.  
Ardıc kolu sığallansa azacıq  
Acı şivdən şirin şərbət sızacaq.  
Burda rəngi, boyası var hər səsin,  
Qayalarda buynuz yeri, tur səsi...  
Burda ala buğanındır boz inək,  
Kəpənəyi qovan yalnız kəpənək... 
Sürçək döşdə yox ayağı sürüşkən,  
Sərçələr də qırğı kimi döyüşkən.  
Bu dərədə yaşmaqlı quş görürəm,  
O tay-bu tay qayanı tuş görürəm,  
Yeri-göyü bacı-qardaş görürəm.  
Yatağana burda arsız deyərlər,  
Kasıb deməz, arısızdı - deyərlər,  
Qonaqsız ev divarsızdı, - deyərlər.  
Söz qapıdır, söz sərhəddir burada  
İt də mərddir,  
Qurd da mərddir burada,  
Yad dərənin sümüyünə sümsüməz, 
Yad sürünün çəhlimini imsəməz.  
Qoca, yaxşı qoru bu dərələri,  
Bir də yurd yerimiz düz olmayacaq  
Dərələr də qoşalığı sevəndi,  
Dərələr də qonşuluğu sevəndi  
Bir dərəlik haqq qorusan bəsindi,  
Doğru yoldan əyri yolu kəs indi.  
Tələ qurmaz, cələ qurmaz qış yaza  
Dağın dağa badalağı olmasa. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə