Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə165/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   161   162   163   164   165   166   167   168   ...   175

 

499


aspekti  qeyd  etmək  olar:  birincisi,  ayrı-ayrı  sahələr 

baxımından proseslərin çoxluğu və çoxlu sayda tərəflərin geniş 

və  ya  məhdud  şəkildə  iştirakı  amili  baxımından  yaranan 

balanslaşdırma 

vəziyyətlərinin 

tərkibinin 

zənginliyi, 

elementlərin,  ünsürlərin  və  onların  fəaliyyət  dairəsinin 

genişliyi;  yəni  bir  və  ya  bir  neçə  obyekt  üzrə  münasibətlərdə 

iştirak  edən  subyektlərin  say  çoxluğu,  subyektlərin  forma 

müxtəlifliyi;  ikincisi,  balanslaşdırma  proseslərinin  özlərinin 

daxilən 


mövcud 

olan 


müxtəlifliyi, 

tərəflərin 

iştirak 

səviyyələrindən,  iştirak  amillərindən  yaranan  geniş  tərkibli 

balanslaşdırma  vəziyyəti.  Bununla  yanaşı,  qeyd  etmək  olar  ki, 

balanslaşdırmanın,  balanslaşdırma  vəziyyətinin  özünün  də 

tərkib 

kəmiyyətində 



olan 

dəyişikliklər 

balanslaşdırma 

vəziyyətlərinin  müxtəlifliyini  zəruri  edə  bilər.  Yəni  balanslı 

vəziyyətlər  onların  tərkib  ünsürlərinin  sayına  görə  geniş 

prosesləri  özündə  cəmləşdirə  bilər.  Əgər  biz  balanslaşdırma 

proseslərini  modelləşdirsək  və  diaqramlar  şəkilində  təsvir 

etsək,  onda  təsvirdə  görünə  bilər  ki,  balanslaşdırma 

vəziyyətləri bir trayektoriya və  ya trayektoriyalar üzrə dəyişən 

koordinatlarla müşahidə edilir. Bir trayektoriyada baş verən və 

ardıcıl olaraq davam edən balanslaşdırma vəziyyətlərinin tərkib 

müxtəliflikləri 

proseslərin 

tərkibinin 

rəngarəngliyini 

şərtləndirir. 

Balanslaşdırma 

proseslərinin 

başlanğıcından 

sonuna  qədər,  səbəb,  şəraitlər  və  nəticə  vəziyyətlərinin  ardıcıl 

düzüldüyü  trayektoriyada  (səbəb-nəticə  və  ya  başlanğıc-son 

trayektoriyası)  tərəflərin  tələbat  və  maraqlarından  irəli  gələrək 

müxtəlif  kəmiyyətlərə  malik  olan  mücərrəd  vasitələr  hesab 

edilə bilən mövqelər, fikirlər müxtəlif ola bilər.  

Balanslaşdırma müxtəlif məqsədlərə malik olan subyektlər 

tərəfindən  həyata  keçirildiyindən  öz  tərkibinə  görə  geniş 

məzmunlu  olur.  Dövlətdaxili  cəmiyyətlərdə  münasibətlərin 

tənzimlənməsində 

və 

beynəlxalq 



münasibətlərdə 

balanslaşdırma  subyektləri  müxtəlif  tələbat  və  ehtiyaclar  üzrə 

maraqların  təmin  edilməsi  istiqamətində  ayrı-ayrı  sahələr  üzrə 



 

500


mübarizə  aparırlar.  Bir  və  ya  bir  neçə  trayektoriya  üzrə 

balanslaşdırma  prosesin  məzmununun  müxtəlifliyini  əks 

etdirir.  Bu  baxımdan  qeyd  etmək  olar  ki,  subyektlər 

münasibətlərin  bir  çox  sahələrində  ikitərəfli  və  ya  çoxtərəfli 

əsaslarla təsir imkanlarına malik olur. Subyektlər bir və  ya bir 

neçə  balanslaşdırma  istiqamətində  iştirak  edirlər.  Bir 

trayektoriyada  az,  digər  trayektoriyada  müqayisədə çox iştirak 

edirlər.  Bununla  yanaşı,  müşahidələr  əsasında  belə  qənaətə 

gəlmək  olar  ki,  balanslaşdırma  tərkibində  hərəkətlərin 

kəmiyyəti  də  azdan-çoxa  doğru  ardıcıl  və  ya  qeyri-ardıcıl 

şəkildə  dəyişdiyindən  balanslaşdırma  prosesinin  tərkibi  də 

müxtəlif  və  rəngarəng  olur.  Balanslaşdırma  prosesləri  zamanı 

ola bilər ki, iki müxtəlif gücə malik olan tərəf müəyyən bir və 

ya  bir  neçə  əşyaya  təsir  etmək  üçün  eyni  qüvvə  tətbiq  etsin, 

təsir  göstərsin.  Bu  zaman  tətbiq  edilən  qüvvəyə  görə 

balanslaşdırma  yaranır.  Eyni  təsirlər  üzrə  balanslaşdırma 

zamanı  tərəflərin  maraqları  ola  bilər  ki,  imkanlarına  və 

potensialına  görə  təmin  edilməsin.  Belə  ki,  imkanları  böyük 

olan və kiçik olan tərəflər eyni mövqelərə görə balanslaşdırma 

proseslərinə qoşula bilərlər. Maraq təmini eyni ola bilər. Lakin 

böyük  imkanlara  malik  olan  tərəfin  tam  şəkildə  maraqları 

təmin  edilməyə  bilər.  Burada  tətbiq  edilən  qüvvəyə  görə 

balanslaşdırma yarana bilər.  

Digər  tərəfdən,  eyni  gücə  malik  olan  tərəflər  bir  istiqamət 

üzrə  balanslaşdırmada  iştirak  edə  bilərlər.  Tərəflərin  eyni 

mövqelərə  malik  olması,  lakin  onların  müxtəlif  kəmiyyətli 

qüvvə  tətbiq  etmələri  və qüvvələrə  müvafiq  maraqlarını təmin 

etmələrində  də  balanslı  vəziyyət  yaranır.  Belə  ki,  tərəflər 

bərabər  mövqelər  bildirirlər,  bərabər  qərarlar  qəbul  edirlər. 

Buna  bərabər  səviyyəli  iştirak  əsasında  balanslaşdırılma 

demək  olar.  Balanslaşdırma  proseslərinin  subyektlərin  iştirak 

müxtəlifliyinə 

görə 


meydana 

gələn 


balanslaşdırma 

vəziyyətlərinin təsnifatını aşağıdakı şəkildə qeyd etmək olar:  




 

501


-eyni və ya müxtəlif əşyaya (əşyalara) eyni və ya müxtəlif 

vasitələr tərəfindən tətbiq edilən qeyri-bərabər təsir nəticəsində 

mövcud  olan  tarazlıq  münasibətləri-eyni  və  ya  müxtəlif 

vasitələrin  iştirak  amili  tarazlığı  şərtləndirir.  Burada  ola  bilər 

ki,  şərait,  zaman  və  məkan  amilindən  irəli  gələrək  qarşılıqlı 

razılıq  əsasında  qeyri-bərabər  təsirlər  edilsin.  -qeyri-bərabər 



təsir-bərabər iştirak tarazlığı;  

-eyni və  ya müxtəlif əşyalara eyni və ya müxtəlif vasitələr 

tərəfindən tətbiq edilən eyni səviyyəli təsir nəticəsində yaranan 

tarazlıq-eyni  iştirak  və  eyni  təsir  tarazlığı  şərtləndirir.  Burada 

ola  bilər  ki,  şərait,  zaman  və  məkandan  asılı  olaraq  qarşılıqlı 

şəkildə  eyni  səviyyəli  təsirlər  edilsin.  -bərabər  təsir-bərabər 



iştirak tarazlığı. 

Tarazlaşdırma  prosesləri  zamanı  ola  bilər  ki,  əldə  olunan 

nəticələrdən  qarşılıqlı  razılıq  əsasında  bərabərsəviyyəli 

yararlanma,  faydalanma  olmasın.  Tərəflərdən  biri  öz 

maraqlarının təminatında gələcək zamanlardan istifadə etsin.  

Balanslaşdırma  tərkibini  formalaşdıran  və  müxtəlifliyini 

özündə  ehtiva  edən  konkret  və  mücərrəd  vasitələrin  qarşılıqlı 

tətbiqi və təsirləri baxımından qeyd etmək olar ki, müəyyən bir 

balanslı  vəziyyəti  əldə  etmək  üçün  səbəb  və  nəticə  arasında 

müxtəlif  vəziyyətlər,  o  cümlədən  ziddiyyətlər  (sabit  və 

dəyişən),  razılıqlar  və  narazılıqlar,  qənaətedici  və  qeyri-

qənaətedici  vəziyyətlər,  bir  sözlə  müsbət  və  mənfi  halların 

mübarizəsi,  vəhdəti  ola  bilər.  Bu  vəziyyətlərin  özlərində  də 

zamana  və  məkana  müvafiq  olaraq  kəmiyyət  dəyişikliyi  baş 

verə  bilər.  Ola  bilər  ki,  müəyyən  bir  anda  ziddiyyətli  anlar 

yaşansın, ola da bilər ki, ziddiyyətli anları qısa müddət ərzində 

qeyri-ziddiyyətlilik,  razılıq,  məmnunluq  halları  əvəzləsin.  Bu 

keçidlər  arasında  kəmiyyət  və  zaman  amillərinin  özləri  də 

balanslı  vəziyyətlərin  yaranmasındakı  proseslərin  tərkib 

zənginliyini,  müxtəlifliyini  ehtiva  edə  bilər.  Buna  tərkib 



ünsürlərinə  görə  (mücərrəd  nəticə  vəziyyətləri)  balanslı 

vəziyyətlərin  rəngarəngliyi  demək  olar.  Balanslaşdırma 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə