Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə164/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   160   161   162   163   164   165   166   167   ...   175

 

496


Çoxçalarlığın əhəmiyyəti  

 

Təsirlərin  çoxlu  sayda  istiqaməti  mübarizəni  artırır  və 



nəticədə 

cəmiyyətin 

hərtərfli 

inkişafı 

təmin 

edilir. 


Balanslaşdırma  prosesləri  zamanı  tərəflərın  maraqlarının 

bərabərsəviyyəli  təmin  edilməsi  həmin  tərəflər  arasında 

ziddiyyətlərin  mövcudluğunu  minimuma  salır  və  qarşılıqlı 

toqquşmlara az rast gəlinir. Bu baxımdan balanslı vəziyyətlərin 

çoxçalarlığı  zamanı  cəmiyyətlərdə  sabitlik  yaranır,  cəmiyyətin 

təbəqələri  arasında  yaylı  (yumşaq)  münasibətlər  baş  verir  və 

resurslardan  birgə  şəklildə  və  tarazlı  qaydada  istifadə  üsulları 

və  anları  və  şəraitləri  meydana  gəlir.  Balanslı  vəziyyətlərin 

çoxçalarlığı 

cəmiyyətin 

strukturları 

arasında 

rəngarəng 

münasibətlərin  əsasını  təşkil  edir.  Cəmiyyətin  ümumi 

strukturunun tərkibində genişlənmə, məzmun genişlənməsi baş 

verir,  subyektlərin,  tərəflərin  sayı  artır.  Mübarizə  sahələri 

genişlənir,  əşyaların  sayı  çoxalır  və  təsir  imkanları  genişlənir. 

Bu  baxımdan  hesab  etmək  olar  ki,  balanslı  vəziyyətlərin 

çoxçalarlığı  bütün  sahələrdə  dinamik  və  statik  inkişafın 

əsaslarını müəyyən edir. Balanslı vəziyyətlərin çoxluğu həm də 

ona  görə  müsbət  qəbul  edilə  bilər  ki,  subyektlərin  effektli 

təsirləri  birtərəfli  yox,  qarşılıqlı  mübarizədə  meydana  gəlir. 

Qarşılıqlı  təsirlər  zamanı,  qarşılıqlı  mübarizədə  çəkindirmə 

vəziyyətləri  yaranır,  razılıq  (kompromislik)  əldə  edilir. 

Maraqların bölgüsündən, paylaşmasından rəngarənglik yaranır. 

Mübarizədə  birgə  iştirak  birgə  imkanların  səfərbər  olmasını 

zəruri  edir.  Hər  bir  maraqlı  tərəfin  iştirakı  bir  tərəfdən 

mübarizəni zəruri edir, digər tərəfdən əşyalara təsir imkanlarını 

artırır.  Ehtiyac  və  tələbatların  çoxluğu,  subyektlərin  çoxluğu, 

maraqların  tarazlı  şəkildə  təmin  edilməsi  və  balanslı 

vəziyyətlərin  çoxtərkibliyi  cəmiyyətdə  inkişaf  dalğalarının 

sürətlənməsini  zəruri  edir  və  inkişaf  dalğaları  üçün  şəraitlərin 

meydana  gəlməsini  şərtləndirir.  İnkişaf  dalğalarının  bir-birini 

əvəzləməsi  cəmiyyətin  qatlı  balanslı  vəziyyətinin  yaranmasını 

zəruri  edir.  Balanslı  vəziyyətlərdən  yaranan  şərait  ola  bilər  ki, 

disbalanslı  vəziyyətləri  yaratsın  və  yaxud  da  əksinə  balanslı 




 

497


vəziyyətləri  meydana  gətirsin.  Ardıcıl  təsirlərdən  meydana 

gələn  disbalanslı  vəziyyətlərin  çoxluğunun  özü  də  subyektlər 

üçün  çəkindirmə  vəziyyətlərinin  sayını  artıra  bilər  və  ehtiyat 

amili  balanslı  vəziyyətlərin  yaranması  zərurətini  üzərə  çıxara 

bilər.  Balanslı  vəziyyətlərin  çoxçalarlığı  balanslı  proseslərdə 

iştirak edən vasitələrin (subyektlərin) çoxtərəfli təsirlərindən də 

irəli gələ bilər. Ola bilər ki, bir subyekt (tərəf) bir vasitəyə təsir 

etsin,  ola  da  bilər  ki,  eyni  anda  və  ya  da  zaman  intervalında 

müxtəlif  vasitələrə  təsir  etsin.  Buna  bir  subyektin  müxtəlif 

balanslı vəziyyətləri yaratmaqda iştirak etməsi demək olar. Bir 

subyekt  (maraqlı  tərəf)  həm  bir  balanslı  vəziyyətin,  həm  də 

digər  balanslı  vəziyətin  yaranmasında  iştirak  edə  bilər.  Buna 

birtərəfli  iştirak  və  çoxtərəfli  iştirak  nəticəsində  yaranan 

balanslı vəziyyətlər kimi qiymət vermək olar.  



 

Balanslı vəziyyətlərin çoxçalarlı əsaslarını aşağıdakı  

şə

kildə konkret izah etmək olar: 

 

-münasibətlərdə  iştirak  edən,  münasibətlər  sahəsini 



genişləndirən subyektlərin çoxluğu, forma müxtəlifliyi;  

-tələbat və maraqların zənginliyi

-çoxtərəfli  təsirlər  nəticəsində  yaranan  çoxlu  sayda 

əşyaların (predmetlərin) mövcudluğu; 

-çoxlu  sayda  predmetlərin  təsirlər  üçün  müxtəlif  sayda 

vasitələri öz ətrafına cəlb etməsi; 

-tərəflərin  iki  və  ya  çoxtərəfli  qaydada  təsirlərindən 

meydana gələn çoxtərkibli münasibətlərin yaranması; 

-əşyalara 

çoxtərəfli 

təsirlər 

nəticəsində 

yaranan 

istiqamətlərin çoxluğu; 

-tərəflərin 

qarşılıqlı 

təsirləri 

nəticəsində 

yaranan 

münasibətlər sistemi və tərkib komponentlərinin zənginliyi

-balanslaşdırma  proseslərinin  özlərinin  zənginliyi,  o 

cümlədən 

-prosesin tərkibi olan maraq və diqqətin zənginliyi

-üsul və qaydaları müəyyən edən normaların zənginliyi; 




 

498


-təsirlərə  müvafiq  olaraq  bir  və  ya  bir  neçə  trayektoriyada 

balanslı  vəziyyətlərin  proses  dəyişkənliyi-ümumi  halın, 

göstəricilərin qalxması və enməsi; 

-balanslaşdırma 

mexanizminin 

və 


balanslaşdırma 

sisteminin  müxtəlifliyi  və  müxtəlif  trayektoriyaları  özündə 

birləşdirən geniş məzmunlu vahid kompleksin mövcudluğu

-balanslaşdırma 

münasibətlərini 

özündə 


birləşdirən 

trayektoriyalar  arasında  baş  verən  keçici  vəziyyətlərin 

müxtəlifliyi-balanslı  vəziyyətlərin  keçiciliyinin  müxtəlifliyi  və 

s.  


Bir  məsələni  xüsusi  olaraq  qeyd  etmək  olar  ki,  balanslı 

vəziyyətlərin  rəngarəngliyi  münasibətləri  özündə  əks  etdirən 

iqtisadi,  sosial,  siyasi  və  mədəni  münasibətlər  sisteminin 

vahidliyini  və  bərabər  vəziyyətli  və  əlaqəli  inkişafını  təmin 

edir.  Həmçinin  sistemin  daxilində  statistik  göstəricilər  artır  və 

dinamiklik  daima  təmin  edilir.  Eləcə  də  dövlətin  beynəlxalq 

münasibətlərində 

balanslı 

vəziyyətlərin 

mövcudluğu 

beynəlxalq  münasibətlərin  trayektoriyasının  və  obyektlərinin 

sayının  artmasında  mühüm  əhəmiyyət  kəsb  edir.  Balanslı 

vəziyyətlərin  müxtəlifliyi  sistemin  daxilində  rəngarəng 

prosesləri  təmin  etməklə  çoxlu  sayda  elementlərin  qarşılıqlı 

bərabər  səviyyələrə  gəlmələrini  təmin  edir.  Trayektoriya-

lararası iyerarxik əlaqələr yaradılır.  

  

Balanslaşdırma və balanslaşdırma proseslərinin 

müxtəlifliyi - fərqlilik (oxşar və fərqli təsirlər, 

mövqelər, hərəkətlər) 

 

Balanslaşdırma prosesləri müddət baxımından qısa və uzun 

ola  bilir  və  müxtəlif  zənginlikləri,  çalarları  özündə  əks  etdirir. 

Proseslərin  nətcə  vəziyyətinin  alınmasındakı  zaman  (müddət) 

amilinə şərait, tərəflərin iştirak imkanları və iştirak səviyyələri, 

daxili  və  kənar  təsirlər  mühüm  rol  oynayır.  Balanslaşdırmanın 

rəngarəngliyi,  müxtəlifliyi  proseslərin  sistemli  xarakterindən, 

bundan  irəli  gələn  strukturlaşma  xüsusiyyətlərindən  irəli  gəlir. 

Balanslaşdırma  proseslərinin  tərkibini  zənginləşdirən  iki 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə