Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   30   31   32   33   34   35   36   37   38

________________Milli Kitabxana____________________ 
210 
 
 
Səsim səndə  
yaşayacaq, 
nə yaxşı ki, 
izim səndə yaşayacaq. 
Hər ölən hər yaşayandan  
Nəyi isə alıb gedir,  
Özüylə bir Əbədilik dəfn eləyir.  
Hər yaşayan hər öləndən  
Nəyi isə qapıb alır.  
Məncə 
Yoxdur 
yer üzündə 
mütləq ötən,  
Haradasa gizli-gizli  
Ömürlərə səpələnən 
ömür qalır. 
 
IV 
 
- Səsin nədir, arzun mənəm, 
özün mənəm.  
Mən dəfn olan dünənimdən 
üzülmərəm. 
İstəyirsən yerimizi dəyişək bir!  
Famildaşım İbrahimov, ayağa dur, 
dil aç görək!  
Şərəf ilə ölməkdon çox, 
çox çətindir 
 Şərəf ilə ömr eləmək.  
Məhəbbət də 
bir dövlətdir.  
Onun da öz sərhəd xətti,  
Onun da öz davası var, 
düşməni var.  
Onun vaxtsız vurulanı, 
onun əsir düşəni var. 
 


________________Milli Kitabxana____________________ 
211 
 
Məhəbbətin faşisti də 
xəyanətdir,  
Evlər yıxar 
onun qəflət 
hücumları.  
Bir il olur, beş il olur - 
dava nədir?! 
Tükənməzdir xəyanətin davaları,  
Tikilməzdir xəyanətin üçrumları.  
Etibar da, sədaqət də bir ordudur,  
Hünər - onu bir əsgəri intizamla 
qorumaqdır.  
Bax bu nizam, Bu intizam - 
Lazım gəlsə, generaltək əmr verib,  
Lazım gəlsə, əsgər kimi qurumaqdır.  
Görürsənmi, mən də sənəm!  
Yer üzündə yaşayıram.  
Arzu istək qatarımda  
Gah məhəbbət,  
Gah sədaqət,  
Gah da nifrət 
daşıyıram.  
Sənin qalib niyyətinəm, 
yaşayıram.  
Yaşamağa 
nə var, qardaş,  
Hünər odur yaşadasan!  
Neçə düşmən hücumundan  
Bir taleyə yönəldilmiş badalaqlar 
təkanını yumşaldasan.  
Hansı qəlbin gözünəsə  
Bir azacıq nur atasan.  
Hansı fikrin gözünüsə  
Arıtlayıb duruldasan.  
Düşünəsən gərək bunu;  
Kimsə sual cümləsidir,  
Sənsə nida cümləsisən 
 


________________Milli Kitabxana____________________ 
212 
 
"Niyə"lərin, "nədən"lərin 
"Çünki"sini, "görə"sini bilməlisən. 
Bəzən olur: 
Öz əbədi xoş anının, 
Xoş gününün dalısınca 
Əbədilik daş atırsan. 
Kimi isə qoruyursan, 
Kimi isə yaşadırsan, 
Yaşamağın qanunu da bəlkə budur: 
Hər dəfn olan özü deyil, 
Başqası tak dəfn olunur. 
Kimsə səni yaşadıbdır, 
yaşamısan. 
İndi sən də başqasının  
Taleyini yaşayırsan, 
 yaşadırsan. 
Yaşayıram, dedim sənə.  
Dünən, bilsən,  
Neçə yerdən  
Yaralandım 
Dodağımda döyüş andım,  
Düzlər keçdim,  
Qəzəbimin qanadında  
Dağlar aşdım.  
Mən yenidən silahlanıb  
Sən olmağa hazırlaşdım.  
İndi sənin qəzəbinəm, 
əldə silah, 
Hara desə  
Vətən bizə  
Sən-mən ora yollanacaq.  
"Yaşayırsan, yaşadırsan" 
dedim ona, 
Məzar susdu, dili batdı.  
Elə bil ki, ağ mərmərdə  
Ara-sıra gözə dəyən 
nazik, qara xətlər  
   artdı 


________________Milli Kitabxana____________________ 
213 
 
V  
 
Bu nədəndir:  
Qara torpaq 
bitirməyir qara çiçək.  
Yəqin elə torpaq bilir: 
 İnsan özü bu çiçəyi bitirəcək.  
İnsanlardan insanlara  
Bir əbədi töhfə olan  
Qara hüzn, qara kədər,  
Qara çiçək deyil məgər?  
Ağlım deyil:  
İnsan ağlı çəkilməyə, 
Ölçülməyə çox möhtacdır.  
İndi bizə belə cihaz  
Ən ümdə bir ehtiyacdır.  
Qara fikrin tutumunu  
Çəkə bilək ağlımızda.  
Fikrimizə gedən nifrət, 
yalan-böhtan,  
Qurğu-qisas cığırını  
Tapa bilək alnımızda,  
Sözün, səsin rəngini biz  
Baxışların, dodaqların  
Rənglərində görə bilək.  
Sifətlərin, yanaqların  
Rənglərində görə bilək.  
Görək əsrin havasını;  
Hardan əsir,  
Necə əsir, 
qara külək.  
O küləyin 
Ağzı nə vaxt yumulacaq,  
Səsi nə vaxt kəsiləcək?  
Hansı Üzeyir o notları  
Əsrimizin son musiqi 
dərsliyindən 
çıxardacaq. 
 


________________Milli Kitabxana____________________ 
214 
 
Hansı Səttar Bəhlulzadə  
O rəngləri qızardacaq, ağardacaq? 
 Anaların taleyində  
Qara günlər o qədər ki...  
Bundan sonra neçə-neçə  
bəstəkarın  
notlarına, 
Neçə-neçə sənətkarın  
fırçasına  
ana dərdi  
bəs edərki...  
Ey balladam,  
bir ananı yadına sal,  
Bir anlığa tünd qara gey,  
Dövrələsin o məzarı  
Qara quzey,  
Qara güney.  
Buludunu çək o yana, 
qara gün, ey! 
Qoşa hörük – 
İki qara çay dolansın  
başdaşına. 
Bir qaragöz ulduz qonub.  
Bir qaraqaş 
ay dolansın  
başdaşına.  
Bir qara qız 
açıb qara örpəyini,  
Qucaqlasın bu ağ mərmər 
ürəyini. 
Bəlkə onun sinəsində  
İki qara göz dəfn olub.  
Hələ yanan, 
hələ yanan, 
Deyən: hələ, hələ sağdır,  
sağdır anan – 
Bir ocaq köz, köz dəfn olub... 
 


________________Milli Kitabxana____________________ 
215 
 
VI 
 
Qalibliyin məğrurluğu 
nə don gcyir 
Son zərbənin 
nəşəsinə bürünəndə?!  
Qəlbim deyir, fikrim deyir,  
Deyim mən də:  
Qırmızıda çimib çıxan 
dümağ, dümağ!  
Bəs o yumaq 
məğlubluğun 
suçu necə?  
Boli o da 
öləzimiş torf boyalı,  
görkəm alır! 
Bəs bu görüş məqamında 
Davasını qurtarmamış  
Nifrət, qəzəb  
Nə geyimdə, olur, əcəb?!  
İstəyirəm ulu Günəş  
Bütün rənglər birliyinə  
Yenidən bir qələm qata.  
Bütün rənglər birliyində 
seçilən bir rəng yarada.  
Rəngli buludlar biçilə,  
rəngli yağışlar əkilə,  
rəngli pərdələr çəkilə  
Ekiz-ekiz ölüm doğan  
Ölkələrin 
üfüqünə, 
səmasına,  
Sədaqətlər, Etibarlar 
Arasına 
Soxulan xəyanətə, 
yıxılan ədavətə  
O rəngli paltar biçilə, 
hamı görə, seçə bilə. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə