Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   2   3   4   5   6   7   8   9   ...   38

________________Milli Kitabxana____________________ 
29 
 
TANRIM, MƏNİ MƏNDƏN QORU 
 
Tanrım, məni məndən qoru bu yaşda:  
Hər döngəyə döndərməyim döngəmi,  
Boyaqçıdan borc almayım rəngimi,  
Zumaçıya pay verməyim cəngimi... 
 
İnsana yad insanlığım göyərsə,  
Yaxşı şumda yamanlığım göyərsə,  
Köhnə kösöy şeytanlığım göyərsə,  
Tanrım, məni məndən qoru bu yaşda. 
 
Döyülməkdən əyilməyim qorxulu,  
Bir qədəhdə əriməyim qorxulu,  
Bir ipliyə əyrilməyim qorxulu,  
Tanrım, məni məndən qoru bu yaşda. 
 
Ağıla hay ulduz axdı, ay axdı,  
Ağılsız baş gödənçiyə ayaqdı.  
Bədəməl də ha çeynədi, ha yaxdı,  
Tanrım, məni məndən qoru bu yaşda. 
 
Bu dəyirman: nahaqqı dən, haqqı dən,  
Bölən böldü: nahaqqı tən, haqqı tən,  
Nahaqqa tən olan yerdə haqq itən... 
Tanrım, məni məndən qoru bu yaşda. 
 
Birdən qəfil yada gəlsə: Dahilik!  
İçimdən bir səda gəlsə: Dahilik!  
Vay odu ki, əda gəlsə: Dahilik!  
Tanrım, məni məndən qoru bu yaşda. 
 
Birdən çaşam; "yeni dəbdi" - desələr,  
Hırıltıya: "nə qəh-qəhdi" - desələr,  
Qırıltıya "nə cəh-cəhdi" - desələr...  
Tanrım, məni məndən qoru bu yaşda. 
 
  


________________Milli Kitabxana____________________ 
30 
 
Tapqır bildim, quşqun bildim yaltağı,  
Alçağa da alçalan gör alçağı.  
Ağlamalı bir məqamdı çal-çağır!..  
Tanrım, məni məndən qoru bu yaşda... 
 
Bəla budur: dəmli ola bu dəsgah,  
Sonra ipək mənni ola bu dəsgah,  
Sonra məzar yonlü ola bu dəsgah... 
Tanrım, məni məndən qoru bu yaşda. 
 
Quba,  
Digah. 21 iyul, 1986 
  


________________Milli Kitabxana____________________ 
31 
 
KÖÇƏRİ 
 
Sən də köçərisən, mən də, bilirik,  
Deyən yox özünə: "yazıq köçəri".  
Göyün dilmancıyıq, yerin diliyik,  
Hazır yır-yığışı, hazır, köçəri! 
 
Haqqa ağ olana ağ olmaq azdı,  
Vaxtsız həkimləri qayadan asdı.  
Ölümün qəbrini ölümə qazdır,  
Desinlər yolunu azıb, köçəri! 
 
"Başına ələdik dürr" - deməsinlər,  
"Nə səmtə hür desək - hür" deməsinlər  
Hər nə desələr də, bir deməsinlər:  
Qəbrini ölməmiş qazıb köçəri! 
 
Qucaqlar dünyanı, dünyanı duymaz,  
Tamahı, qərəzi, qəsdi uyumaz.  
Ərzi yığ gözünə, ay gözüdəymaz,  
Əlləri dünyaya açıq köçəri! 
 
Araz and içməyi bacarmayana,  
Arazı keçməyi bacarmayana,  
Bir qəlbə köçməyi bacarmayana,  
Bir kəlmə söz yazıb, Yazıb:" Köçəri"... 
 
24 iyul, 1986 
  


________________Milli Kitabxana____________________ 
32 
 
ƏLİM ÇATMAZ, ÜNÜM YETMƏZ 
 
Bir də gəldim, bir də gördüm dağları:  
Əlim çatmaz, ünüm yetməz...  
Gündən-günə yüz nərdivan qurarsam – 
Əlim çatmaz, ünüm yetməz. 
 
O zirvədə qar buluddu.. bulud - qar, 
O zirvəyə biçilməyə bulud - dar, 
Əl eləsəm, əlcək olan buludlar - 
Əlim çatmaz, 
Ünüm yetməz... 
 
Suda sınıb su sənəyi deyəsən, 
Kimsə qırıb bir ürəyi deyəsən... 
Havalandı dağ küləyi deyəsən, 
Əlim çatmaz, 
Ünüm yetməz... 
 
Harayladım-qovuşmadı dağ-dağa,  
Daşdan-daşa qol atmadı dağdağan.  
İnnən belə şalı vüqara-Şahdağa,  
Əlim çatmaz,  
Ünüm yetməz... 
 
Yaş artdımı - yağış artır, qar artır,  
Xan Kərəməm, son mənzilim qar altı...  
Məmməd Araz Arazda son qaraltı – 
Əlim çatmaz,  
Ünüm yetməz... 
 
27 iyul, 1986 
  


________________Milli Kitabxana____________________ 
33 
 
QORXU GÜNÜ, İNSAF GÜNÜ 
 
Yüz gündə bircə gün Allahdan qorxun  
Olmasa da qorxun, olsa da qorxun. 
 
Sizə üz tuturam, sizi deyirəm,  
Ölüm düzlərində şumçu işləyən,  
Toxumçu işləyən, suçu işləyən.  
Küləkçi işləyən, çənçi işləyən,  
Sovrucu işləyən, dənçi işləyən,  
Qazmaçı işləyən, daşçı işləyən,  
Bütün bu işlərə başçı işləyən:  
Bir gündə yüz günah yapdı əliniz,  
Yüz gündə bircə gün sarpsın əliniz,  
Bir gün əlinizi tutun göylərə,  
Bir gün göz qoymayın göydələnlərə,  
Bircə gün yudurdun imanınızı.  
Verin qalayçıya vicdanınızı.  
Yığın bu bir günün qorxu haqqını,  
Paylayın aclara toxun haqqını,  
Bircə gün qorxun ki, haqq divanı var,  
Bütün yarananın yaradanı var.  
"Bu qoca dünyanın nərdivanı var".  
Endirir qafası boş nazirləri,  
Başını itirən baş nazirləri.  
Qorxun, çəkəni var ahın, qarğışın,  
Yüz gündə bircə gün əldən yapışın,  
Sınaq meydanları sınaqsız olsun  
Didənlər bircə gün caynaqsız olsun,  
Sınaq meydanları sınaqsız olsun.  
Bircə gün dəfn etsin şəri, günahı  
Bağdad allahıyla, Tehran allahı,  
Bircə gün düşünün bölgü nahaqdı – 
Ağlar qaradılar, qaralar ağdı.  
Ya göydə, ya yerdə, ya qəlbdə-canda,  
Bir qorxu yaradın Allah adında. 


________________Milli Kitabxana____________________ 
34 
 
Pislik sərgiləri tərtib edənlər,  
Nahaq qan tökəni təltif edənlər  
Bircə gün yənəlsin özünə qarşı, 
Bir əl balta çalsın bir yamanlığa, 
Bir baxtı səsləsin firavanlığa. 
Günahlı yüz gündən alın bu günü. 
Olsun: Qorxu günü, 
Ya İnsaf günü! 
Bu bir gün yudurdun imanınızı, 
Verin qalayçıya vicdanınızı... 
 
Quba, Digah,  
Avqust, 1986 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə