Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

________________Milli Kitabxana____________________ 
78 
 
QALMADI 
 
Məndən bu dünyaya nə qaldı görən?  
Bir odlu, ocaqlı oda qalmadı.  
Suyundan oduma arx açdım, suyum 
Od alıb qarışdı oda, qalmadı. 
 
Bilməm o nankorun qəsdi nə idi?  
Özü insandırsa, əsli nə idi?  
Gümanım bu dostluq qəsrinə idi,  
O da tez dağıldı, o da qalmadı. 
 
Köçdü göylərimdən gözünə hər qəm,  
Mən belə qurumuş saman çöpüyəm.  
Körpüsüz bir çayam, çaysız körpüyəm,  
Məndə dərd qalmadı, qada qalmadı. 
 
Zaman zəlzələdi, ülfətdi zaman,  
Halal şöhrətlərə şöhrətdi zaman.  
Elə azğınları titrətdi zaman,  
Birindən bir ağız soda qalmadı. 
 
Bir dünyanı Vətənin xəritəsidir,  
O, göz dağlayası, göz örtəsidir.  
Şer, söz səhəri, söz ertəsidir,  
Vətənə qaldısa, yada qalmadı. 
 
25 iyul, 1988 
  


________________Milli Kitabxana____________________ 
79 
 
MƏNƏ BİGANƏLİK ÖYRƏT, ÜRƏYİM! 
 
Mənə biganəlik öyrət, ürəyim! 
Qıvrılım içimdə, 
Yatım içimdə. 
Yaxşını yamandan seçə bilmoyim, 
Büdrəyira, yıxılım, batım içimdə. 
 
Bir gündə ütsələr meşəni, yolub,  
Yıxıb – sürüsələr dağları, susum. 
İçib məst olmasam, baxıb məst oluın,  
Desələr bulağa şərabdır bu su. 
 
Sapanda güc olum, daşa ağırlıq  
Tənha ulduzlara daş atan olsa,  
Deyim "xəlbirlənən" daş qumdur artıq – 
Yetimi, yesiri yaşadan olsa. 
 
Heç üzü qaraya üzüm gülmədi  
Sən ki, tanıyırsan, ey ürək, kiməm!  
Pərvanə olanda o kəs bilmədi,  
Biganə olanda biləcək kiməm! 
 
Bir az da ölümü yandırsın ahım,  
Düz olum, bilməyim düz olmaq nədi,  
Satanın nəyinə gərəkdir axı  
İynə olmaq nədi? Biz olmaq nədi? 
 
Oba yerlərinə baxıb ağlayım,  
Tüstüsüz ocaqdan nə pay, nə umu.  
Odunu nə vaxtdan qara bağlayıb,  
Alovu nə vaxtdan ağzını yumub. 
 
Quruya yaş olmaq hünərdi bəzən,  
Bəzən də bu hünər girovdu nahaq.  
Səni sinələrdən çox asmışam mən,  
Bəs səni sinəmə kim qaytaracaq? 
 
 
 
 


________________Milli Kitabxana____________________ 
80 
 
 
 
Elə daldalan;m alqış zalında,  
Xəbərim olmasın alqışlayandan.  
Xəbərim olmasın haqqı yanandan,  
Xəbərim olmasın haqqı danandan. 
Çəkim qoltuğuma qulaqlarımı,  
 
Bilməyim göy payı, yağışdı, qardı.  
Bilməyim sel çəksə ayaqlarımdan  
Sel kötük apardı, insan apardı... 
Ürəyim, öz dərdim özümdən ağır  
 
Hər hökmün andınla üz-üzə durur.  
Ölü sağlığımın sayıqlamağı,  
Diri mərhumluğun çağrışı budur...  
Mənə biganəlik öyrət, ürəyim... 
 
27 iyul, 1988 
  


________________Milli Kitabxana____________________ 
81 
 
 
ŞAİR, NƏ QAZANDIN? 
 
Şairəm, eşqim də öz qəlbim kimi mərdanədir. 
Əliağa Vahid 
 
Yalan yalmanına əli dəymədi,  
Üzəngi bassa da tərifçi çapar.  
Baş da əydirmədi, baş da əymədi,  
Dili dil açmadı ağlından qabaq. 
 
Mən onu görmüşdüm nurani çağda,  
Qızıla sarınmış yumaq kimiydi.  
Mən onu görmüşdüm pirani çağda,  
Uşaqdan da uşaq, uşaq kimiydi. 
 
Sınardı, deməzdi ürəyim sınıb...  
Yerə də, göyə də halaldı andı.  
Manat əvəzinə əlyazmasını  
Aca-yalavaca bağışlayandı. 
 
Qəlbində bir işim Məcnun gümanı,  
Dəminə dəmkeşdi qəmi də hərdən.  
Azanda, çaşanda öz ünvanını  
Dönüb soruşardı sürücülərdən. 
 
Mən onu görmüşdüm ürəyi güzgü,  
Palıd gövdəsinə bənzəri vardı.  
Mən onu görmüşdüm üzülü. üzgün,  
Büdrəsə, qarışqa tapdalayardı. 
 
Onu görməmişdim o illərdə ki,  
Xəyanət yarğandı mərdanəliyə,  
Zaman da ikili, zaman da iki,  
Zaman da yorğandı mərdanəliyə. 
 
İnsana qanaddı adi həvəs də,  
Həvəsi gözündə qalanlar azmı? 
  
Məhbəs də, qəfəs də, həbs də, qəsd də  
İnsan mərd olanda həddini aşmır. 


________________Milli Kitabxana____________________ 
82 
 
 
Ağ yola səslərdi istəklər onu,  
Mərdin söykənəyi qayadı, dağdı.  
Mərdanə olmasa küləklər onu  
Qatıb yarpaqlara aparacaqdı. 
 
Mən onu görmüşdüm ürəyi güzgü,  
Mən onu görmüşdüm üzülü, üzgün.  
Heç onu görmədim hüzünlü, küskün  
Şair, nə qazandın mərd olmağınan! 
 
1988 
  


________________Milli Kitabxana____________________ 
83 
 
HESABAT 
 
Dolaşdıq tarlanı, bağçanı, bağı, 
Buyur, yaddaşını köməyə çağır. 
Çağır tərəzini, çağır qapanı, 
Çağır çağrışlarla şöhrət tapanı. 
Sözdür-çəkəni yox, ölçəni yoxdu, 
Yüklə, sicimi yox, örkəni yoxdu. 
De ki, deməlini hələ demirəm, 
İnəklər cüt doğub, qoyunlar üçəm... 
Yalan at çapanda əlildi vicdan, 
De ki, düzlüyündən əyildi vicdan. 
De ki, işləməkdən pas atıb bu xış, 
Dörd fəsil yerinə qışladı bu qış. 
De ki, hörümçəklər hana toxuyur, 
Naxırçı mallara qəzet oxuyur. 
De ki, kəllərimiz filleri yıxır, 
De ki, fil gücümüz kəltəri yıxır, 
Əzmimiz ucaldıb dağ qızılları, 
Südlə suvarırıq "ağ qızılları". 
De ki, bunlar qalır - demədiyim bir
Çaylar at yerinə yedəklənibdir! 
Yağış ələməyə ələyimiz var, 
Bulud bələməyə bələyimiz var, 
Çöllər də, düzlər də dümdüz - yerində, 
Gecə növbə çəkir gündüz yerində. 
Var olsun- üyüdən ağız, "bu boyda", 
Açıb sinəsini kağız bu boyda. 
Olarlar, olmazlar yerli yerində, 
Qalarlar, qalmazlar yerli yerində, 
Sən deyən, mən yazan, nə desək - deyək, 
Sonra da alqışlar təsdiqləyəcək: 
Plan bu qədərdi, yalan bu qədər
Talan bu qədərdi; qalan bu qədər, 
Donan bu qədərdi, yanan bu qədər, 
Bilməz bu qədərdi, qanan bu qədər. 
  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə