Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə163/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   159   160   161   162   163   164   165   166   ...   175

 

493


-balanslı vəziyyətlərdən disbalanslı vəziyyətlərə keçid; 

-disbalanslı vəziyyətlərdən disbalanslı vəziyyətlərə keçid; 

-disbalanslı vəziyyətlərdən balanslı vəziyyətlərə keçid 

-bir trayektoriyada mövcud olan disbalanslı vəziyyətdən digər 

trayektoriyadakı balanslı və ya disbalanslı vəziyyətə keçid; 

-müxtəlif 

trayektoriyalarda 

mövcud 


olan 

balanslı 

vəziyyətlərdən  bir  trayektoriya  üzrə  mövcud  olan  balanslı 

vəziyyətlərə keçid; 

-disbalanslı və balanslı vəziyyətlərin ardıcıl və interval zaman 

əsasları ilə qalxma və enmələrlə bir-birilərini əvəzləmələri; 

-tam 

tərkibli 



balanslı 

vəziyyətlərin 

yaranması 

və 


əvəzlənmələri; 

-müəyyən əlamətlərinə görə bərabər səviyyədə mövcud olan, 

uyğun mövqelərə gətirilmə (gəlmə) ilə xarakterizə olunan balanslı 

vəziyyətlərin dəyişmələri, əvəz olunmaları və s.  

 

Balanslı vəziyyətlərin çoxtərkibliyi, çoxçalarlığı, 

çoxistiqamətliliyi 

 

Balanslaşdırma  tərəfləri  ehtiyac  və  tələbatlara  müvafiq 

olaraq  eyni  məqsədlər  üzrə  eyni  və  yaxın,  oxşar  mövqelərə 

gətirmə  prosesidir.  Balanslaşdırma  zamanı  tərəflər  mərkəzi 

koordinatlar,  müəyyən  dayaq  nöqtələri  üzrə  cəmləşirlər  və 

münasibətlərin  tarazlaşmasında  oxşar  xətlər  müəyyən  edilir. 

Balanslaşdırma  proseslərinin  tərkibi  və  balanslaşdırmanın 

məzmunu  olaraq  elementlər  eyni  və  yaxın  istiqamətlər  üzrə 

eyni  və  ya  bərabər  koordinatlara  müvafiq  olaraq  taraz 

vəziyyətinə  gətirilir.  Balanslaşdırmada  tərəflərin  ehtiyac  və 

tələbatları  imkanlara  görə  müəyyən  edilir  və  balanslaşdırma 

vəziyyətlərinə  gəlmək  üçün  istiqamətlər  müəyyən  olunur. 

Balanslaşdırma  prosesləri  zamanı  tərəflər  bir  və  ya  bir  neçə 

əşyaya  təsir  edirlər.  Bu  baxımdan  əşyalar  bir  neçə  hissyə 

parçalanır və  yaxud da hissələrdən tamlar əmələ gəlir. Əşyalar 

oxşar  və  eyni  məzmunlar  üzrə  hissələrə  parçalandıqda  və  ya 

hissələrdən  tamlar  əmələ  gəldikdə  eyni  sahələr  üzrə 



 

494


münasibətlər  formalaşır.  Əşyalara  ardıcıl  olaraq  eyni  və  oxşar 

təsirlər  tərəflərin  eyni  istiqamətlər  üzrə  hərəkətlərini  zəruri 

edir.  Bu  zaman  təsirlər  çoxaldıqca,  vasitələrin  sayı  artdıqca 

istiqamətlərdə  formalaşma  prosesləri  də  zənginləşir,  kiçik  və 

böyük  miqyaslı  hərəkət  formaları  yaranır.  Bir  istiqamət  üzrə 

çoxlu  sayda  balanslı  vəziyyətlər  və  disbalanslı  vəziyyətlər 

yaranır.  Tarazlıq  vəziyyətlərində  tətbiq  edilən  qüvvələrin 

kəmiyyətinə 

müvafiq 

olaraq 


tarazlıq 

trayektoriyasında 

qalxmalar  və  enmələr  müşahidə  edilir,  bir  trayektoriyada 

dalğavari  məzmun  özünü  göstərir.  Tarazlıq  trayektoriyasında 

tələbatların  müxtəlifliyinə,  şəraitlərə,  zaman  və  məkana 

müvafiq  olaraq  zəngin  məzmun,  bu  baxımdan  tərkib 

formalaşır.  Tarazlıq  vəziyyətlərinin  çoxçalarlığına  bir  tərəfdən 

tarazlıq  vəziyyətləri  trayektoriyasında  mövcud  olan  və  ardıcıl 

şəkildə bir-birini əvəzləyən tarazlıq məqamları aid olursa, digər 

tərəfdən,  çoxlu  sayda  və  bir-biriləri  ilə  əlaqəli  olan,  həmçinin 

müxtəlif, bu baxımdan fərqli tarazlıq vəziyyətlərini özündə əks 

etdirən  çoxlu  istiqamətlər  də  aid  edilir.  Qeyd  edildiyi  kimi, 

tarazlıq əşyalara eyni səviyyədə, bərabər imkanlar səviyyəsində 

təsirlərdən  irəli  gələn  vəziyyətlər  kimi  xarakterizə  edilə  bilər. 

Bir  istiqamətdə  mövcud  olan  parçalanmalardan  əmələ  gələn 

hissələrə  və  birləşmələrdən  əmələ  gələn  hissələrə  təsir  edilir, 

təsir  nəticəsində  yeni  məzmunlu  əşyalar  əmələ  gəlir.  Bu 

baxımdan  da  münasibətlər  istiqamətdən-istqamətlərə  ayrılır. 

Tarazlıqlar  da  istiqamətlərdən  istiqamətlərə  ayrılır.  Bir  neçə 

istiqamət üzrə müxtəlif momentləri, vəziyyətləri özündə ehtiva 

edən 

balanslaşdırma 



vəziyyətləri 

meydana 


gəlir. 

Balanslaşdırma  trayektoriyalarında  ola  bilər  ki,  çoxlu  sayda 

balanslı  vəziyyətlər  yaransın.  Balanslaşdırma  proseslərinin 

çoxtərkibliyi, çoxməzmunluğu ehtiyac və tələbatlar üzrə iştirak 

edən  tərəflərin  maraqlarının  çoxtərkibli  olması  ilə  əlaqəlidir. 

Bu  baxımdan  da  ola  bilər  ki,  bir  trayektoriya  üzrə  müxtəlif 

balanslı vəziyyətlərin tərkibi meydana gəlsin.  

Balanslaşdırma  proseslərinin  çoxməzmunluğu  həmçinin 

hərəkətlərə  gətirilən  vasitələrin  hərəkətlərinin  çoxtərkibliyi  ilə 

əlaqəlidir. Çoxçalarlı balanslaşdırma prosesləri zamanı əşyalara 




 

495


təsir  imkanları  böyük  olur  və  çoxistiqamətli  təsirlər  meydana 

gəlir.  Ola  bilər  ki,  tərəflərin  (subyektlərin)  ölçüsündən  asılı 

olaraq,  onların  fəaliyyət  miqyasları  böyüsün,  bir  neçə 

istiqamətli təsirlər yaransın. Bir vasitə öz imkanlarına görə eyni 

zamanda,  həm  də  müxtəlif  zaman  intervallarında  həm  bir 

istiqamətə, həm də digər istiqamətlərə təsirlər etsin. Bu zaman 

tərəflər  geniş  münasibətlər  sferasına  daxil  olurlar.  Tərəflərin 

genişlənən  tələbatlara  söykənən  geniş  tərkibli  və  çox  əhatəli 

fəaliyyətləri  münasibətlər  sferasının  da  genişlənməsinə  səbəb 

ola  bilir.  Münasibətlər  sferasının  genişliyi  və  tərkib  zənginliyi 

balanslı  vəziyyətlərin  tərkibinin  çoxçalarlığını  təmin  edə  bilir. 

Bu  baxımdan  çoxistiqamətli  təsirlərin  mövcudluğu  çoxtərəfli 

(çoxtrayektoriyalı) 

balanslaşdırmanı 

əmələ 

gətirir. 



Balanslaşdırma  vəziyyətlərinin  çoxçalarlığı  subyektlərin  özləri 

tərəfindən  vəziyyətlərin  idarəolunması  proseslərini  meydana 

gətirir. Balanslaşdırma  proselərinin əmələ gətirdiyi vəziyyətlər 

sistem yaradırlar ki, bu sistem də tamın (vahid sistemin) tərkibi 

olan  balanslı  vəziyyətlərin  çoxçalarlığını  təmin  edir.  Bir 

məsələni  də  xüsusi  olaraq  qeyd  etmək  olar  ki,  balanslı 

vəziyyətlərin  çoxməzmunluğuna  əşyalara  təsir  imkanları  və 

təsir edən vasitələrin həcmi, sayı, şərait, zaman, məkan amilləri 

təsir  göstərir.  Əşyaların  sayı  çox  olarsa,  əşyaların  böyüklüyü 

çox  olarsa,  ona  təsir  edən  tərəflərin  sayı  və  imkanları  böyük 

olarsa,  əşyalardan  yeni  hissə  və  tamların  əmələ  gəlməsi 

prosesləri  də  böyük  olar.  Əşyalardan  əşyaların  əmələ  gəlməsi 

və  yeni  forma  və  məzmunların  ortaya  çıxması  proseslərində 

bərabərtərəfli  iştirak  balanslaşdırma  proseslərinin,  balanslı 

vəziyyətlərin  çoxçalarlığını  əsaslandırır.  Balanslı  vəziyyətlərin 

çoxçalarlığı cəmiyyətin inkişafını zəruri edir. Belə ki, əşyalara 

təsir  zamanı  tərəflərin  iştirak  imkanları  bərabərlərşir,  hər  bir 

tərəf öz səviyyəsində iştirak edir.  



 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə